GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » YAP seçki qanunun pozur

YAP seçki qanunun pozur

Tarix: 1-08-2013, 11:24 Bölmə :Manşet Baxış: 928
YAP seçki qanunun pozur

Yerli icra hakimiyyətləri hakim komandanın namizədinin təşviqatını aparır...

Prezident seçkisi yaxınlaşdıqca Yeni Azərbaycan Partiyası (YAP) funksionerlərinin bölgələrə səfərləri intensivləşir. Müxalifətdə olan siyasi partiyaların üzvləri isə yığıncaqlarını hətta fərdi evlərdə keçirərkən belə təzyiqlərlə üzləşdiklərini deyirlər. Üstəlik, onların liderlərinin bölgələrə buraxılmadığını da bildirirlər. YAP-ın isə belə bir narahatlığı yoxdur. Bu partiyanın «yuxarı» orqanlarından gələnlərin təhlükəsizliyi qorunur, «Heydər Əliyev Mərkəz»ləri, «Gənclər Mərkəz»ləri, «Mədəniyyət Ev»ləri, təhsil müəssisələri onların ixtiyarındadır və icazələri də öz əllərində. Seçkiqabağı təşviqatdan seçilməyən belə tədbirlər barədə məlumat yerli icra hakimiyyətlərinin rəsmi internet səhifəsində də yerləşdirilir.

Vilyam Hacıyev İlham Əliyevə səs verəcək

Mayın 29-da İmişli RİH-nin rəsmi internet səhifəsində «YAP İmişli rayon təşkilatının konfransı keçirilib» başlıqlı xəbər yerləşdirilib. Orada oxuyuruq: «Konfransda çıxış edən İmişli rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev hakim partiyanın ölkəmizdə həyata keçirdiyi məqsədyönlü tədbirlərdən danışıb. Çıxış edənlər qarşıdan gələn Prezident seçkilərində ölkəmizdə həyata keçirilən uğurlu sosial-iqtisadi inkişafın müəllifi olan dövlət başçısı İlham Əliyevə səs verəcəklərini birmənalı bəyan ediblər».

Xalqın Arzusu Mübariz Qurbanlının təqdimatında

İyulun 22-də isə həmin sayta daxil edilən «YAP fəalları ilə görüş keçirilib» xəbərində yazılıb: «Yeni Azərbaycan Partiyası İcra Katibinin müavini Mübariz Qurbanlı bildirib ki, xalqımız ötən 10 ilin nailiyyətlərini dəyərləndirərək və gələcək beş ildə də Azərbaycanın daha da inkişaf edəcəyinə inanaraq, YAP-ın sədri İlham Əliyevin namizədliyini dəstəkləyir. Seçkilərdə fəal iştirak edərək, ona səs verəcəklərini arzulayırlar».

Kürdəmirlilər artiq seçimin edib?!

Demə 3 gün əvvəl Mübariz Qurbanlı Əli Əhmədov və Fərhad Qəribovla birgə Kürdəmirdə olubmuş. Təbii ki, onları RİH başçısı İrşad Əliyev müşayiət edib. Bu barədə Kürdəmir RİH-nin internet səhifəsində yerləşdirilən xəbərdə bildirilir. Tədbir Kürdəmir şəhərinin «Gənclər Evi»ndə baş tutub.
YAP rayon təşkilatının sədri Ağəli Kərimli görüşün məhz seçkilərə hazırlıq ərəfəsində məsləhətləşmə məqsədi daşıdığını bildirib. O, qeyd edib ki, ölkə başçısı İlham Əliyevin oktyabr ayında keçiriləcək seçkilərdə prezidentliyə namizədliyinin irəli sürülməsini Kürdəmir rayon təşkilatının bütün üzvləri sevinclə qarşılayıb. Ağəli Kərimli nəinki 7500 nəfər YAP üzvünün, hətta kürdəmirlilərin böyük əksəriyyətinin artıq öz seçimini etdiyini elan edib.

