Milli Şuranın sədri, prezidentliyə vahid namizəd Rüstəm İbrahimbəyovun Rusiya vətəndaşlığından çıxarılması ilə proses yekunlaşmaq üzrədir. Bu barədə Modern.az saytına Milli Şuranın üzvü, “El” hərəkatının Ali Məclis sədri Eldəniz Quliyev məlumat verib. Onun sözlərinə görə, Rüstəm İbrahimbəyovun Rusiya vətəndaşlığından imtina etməsinə dair məsələ yaxın günlərdə müsbət həllini tapacaq,
E.Quliyevin fikrincə, buna görə Rüstəm İbrahimbəyov hazırda yaxşı əhval-ruhiyyədədir.
“Problem bu günlərdə həll olunacaq. Bu barədə Rüstəm bəy dünən telefon danışığımızda bildirdi. Demək olar ki, çox az vaxt qalib. Pasport problemi yaxın günlərdə həll olunan kimi Rüstəm bəy Azərbaycana qayıdacaq. Özü prosesin sürətlə həll edildiyini qeyd elədi. Rüstəm İbrahimbəyov nikbin əhval-ruhiyyədəydi”-deyə Milli Şura üzvü qeyd edib.
Qeyd edək ki, Milli Şuranın prezidentliyə vahid namizədi Rüstəm İbrahimbəyov bir müddət əvvəl Rusiya vətəndaşlığından imtina etməsi üçün rəsmi müraciət edib. R.İbrahimbəyovun bu addımı atmasına səbəb isə Azərbaycan qanunverciyilinə əsasən ikili vətəndaşlığı olan şəxsin prezidentliyə namizəd ola bilməməsidir.
Sorğu
Yeni dizaynımız necədir?