Xəbər verdiyimiz kimi, ötən gün Müsavat başqanı İsa Qəmbərin Tiflisdə Milli Şura sədri, prezidentliyə namizəd Rüstəm İbrahimbəyovla görüşü keçirildi. Mətbuata qapalı keçirilən təkbətək görüşdə hansı məsələlərin müzakirə olunduğu bəlli olmasa da, İsa Qəmbər görüş sonrası açıqlamasında nikbin notlarla çıxış elədi. Başqan görüşün uğurlu keçdiyini, umimi qərarlardan razı qaldığını dilə gətirdi. Milli Şuranın “Tiflis sammiti”nə qədər Müsavat başqanının prezidentliyə namizədliyi ətrafında qaynar müzakirələr gedirdi. Müsavat funksionerləri İsa Qəmbərin namizədliyinin qüvvədə qaldığını israrla bəyan etsələr də, Milli Şura üzvləri buna qarşı çıxaraq etirazlarını bildirirdilər.
İsa bəyin namizədliyinin qüvvədə qalıb-qalmadığına son nöqtənin Tiflisdə qoyulacağı gözlənilirdi. Xüsusən də Milli Şuranın iki aparıcı liderinin – İsa Qəmbər və Rüstəm İbrahimbəyovun təkbətək görüşündə alternativ namizəd məsələsinin müzakirə olunacağı gözlənilirdi. Görüş baş tutdu. Liderlərin son qərarı nə oldu? İsa Qəmbərin namizədliyi qüvədə qalacaqmı?
Müsavat başqanının müavini Gülağa Aslanlı Modern.az saytına açıqlamasında bu suallara cavab verməyə çalışıb. Başqan müavini Tiflis görüşünü müsbət qiymətləndirsə də, İsa Qəmbərin namizədliyinin bundan sonra da qüvvədə qalacağını bəyan edib.
Partiya rəsmisinin sözlərinə görə, Müsavat Divanı İsa Qəmbərlə Rüstəm İbrahimbəyovun görüşü ilə bağlı toplanacaq:
“İsa bəylə Rüstəm İbrahimbəyovun görüşünün təfərrüatlarından xəbərsizik. Biz də mətbuatdan izlədik bu görüşü. Əgər İsa Qəmbər deyirsə ki, o, bu görüşdən razı qaldı, deməli Müsavat Partiytasını narahat edən suallara cavab tapılıb.
Başqanla görüşüb bu barədə danışacağıq. Müsavat Divanında İsa bəyin bu görüşü müzakirə olunacaq.
Nə qədər ki, Rüstəm İbrahimbəyov Azərbaycana gəlməyib, nə qədər ki, onun sənəd problemləri həll edilməyib İsa Qəmbərin namizədliyi qüvvədə qalır. Ehtiyat variant kimi bu, qüvvədə qalacaq”-deyə G.Aslanlı qeyd edib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?