Arzu Kazımov baş nazirin keçmiş müavini ilə biznes ortağı olub gundemxeber.az Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru, hazırda Fransada mühacirətdə olan Elşad Abdullayevin qardaşının oğurlanmasına görə ittiham etdiyi iş adamı Arzu Kazımovla bağlı redaksiyamıza maraqlı məlumat daxil olub. Həmin məlumatda bildirilir ki, Arzu Kazımov baş nazirin sabiq müavini Abbas Abbasovla biznes ortağı olub. Hətta onların qohumluq əlaqələrinin də olduğu bildirilir. Arzu Kazımovun həbsinin bir səbəbi də elə bununla izah edilir. Iddia olunur ki, Abbas Abbasovun qohumunun adının Mahir Abdullayev məsələsində hallanmasından istifadə edilərək baş nazirin sabiq müavinindən qisas almaq üçün onun həbsinə qərar verilib. Məlumat üçün deyək ki, Rusiya Azərbaycan Təşkilatları Ittifaqı yaradılandan sonra Abbas Abbasovla hakimiyyət arasında münasibətlər qarşıdurma həddinə çatıb.
Sorğu
Yeni dizaynımız necədir?