Muctahid Şəbistari bildirib ki, Dağlıq Qarabağın Azərbaycana qaytarılması- İranın rəsmi mövqeyidir
Dağlıq Qarabağın Azərbaycana qaytarılması- İranın rəsmi mövqeyidir və İran Dağlıq Qarabağ müsəlmanlarına kömək etməyə hazırdır. Bunu İranın ali dini lideri ayətullah Xameneinin Təbriz üzrə nümayəndəsi Muctahid Şəbistari "Qarabağın azad olunması naminə" Azərbaycan alyansının nümayəndələri ilə görüşü zamanı bildirib.
"Qarabağ, Fələstin kimi müsəlman dünyası ərazilərinin bir hissəsidir. Bizim üçün Qarabağ Fələstin məsələsinə analogiyadır. Biz ayrılmaz müsəlman torpaqlarının qəsbkarlıq faktını biabırçılıq hesab edirik", deyə Əli Xamaneinin nümayəndəsi bildirib.
"Təkcə dualara və yalvarışlara bel bağlamaq lazım deyil. Hərəkət etmək lazımdır. Vətənpərvərlik bütün İslam dünyasında qalib gəlməlidir, bütün dünyada İslam bayrağı dalğalanmalıdır, xüsusilə də, İran və Azərbaycanda",- deyə Şəbistari bildirib.
O, qeyd edib ki, Dağlıq Qarabağ məscidlərin dağıdıldığı müsəlman torpaqları olmaqla yanaşı, Azərbaycanın ayrılmaz hissəsidir. Onun sözlərinə görə, təsbat edilmiş qanunlara görə, İran zülmkarları deyil, zülmə məruz qalanları dəstəkəyir və ədalətli sülh əsasında münaqişənin həllinə yardım etməyə hazırdır: " Biz Dağlıq Qarabağın amansız qəsbkarlarını dəstəkləmirik. Bütün dünya zalımları tanıyır. Biz Azərbaycan müsəlmanlarını dəstəkləyirik".
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?