İctimai Televiziyanın sabiq baş direktoru İsmayıl Ömərovun həbs təhlükəsi ilə üzləşməsi ilə bağlı xəbər yayılıb.
Mətbuatda yayılan məlumata görə, artıq Baş Prokurorluqda sabiq direktor barədə cinayət işi başlanıb. Hesablama Palatası İTV-də yoxlama işi aparıb. Nəticədə İ.Ömərovun direktorluğu dövründə 15 milyon manatın mənimsənildiyi aşkarlanıb.
Haqqında yayılan məlumatlarla bağlı Publika.Az-a danışan İsmayıl Ömərov isə bunu təkzib edib. O, bu cür məlumatların yayılmasının şou xarakterli olduğunu, bir sıra KİV-lərin məşhurlaşmaq istəyindən irəli gəldiyini deyib: “Yəqin populyarlaşmaq istəyirlər. İndi yaydır, havanın da buna təsiri ola bilər. Ola bilsin ki, isti hava da onlara təsir edib”.
İ.Ömərov bildirib ki, ümumiyyətlə heç bir cinayətdən söhbət gedə bilməz:
“Mənim haqqımda niyə cinayət işi açılmalıdır ki? Hamısı uydurmadır”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?