“Dağlıq Qarabağın Azərbaycana qaytarılması məsələnin yekun həll zamanı müəyyənləşəcək”.
Gundemxeberşaz Axar.az-a istinadən xəbər verir ki, bu açıqlama ilə ABŞ-ın Ermənistandakı səfiri Con Heffern çıxış edib. O, hazırda əsas müzakirə mövzusunun tərəflər arasında hansı sülhməramlı qüvvələrin yerləşdirilməsinin müəyyənləşdirilməsi ilə bağlı olduğunu deyib:
“Altı razılaşdırılmış elementə əsasən, Dağlıq Qarabağın son statusu azad iradə əsasında bəlli olacaq. Bundan sonra isə Dağlıq Qarabağ ətrafındakı rayonlar Laçın istisna olmaqla geri qaytarılacaq. Məsələ burasındadır ki, hansı ölkə və təşkilatın güclərinin burada sülhməramlı qüvvə kimi yerləşdirilməsi hələlik tərəflər arasında müzakirə mövzusudur”.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?