YAP-çıların Horadiz görüşü

Həmin gün Mübariz Qurbanlı Horadiz şəhərindəki Heydər Əliyev Mərkəzinin akt zalında prezident seçkiləri ilə əlaqədar Füzuli rayonunun da YAP fəalları ilə görüşüb. Bu dəfə ona deputat həmkarı Bahar Muradova yol yoldaşlığı edib. Xəbəri fuzuli-ih.gov.az saytı yayıb.

Cəbrayilda elan olunub ki, vahid namizəd məsələsində YAP-la xalq həmrəydir

Cəbrayıl RİH-nin internet səhifəsində YAP Cəbrayıl rayon təşkilatının 22 may 2013-cü ildə keçirilən 8-ci konfransı barədə məlumat var. Rayon işğal altında olduğundan YAP-çılar bu tədbiri Biləsuvar rayonundakı 4 saylı qəsəbədə keçiriblər. Cəbrayıl RİH başçısı Mahmud Quliyev də orada olub. Natiqlər İlham Əliyevin son on ildə ölkəyə uğurla rəhbərlik etməsindən, dinamik iqtisadi inkişafdan, ölkənin artan beynəlxalq imicindən, ictimai-siyasi sabitlikdən... bəhs ediblər. Partiyanın və xalqın növbəti seçkidə vahid namizədinin hazırkı prezident olduğunu qeyd ediblər - cabrail-ih.gov.az saytı belə xəbər verir.

Əli Əhmədov xalqın mütləq əksəriyyətinin ürəyini «oxuyub»

YAP sədrinin müavini Əli Əhmədov isə iyulun 14-də dövlət başçısı İlham Əliyevin namizədliyinin irəli sürüldüyünü məmnunluq hissi ilə qeyd edib. O, bu qərarın əslində Azərbaycan xalqının mütləq əksəriyyətinin ürəyindən keçən bir fikir olduğunu deyib. Tədbirdə Milli Məclisin insan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova YAP-ın xidmətlərindən, seçkidə onun namizədinin qalib gəlməsi üçün bütün qüvvələri səfərbər etməyin zəruriliyindən danışıb.

YAP ağsaqqal təbliğatına önəm verir

mingechevir-ih.gov.az saytı isə xəbər verir ki, iyulun 18-də deputatlar: Əli Əhmədov və Mübariz Qurbanlı Mingəçevir şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramovla birgə Mingəçevir Politexnik İnstitutunda YAP fəalları və ictimaiyyət nümayəndələri ilə görüşüb. Xəbərdə həmçinin qeyd edilir ki, görüşdə gənclərin, qadınların, böyük nüfuza malik ağsaqqal və ziyalıların təbliğat işlərində fəal iştirakının təmin olunmasının zəruriliyi qeyd edilib.

Ağcabədi icra başçısının vədi

Əli Əhmədov iyulun 25-də deputat həmkarları: Eldar İbrahimov və Tahir Rzayevlə birgə ağcabədili YAP-çılarla da görüşüb. Tədbir Y. Məmmədov adına Rayon Mədəniyyət evində keçirilib. Bu barədə agcabedi-ih.gov.az saytı xəbər verib.
YAP Siyasi Şurasının üzvü, Ağcabədi RİH başçısı Şahin Məmmədov rayon sakinləri adından vəd verib: «Biz ağcabədililər həmişə olduğu kimi, bu il də Ulu Öndər Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı cənab Prezidentimiz İlham Əliyevi dəstəkləməklə, Azərbaycanın xoşbəxt gələcəyinin qarantı İlham Əliyevə səs verəcəyik».

Yerli icra hakimiyyətləri hansi işlə məşğuldur: idarəetmə, yoxsa ideoloji?

