ABŞ-ın Azərbaycan səfirliyində bir qrup partiya sədri və prezidentliyə namizədlə görüş keçirilir. APA-nın məlumatına görə, səfir Riçard Morninqstarın təşəbbüsü ilə keçirilən görüşə Demokratik Qüvvələrin Milli Şurasının prezidentliyə vahid namizədi Cəmil Həsənli, Müsavat Partiyasının başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli, həmçinin prezidentliyə namizəd, Ümid Partiyasının sədri İqbal Ağazadə və digərləri iştirak edir.
Görüşdə Azərbaycan prezidentliyinə keçiriləcək seçkilər və ölkədəki ictimai-siyasi proseslər müzakirə ediləcək.
Yeni Azərbaycan Partiyasının (YAP) mətbuat xidmətindən isə APA-ya bildirilib ki, YAP-ın görüş barədə məlumatı yoxdur.
***
09.05
Bu gün saat 11.30-da ABŞ-ın Bakıdakı səfiri Riçard Morninqstar ölkə müxalifətinin bir neçə lideri ilə görüşəcəck. Bu barədə musavat.com-a müxalifətdəki qaynaq məlumat verib. Görüşün gündəliyi barədə səhih bilgi yoxdur. Sadəcə, bilinən budur ki, görüş cənab Morninqstarın dəvəti ilə həyata keçiriləcək. Musavat.com bütün dəvətlilər barədə məlumata malik deyil. Lakin təxmin olunur ki, bu görüşdə prezidentliyə namizədlər yox, siyasi partiya liderləri təmsil olunacaq. Musavat, AXCP, Ümid partiyalarının rəhbərlərinin bu görüşə dəvət olunmasını dəqiqləşdirə bildik.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?