GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Ağ Evlə şok seçki razılaşması

Ağ Evlə şok seçki razılaşması

Tarix: 30-06-2013, 16:32 Bölmə :Manşet Baxış: 4 411
Ağ Evlə şok seçki razılaşması

Hakimiyyət Vaşinqtonla problemlərini həll edib

Yeni Azərbaycan Partiyasının (YAP) ildırımsürətli qurultayı (cəmi 4 saat davam edib) İlham Əliyevin üçüncü müddətə də prezidentliyini rəsmiləşdirdi. Beləliklə, ötən həftə bu mövzuda Qərb diplomatlarından birinə istinadən yazdığımız bilgi – YAP-ın erkən qurultayına ABŞ-la məsləhətləşmələrdən sonra qərar verilib – böyük ölçüdə bir daha təsdiqləndi. Xatırladaq ki, həmin diplomat ABŞ səfiri Riçard Morninqstarın Milli Şuranın yaradılması ərəfəsində müxalifət təmsilçiləri ilə təmaslarını artırmasına diqqət çəkərək “böyük ehtimalla cəmiyyətin bilmədiyi daha məxfi xəbərləri Vaşinqtonda təhlil etdirdikdən sonra “YAP tezliklə namizədini elan etsə yaxşıdır” bənzərində mesaj alıb”, – deyə, məlumatda bildirilirdi: “Amerika səfiri sonuncu dəfə YAP-ın icraçı katibi Əli Əhmədovla mayın 25-də görüşüb. Mayın 31-də isə gözlənilmədən YAP qurultay qərar verib”, – söyləyən diplomat “müxalifət nəticəni özü çıxarsın”, – deyərək məlumatı yekunlaşdırmışdı.
Yazının dərcindən sonra səfirlik əməkdaşlarından biri onların da mövqeyini işıqlandırmağı xahiş etsə də, sonradan susmağa üstünlük verdilər. Amerika səfiri qurultaydan sonra, gərək ki, bu mövzuda ilk danışan əcnəbi oldu. 2013-cü ildə YAP-ın prezidentliyə 3-cü dəfə İlham Əliyevin namizədliyini irəli sürülməsi barədə sualı cavablayan səfir bildirib ki, əsas məsələ demokratik və ədalətli seçkilərin keçirilməsidir: “Prezident seçkilərinə kimin namizədliyinin irəli sürülməsi partiyaların öz işidir. O, cümlədən də YAP-ın. Sadəcə olaraq, mən ümid edirəm ki, bəzi ölkələrdə olduğu kimi Azərbaycanda azad və ədalətli seçkilər olacaq. İnsanlar istədikləri şəxsi özləri seçə biləcəklər”.
Səfirinin bu cür mövqeyi, YAP-ın “öz işi” olan qərarına “ümid edirəm ki, bəzi ölkələrdə olduğu kimi Azərbaycanda azad və ədalətli seçkilər olacaq”, – cümlələri ilə diplomatik dəstək verməsi Amerika ilə hakimiyyətin oktyabr seçkiləri ilə bağlı ciddi anlaşma əldə etdiyi xəbərlərini də təsdiqləyir. Bir müddət əvvəl ölkənin bütün qütblərini gəzən Amerika səfirinin getdiyi rayonlarda müxalifət fəalları ilə görüşməməsinə rəğmən “böyük əksəriyyət hakimiyyəti dəstəkləyir” (ad şərtidir) dosyesi hazırlayıb Vaşinqtona göndərdiyini də iddia etmək mümkündür.
Bu mövzuda ABŞ dövlət katibinin müşaviri Tomas Melianın Bakı səfərində qalmaqala səbəb olan açıqlamasını da xatırlatmağın yeri var. Qeyd edək ki, o, YAP sədrinin üçüncü dəfə prezidentliyə namizədliyini irəli sürməsinin Amerika üçün “qırmızı xətt” olacağını bildirsə də, daha sonra bu ifadədən imtina etdi. Məlum ifadəni “tərcümə xətası” kimi yumşaldan T.Melia bu məsələyə gələn səfərində daha geniş münasibət sərgiləyəcəyini bildirmişdi.
“Melianin Bakıya bir daha nə vaxt gələcəyini bilmirəm. Amma məlumatların təhlili Amerikanın seçim etdiyini və Vaşınqtonun İlham Əliyevin hakimiyyətdə qalmasına çalışdığını göstərir”, – deyə, baş verənləri “Yeni Müsavat”a şərh edən politoloqlardan biri deyib. “Ötən ilin sonlarından başlayaraq Rusiya ilə münasibətlərin daha da soyuması fonunda Amerikanın təşəbbüsü əla alması, ABŞ səfirinin xeyli fəallaşması diqqət çəkən idi. Amma bu ilk baxışdan real vəziyyətlə bağlı kəşfiyyata oxşayırdısa, sonradan hansısa ciddi qərarların da verildiyi ortaya çıxdı. Milli Şuranın əsasən Moskvada yaşayan Rüstəm İbrahimbəyovun rəhbərliyi ilə yaradılması isə hakimiyyət üçün göydəndüşmə oldu. Bu qurumun Rusiyanın proyekti olduğu barədə rəy yaradılıb və tez-tez hakimiyyət rəsmilərinin dilində də üstüörtülü ”Moskva bizi yıxmaq istəyir” bəyanatları səslənir. Amma diplomatik təmaslarda bu “təhlükənin” daha açıq səsləndiyinə şübhə yoxdur”.
