İTV-nin sabiq baş direktoru bəzi KİV-də haqqında yayılan məlumatlarla bağlı açıqlama verdi İctimai Televiziyanın sabiq baş direktoru İsmayıl Ömərov tutduğu vəzifəni tərk etdikdən sonra dəfələrlə barəsində müxtəlif məlumatlar yayılıb. Bəzi Kütləvi İnformasiya Vasitələrində, Hesablama Palatasının İTV-də apardığı yoxlama zamanı İsmayıl Ömərovun rəhbərliyi dövründə kanalda 15 milyon manatın mənimsənildiyi xəbəri verilib. Hətta onun barəsində Baş Prokurorluqda cinayət işinin başlanması ilə bağlı məlumat da yayıldı.
İTV rəhbərliyindən kənarlaşandan sonra mətbutda görünməyən İsmayıl Ömərov yayılan məlumatla bağlı müsahibə verməsə də münasibətini qısa da olsa açıqladı: “Mənim haqqımda niyə cinayət işi açılmalıdır ki? Hamısı uydurmadır. İndi yaydır, çox istidir. Ola bilsin ki, isti hava bu məlumatı yayanlara təsir edib, başlarına vurub”.
İsmayıl Ömərov barəsində cinayət işinin başlanması xəbərinə Baş Prokurorluğun nümayəndəsi Eldar Sultanov da münasibət bildirib.
Baş Prokurorluğunun mətbuat xidmətinin rəhbəri, Eldar Sultanov: “Belə bir cinayət işi başlanmayıb. KİV bəziləri həqiqəti özündə əks etdirməyən məlumatı dərc ediblər. Tərəfimizdən həmin məlumat təkzib olunsun”.
Xatırladaq ki, İsmayıl Ömərov İTV yarandığı gündən 8 il müddətinə quruma rəhbərlik edib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?