“Rüstəm İbrahimbəyovun Rusiya vətəndaşlığından məhrum edilməsi məsələsinə iyulun 20-dən 30-dək olan müddətdə baxıla bilər”.
Bunu virtualaz.org saytının sorğusuna cavabında Rusiya Prezidenti yanında Vətəndaşlıq Məsələləri üzrə Komissiyadan bildiriblər.
“Vətəndaşların analoji müraciətlərinin nəzərdən keçirilməsinə dair bəlli bir prosedura var. Sənədlər nəzərdən keçiriləndən sonra onlar baxılması üçün Rusiya prezidentinə göndərilir. Rusiyada vətəndaşların oxşar məzmunlu müraciətlərinin nəzərdən keçirilməsinə dair növbəti baxış prosedurası iyulun üçüncü ongünlüyündə olacaq. Əgər vətəndaş Rüstəm İbrahimbəyovdan bizim komissiyaya belə bir müraciət daxil olubsa, onda əlbəttə ki, həmin müraciətə də digərləri ilə eyni qaydada baxılacaq” - deyə Kremldəki mənbə bildirdi.
Komissiyanın üzvü onu da dedi ki, qurumun Rusiya vətəndaşlığından məhrum etməyə və Rusiya vətəndaşlığı verilməsinə dair axırıncı iclası iyunun 11-də keçirilib.
Yada salaq ki, prezident Vladimir Putinin səlahiyyətli nümayəndəsi, “AzerRos” Azərbaycanlıların Milli-Mədəni Muxtariyyətinin fəxri prezidenti Söyün Sadıqov virtualaz.org saytına bir neçə gün öncəki açıqlamasında bildirmişdi ki, Rüstəm İbrahimbəyovun Rusiya vətəndaşlığından məhrum edilməsinə heç bir hüquqi maneə və ya problem yoxdur.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?