Mətbuat Şurasının sədri Əflatun Amaşov "Azadlıq" radiosuna videomüsahibəsində son günlərin ən çox müzakirə olunan mövzusu - prezidentə "Jurnalistlərin dostu" mükafatının verilməsi mərasimindən danışıb. O, bildirib ki, görüşə Mətbuat Şurası İdarə Heyətinin üzvləri dəvət ediliblər. Əflatun Amaşovun sözlərinə görə, "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu prezidentlə görüşdə qəzetlərin yayımı ilə bağlı məsələ qaldırıb. Dövlət başçısı isə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənova problemi araşdırmağı və aradan qaldırmağı tapşırıb.
Sorğu
Yeni dizaynımız necədir?