Daha bir mənbə də bu istiqamətdə maraqlı xəbər verib. Qaynağın iddiasına görə, 2013-2015 seçkilərinin partronajlığını üzərinə götürən Ağ Ev administrasiyası hakimiyyətin “qırmızı xətti” keçməyəcəyinə vəd alıb. Belə ki, səfirin dediyi kimi “azad və ədalətli seçkilər olacaq”. ABŞ seçkini hakimiyyətin əleyhinə olduğu ATƏT missiyasının nəzarətində keçirməkdə israrlıdır. ATƏT-in seçkidə rəyi əsasdır və qurumda birləşən dövlətlər Müşahidə Missiyasının yekun hesabatı əsasında öz siyasətini qurur. Amerika ATƏT-də söz sahibi olsa da, Avropanın da sıcaq baxmadığı “üçüncü müddəti” onlara həzm etdirmək lazımdır. Bunun üçün isə oktyabr seçkisini müşahidə edəcək ATƏT-in mövqeyi son dərəcə əsaslı sayılır.
“İndi MSK və digər dövlət qurumları ilə danışıqlar yekunlaşır. Hakimiyyət ATƏT-in Bakı ofisinin səlahiyyətlərini azaltmaq niyyətindən vaz keçib. Müşahidə Missiyasının da ölkəyə buraxılması üçün sənədləşmə başlayıb. Milli Demokratiya İnstitutunun da ölkədə fəaliyyət müddəti uzadılacaq. ABŞ çalışır ki, bu dəfə seçki proses maksimum şəffaf olsun və ”onların namizədlərinin qələbəsi şübhə altına alınmasın”, – deyə, məlumatlı qaynaq bildirib.
Bəs, Milli Şuraya Amerikanın mövqeyi necədir və necə olacaq? Bu barədə alınan məlumatların təhlili onu deməyə əsas verir ki, ABŞ Milli Şuraya hələ ideya şəklində olandan ehtiyatlı münasibət sərgiləyir. Əvvəllər “Amerika istəyir ki, müxalifət birləşsin” kimi tezisinin bu seçki ilində aktual olmamasının səbəbi də bu ehtiyatlı münasibətdir. Doğrudur, əvvəlki seçki illərində də Qərb müxalifətə yağ-bal vəd etmirdi, amma heç olmasa hansısa mesajlar alınırdı. Bu il isə müxalifətin əvvəlki illərdən daha yaxşı təşkilatlanmasına baxmayaraq, ABŞ və digər Qərb dövlətləri Milli Şuranın yaranmasından yumşaq desək, məmnun görünmürlər. Buna səbəb kimi Milli Şuranın Rusiyaya bağlılığı kimi cəfəng fikri göstərmək də olar. Amma ABŞ nəzarətində bu boyda məlumat bazası olduğu halda niyə bu cəfəngiyyata inansın ki? Görünür, ABŞ səfiri YAP qurultayı ilə eyni gündə yaranan Milli Şura ilə bağlı dediklərində daha səmimidir: “Milli Şura haqda xüsusi fikirlərim yoxdur. Bu, həmin Şurada təmsil olunanların maraqlarında olan bir məsələdir. Amma Milli Şuranın gələcək fəaliyyətini, proseslərin necə inkişaf edəcəyini izləmək çox maraqlıdır”.

“Siyasət şöbəsi”
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 20
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • YAP iyunun 7-də prezidentliyə namizədini təsdiqləyəcək

    YAP iyunun 7-də prezidentliyə namizədini ...

    1-06-2013, 20:13

  • 
  • YAP İlham Əliyevin seçki sənədlərini MSK-ya təqdim etməyə hazırlaşır

    YAP İlham Əliyevin seçki sənədlərini MSK-ya ...

    5-08-2013, 19:29

  • 
  • ABŞ səfirliyində müxalifət liderləri ilə görüş keçirilir (Yenilənib)

    ABŞ səfirliyində müxalifət liderləri ilə görüş ...

    11-09-2013, 13:13

  • 
  • MIRMAHMUD MIRƏLIOĞLU ƏLI HƏSƏNOVU VƏ YAP-I ÖZ QURULTAYINA ÇAĞIRDI

    MIRMAHMUD MIRƏLIOĞLU ƏLI HƏSƏNOVU VƏ YAP-I ÖZ ...

    31-07-2015, 01:15

  • 
  • YAP-dan Milli Şuranın dialoq çağırışına cavab verildi

    YAP-dan Milli Şuranın dialoq çağırışına cavab ...

    27-06-2013, 14:56


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu