Bakı şəhəri, Nəsimi rayonu, Xan Şuşinski küçəsi 20 mənzil 33 də yaşayan Süleymanov Ramiz Cavad oğlu “Gündəm Xəbər tv”-yə müraciət ünvanlayıb.Ramiz Süleymanovun problemi Nərimanov rayonu, C.Hacıbəyli küçəsi 30 ünvanında yerləşən avtobaza ilə baglıdır.Şikayətdə bildirilir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi və komitənin rəhbəri Kərəm Həsənovun korrupsiya əməli yaradaraq , qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etmir.Bu məqsədlə “Gündəm Xəbər TV”olaraq çəkliş qrupumuzla Nərimanov rayonu, C.Hacıbəyli küçəsi 30 ünvanında olub Ramiz Süleymanovun üzləşdiyi problemləri çəkdik. Məlumat üçün bildirək ki, şikayətçi, Ramiz Süleymanov Nərimanov rayonu, C.Hacıbəyli küçəsi 30 ünvanında yerləşən avtobazanın səhmlərini alaraq özəlləşdirmiş və Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti tərəflndən adına 11.sentiybr.2002- ci ildə şəhadətnamə verilmişdir. Həmin şəhadətnaməyə əsasən avtobaza R.Süleymanovun xüsusi mülkiyyəti sayılır.Amma əsas problemlərdə bundan sonra başlayıb. Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin rəhbəri Kərəm Həsənov sahibkarı incidərək ondan rüşvət tələb etmiş rüşvətin verilməməsi səbəbindən indi Ramiz Süleymanov məhkəmələrin yolunda qalaraq öz hüquqlarının bərbasına çalışır.Daha dəqiq desək Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin rəhbəri Kərəm Həsənovdan məhkəmə qərarlarının icrasını tələb edir. Kərəm Həsənov Azərbaycan respublikası adından çıxarılan məhkəmə qətnaməsini saya salmayaraq rüşvət tələb edərək sahibkarı yollarda qoyub. Ramiz Süleymanov mülkiyyətində olan avtobazanın yerləşdiyi torpaq sahəsini özəlləşdirmək məqsədilə 18 aprel 2003-cü il tarixində Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlak Özəlləşdirilməsi Departamentinə müraciət etmişdir.Departament isə heç bir cavab vermədiyinə görə Ramiz Süleymanov Departamentə qarşı «özəlləşdirilmiş müəssisənin yerləşdiyi torpaq sahəsinin satılmasına və torpağa mülkiyyət hüququ haqqında şəhadətnamə verilməsinə məcbur edilməsinə» dair iddia ərizəsi ilə Xətai rayon məhkəməsinə müraciət edib. Xətai rayon məhkəməsinin 02 iyul 2003-cü il tarixli qətnaməsi ilə iddia təmin olunub.Cavabdeh Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentinin üzərinə Nərimanov rayonu, C.Hacıbəyli küçəsi 30 ünvanında yerləşən 7 hk torpaq sahəsinin R.Süleymanova satılması və torpaq mülkiyyət hüququna dair şəhadətnamənin verilməsi vəzifəsi qoyulmuşdur. Amma məhkəmə qərarları da işin həll olunmasına təsir göstərmir. Şikayətçi bildirir ki,: “İdarəni qirmağa və istədikləri pulu almağa nail olmaq məqsədilə Kərəm Həsənovun müavini Rafiq Cəlilov yenə də qətnamədən kassasiya şikayət verib.Lakin yenədə məhkəmə Ramiz Süleymanovun xeyrinə qərar çıxarmışdır Ali Məhkəmənin qərarından sonra Kərəm Həsənov qətnaməni qərəzli olaraq icra etməmiş, Xətai rayon icra şöbəsi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İcra Baş İdarəsi qətnamənin icra etdirilməsinə ciddi yanaşmamışlar . Bu səbəbdən R.süleymanov cavabdehlər Bakı ş, Nəsimi rayon icra şöbəsinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İcra Baş İdarəsinə və Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə qarşı "cavabdehlərin hərəkətsizliyi ilə əlaqədar" iddia ərizəsi ilə Xətai rayon məhkəməsinə müraciət edib. Həmin 13 sentyabr 2011-ci il tarixli qətnaməsi ilə iddiam təmin edilərək Bakı Apellyasiya məhkəməsinin 19.11.2007-ci il tarixli qətnaməsini qərərzli olaraq icra etməməsi ilə əlaqədar Azərbaycan Respunlikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin məsul vəzifəli səxslərinin hərəkətsizliklərinin qanunsuz hesab edilməsi , iddianın qalan hissədə təmin edilməsi qət edilmişdir. Bundan əlavə həmin ərazidə yerləşən Teleradio İstehsalat Birliyinin yerləşdiyi dövlətə məxsus torpaq sahəsinin Kərəm Həsənov tərfindən qanunsuz satılması ilə bağlı növbəti sujetmizdə ilginc faktlar haqqında məlumat verəcəyik
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?