Natiq Kərimov: «Seçkidə vahid, yaxud ehtiyat vahid namizədi dəstəkləyəcəyik»
Demokratik Qüvvələrin Milli Şurasının son sessiyasında prezident seçkisinə yeni vahid namizəd kimi professor Cəmil Həsənlinin seçilməsi ictimaiyyət tərəfindən də müsbət qarşılanıb. Yeni vahid namizəd, demək olar, cəmiyyətin bütün kəsimlərinin dəstəyini almaqdadır. Bu mənada dindarlar da istisna deyil.
"Azadlıq"-ın məlumatına görə, Nardaran Ağsaqqallar Şurasının sədri, İslam Partiyası Baş Məclisinin üzvü, Milli Şura üzvü Natiq Kərimov Milli Şuranın qərarını yaranmış vəziyyətdən çıxış yolu kimi qiymətləndirib. Qurumun qərarını dəstəkləyən N.Kərimov fərqli mövqeyi qeyri-mümkün adlandırdı: “Milli Şuranın üzvü kimi qurumun qərarına tabeyəm. Ona görə də prezident seçkilərində vahid, yaxud ehtiyat vahid namizədi dəstəkləyəcəyik, onun uğrunda da mübarizəmizi davam etdirəcəyik”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?