Müsavatdakı mənbələrdən daxil olan məlumatda deyilir ki, Milli Şuranın vahid namizədi, Rusiya Federasiyası vətəndaşlığında olan Rüstəm İbrahimbəyovun namizədliyinin daha da gücləndirlməsi üçün Müsavat Partiyasının başqanı İsa Qəmbərin öz namizədliyindən imtina etməsi üçün müxtəlif basqılar edilməkdədir. Mənbənin sözlərinə görə, bu məsələdə qurumda əsas söz sahiblərindən olan Eldar Namazov xüsusi rol oynayır və Müsavat başqanının geri çəkilməsi üçün digər Milli Şura üzvləri üzərində basqılarını artırır. “Biz hesab edirik ki, Rüstəm İbrahimbəyov seçkilərdə namizədlərin qeydiyyatı prosesində oyundan kənar qalacaq. Belə olan halda da İsa bəyin müxalifətin vahid namizədi olaraq seçkilərdə iştirakı və qalibiyyətinə şübhə belə edilmir. Amma Eldar Namazov Milli Şura vasitəsilə siyasi burulğanın içərisinə çəkdiyi Rüstəm İbrahimbəyovun qeydiyyata alınmasında hər hansı bir poblem yaranmayacağı ilə bağlı Şura üzvlərini inandırmağa çalışır və buna müəyyən qədər də nail olub. Buna görə də, Şuranın digər üzvləri qarşıdakı toplantıda İsa bəyin konkret mövqeyini açıqlayıb basqısını ortaya qoyacaqları bizdə şübhə doğurmur”, - deyən mənbə onu da vurğuladı ki, İsa Qəmbərin namizəd olmadığı seçkidə sadə müsavatçılar tanımadıqları biri üçün imkanlarını yerlərdə səfərbər edə bilməyəcəklər.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?