“Ziyalılar Forumunda təmsil olunandan sonra məni tədbirlərə dəvət etmirdilər”
Xəbər verdiyimiz kimi Bu gün Mətbuat Şurasının növbəti iclası keçirilib. Toplantı zamanı bir sıra məsələlər müzakirə olunub. Maraqlı məqamlardan biri isə Ziyalılar Forumunun üzvü Cəmil Həsənlinin bu qurumdan uzaqlaşdırılasıdır. Xatırladaq ki, Cəmil Həsənli Bu qurumda ictimaiyyətin seçdiyi nümayəndə kimi təmsil olunurdu. Məsələ ilə əlaqədar Moderatror.az-ın sualını cavablandıran Cəmil Həsənlinin sözlərinə görə o, Ziyalılar Forumunda təmsil olunmağa başlayandan sonra onu bu qurumun tədbirlərinə dəvət etməyiblər: “Mən Mətbuat Şurasının iclaslarında iştirak edən zaman həbs və təqib olunan jurnalistlərin problemləri barədə mövqeyimi bildirirdim. Son aylar isə məni bu qurumun iclaslarına dəvət etmədilər Bu da Ziyalılar Forumunda təmsil olunmağımdan sonra baş verdi. Mətbuat Şurasının məni bu qurumdan uzaqlaşdırmasına isə təəccüblənmədim. Əgər iclaslara dəvət etmirlərsə orda qalmağımın da heç bir mənası yox idi”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?