Rəis müavini Mahir Əhmədov Akademiyada rüşvət sistemi yaratmaqda ittiham edilir
gundemxeber.az Polis Akademiyasının rəis müavini Mahir Əhmədovun fəaliyyəti barədə redaksiyamıza ilginc məlumatlar daxil olub. Adının çəkilməsini istəməyən Akademiyanın müəllimlərindən birinin sözlərinə görə, Mahir Əhmədov adıçəkilən tədris ocağını bazara döndərib: "Mahir Əhmədov 1992-ci ildə Akdemiyaya rəis müavini təyin edilib. Həmin vaxtdan da Akademiya rüşvət yuvasına çevirilib. O, tələbələri hər ay ona "haqq" verməyə məcbur edir. Mahir Əhmədov ona hesab verməkdən boyun qaçıran tələbələri müxtəlif bəhanələrlə Akademiyadan qovdurmaqla hədələyir. Bundan əlavə Mahir Əhmədov Akademiyaya savadı olmayan şəxsləri cəlb edir. O, savadlı müəllimləri gözüm-çıxdıya salmaqla onların yerinə qohumlarını təyin etdirmək istəyir. Dövlət Hüquq Nəzəriyyəsi Kafedrası bütünlüklə onun qohumlarından ibarətdir". Redaksiyamıza məlumat verən şəxsin sözlərinə görə Mahir Əhmədov Sürət Hüseynovla çox yaxın əlaqələri olub: "Sürət Hüseynov baş nazir olanda Mahir Əhmədov Akademiyadan yığdığı pulları ona göndərib. Hətta Sürət Hüseynov ona daxili işlər naziri vəzifəsinə təyin ediləcəyini də vəd edibmiş. Onu da qeyd edim ki, Sürət Hüseynov həbs edildikdən sonra onunla dövlət çevrilişinə cəhddə iştirak etdiyinə görə Mahir Əhmədovun qardaşı Vidayim Əhmədov da həbs edildi. O, 2005-ci ildə elə həbsxanada dünaysını dəyişib. Özü də Vidayim Əhmədov vətənə xəyanət maddəsilə həbs edilmişdi. İndi necə ola bilər ki, qardaşı vətənə xəyanətdə ittiham edilərək həbs olunan bir şəxs bü gün hüquq-mühafizə sistemində çalışsın". Yeri gəlmişkən bir müddət əvvəl "Qafqazinfo"da Daxili İşlər Nazirliyinin tərkibində olan Polis Akademiyasında keçirilən imtahanlarla bağlı korrupsiya faktlarının olduğu barədə yazı dərc edib. Sayta adının açıqlanmasını istəməyən polis serjantı bildirib ki, bu il avqustun 7-17-də keçirilən imtahanlarda suallara ətraflı və dolğun cavab verməsinə baxmayaraq akademiyaya qəbul ola bilməyib. Səbəb isə Polis Akademiyasına daxil olmaq yalnız pul gücünə olub.Xüsusilə də Akademiyanın rəis müavini Mahir Əhmədov və qiyabi kafedranın rəhbəri Əhməd Əhmədov qəbul üçün plan qoyduğu bildirilir. Belə ki, ali təhsilli polis nəfərlərindən 10-15 min, orta təhsilli serjantlardan isə qiyabi təhsil üçün minimal 30 min tələb olunur. Kim bu öhdəlikləri ödəyə bilirsə zabit arzusuna çata bilir. Polis nəfərinin pul verməsi üçün mərhələli şəkildə bəzi çətinliklər yaradılır. Akademiyaya daxil olmaq üçün kifayət qədər biliyi olan polislər isə pul vermədikdə biliklərinin aşağı səviyyədə olduğu əsas gətirilərək imtahandan kəsilirlər. Biz deyilənlərlə bağlı Mahir Əhmədovun da mövqeyini öyrənməyə çalışdıq. Lakin Polis Akademiyası ilə əlaqə saxlamaq cəhdimiz baş tutmadı. Əgər Mahir Əhmədov ünvanına səslənən ittihamları əsassız sayırsa buyursun. "Gündəm Xəbər" qəzeti olaraq onun da möqeyini dinləməyə və dərc etməyə hazırıq.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?