Ölkə «Yerli və regional idarəetmə haqqında Avropa Xartiyası»na qoşulsa da, yerli və regional səviyyələrdə idarəetmənin mərkəzi hakimiyyətin tabeliyində olduğu deyilir. Ekspertlərin fikrincə, bu isə «yerli özünüidarə orqanı» kimi təqdim olunan bələdiyyələri «dişsiz» quruma çevirib. Hazırkı vaxtda yerli icra hakimiyyətlərinin ideoloji qurum kimi çıxış etdiyi də müşahidə edilir. Ekspertlərə görə, hətta yerli icra başçılarının abadlıq və quruculuq barədə təşviqatları həm büdcə talançılığını ört-basdır etməyə, həm də ölkənin yaxşı idarə olunması barədə rəy yaratmağa hesablanıb. Kəlbəcər RİH başçısı Vidadi Məhərrəmov da deyib: «ölkədə aparılan geniş quruculuq-abadlıq işlərinin təbliği Rayon İcra Hakimiyyətinin ideoloji fəaliyyətinin əsas istiqamətlərini təşkil edir».

Suallar, suallar, suallar...

Son vaxtlar əyalətlərdə inşa olunan «Heydər Əliyev» və «Gənclər Mərkəz»ləri müxalifətdə bir sıra suallar doğurur. Müasir üslubda tikilən, hər cür texniki təchizatı olan bu binalar «ictimai əmlak» hesab olunursa, ondan hər kəsin istifadə haqqı tanınmamalıdırmı? Büdcə vəsaiti ilə tikilən «Gənclər Mərkəzi» niyə hakim partiyanın inhisarında olmalı, digər təşkilatlar orada öz yığıncaqlarını keçirə bilməməlidir? «Heydər Əliyev Mərkəzi» əsasən iş adamlarının şəxsi vəsaiti ilə tikilsə də, «Mərkəz»in işçilərinin əmək haqqını Mədəniyyət və Turizm Nazirliyi ödəyir. Heydər Əliyevi, YAP-ı təbliğ etmək mədəniyyət, yaxud turizm məsələsidirmi?!
Bəlkə də indi bir çoxlarına yerli icra hakimiyyətlərinin öz internet səhifələrində YAP namizədini təbliğ etməsi heç də anormal görünmür. Amma yeri gəlmişkən, Seçki Məcəlləsində bunu qadağan edən müddəalar var.

Məcəllə nələri qadağan edir?

2.6. Seçkilərdə... iştirak edənlər... riayət etməlidirlər:
2.6.18. heç bir vəzifəli şəxsin… namizədin dəstəklənməsinə… yönəldilən köməyindən və ya fəaliyyətindən istifadə etməmək.
11-1.1. ... dövlət orqanlarının... vəzifəli şəxslərinin... seçkilərin (referendumun) gedişinə qanunsuz müdaxilə etmələri qadağandır.
74.4. Seçkiqabağı təşviqatın aparılması, seçkiqabağı hər hansı təşviqat materiallarının yayılması aşağıdakılara qadağan edilir:
74.4.2. öz vəzifələrini və ya xidməti vəzifələrini yerinə yetirərkən, həm də vəzifəsindən və ya xidməti üstünlüyündən istifadə etməklə dövlət orqanlarında, idarələrində, təşkilatlarında... vəzifədə olan şəxslərə
Üstəlik nəzərə almaq lazımdır ki, seçkiqabağı təşviqat səsvermə gününə 23 gün qalmış başlayır və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır.

Azər Əli
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • YAP İlham Əliyevin seçki sənədlərini MSK-ya təqdim etməyə hazırlaşır

    YAP İlham Əliyevin seçki sənədlərini MSK-ya ...

    5-08-2013, 19:29

  • 
  • Vilyam Hacıyev İmişliyə deputat “seçir”

    Vilyam Hacıyev İmişliyə deputat “seçir” ...

    10-09-2015, 22:28

  • 
  • YAP iyunun 7-də prezidentliyə namizədini təsdiqləyəcək

    YAP iyunun 7-də prezidentliyə namizədini ...

    1-06-2013, 20:13

  • 
  • Misir Mərdanov YAP-ın İdarə Heyətindən çıxarıldı

    Misir Mərdanov YAP-ın İdarə Heyətindən çıxarıldı ...

    7-06-2013, 16:07

  • 
  • YAP: «Elza Seyidcahan şou ilə siyasəti qarışıq salıb»

    YAP: «Elza Seyidcahan şou ilə siyasəti qarışıq ...

    4-11-2015, 16:24


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (73)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu