Milli Şuranın sədri Rüstəm İbrahimbəyovun “Milli Şuranın seçkilərdə bir namizədi olmalıdır” tezisinə Müsavat başqanı İsa Qəmbər münasibət bildirib. Başqan deyib ki, seçki ilə bağlı bütün riskləri gözə alan Müsavat hələlik öz taktikasını dəyişmək fikrində deyil: “Milli Şuranın ikinci sessiyasında vahid namizəd məsələsi müzakirə edilən zaman Müsavat Partiyasının mövqeyini bəyan etmişəm. Bu mövqeyin indiki mərhələdə dəyişilməsinə heç bir lüzum görmürük. Manevr imkanları müxalifətə də aid edilməlidir. İndiki şərtlər daxilində demokratik düşərgənin, ümumilikdə Milli Şuranın seçkidən kənarda qalması riski var. Bu riskə yol vermək olmaz. Digər riskləri görürük, qiymətləndiririk, münasibətimizi də bildiririk. Ancaq bu riski də hər kəs nəzərə almalıdır. Əgər kimsə seçkilərin boykot variantına meyl edirsə, bu istəklər Milli Şura formatında axtarılmamalıdır. Milli Şura məhz seçki yolu ilə xalqın hakimiyyətini bərpa etmək məqsədilə yaradılıb. Bu baxımdan, Milli Şuranın - demokratik düşərgənin, real müxalifətin seçkidən kənarda qalmasına heç cür yol vermək olmaz”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?