Qərbin Milli Şuranı Rusiyanın nəzarətindən öz çətiri altına keçirməyə çalışması barədə iddialar yayılıb
Xəbər verdiyimiz kimi, Milli Şuranın dünənki sessiyasında avqustun 18-nə mitinq təyin olunub. Bununla bağlı “Yeni Müsavat” qəzeti maraqlı bir məlumat yayıb. Qəzetin yazdığına görə, Milli Şuranı mitinqə Qərb ölkələrindən birinin səfiri həvəsləndirib: “Məlumatlı ekspertin dediyinə görə, məhz o, məsləhət görüb ki, 20 -ci sahədə Milli Şura mitinq eləsin və gücünü göstərsin. Səfir təminat verib ki, Milli Şuranın mitinqi günü həmin istiqamətdə işləyən bütün nəqliyyat vasitələri istisnasız olaraq çalışacaq”.
Azvision.az iddia edir ki, böyük ehtimalla, burada söhbət ABŞ səfirindən gedə bilər: “Əgər ehtimal doğrudursa, görünür, bu yolla amerikalı diplomatlar Milli Şuranı Rusiyanın nəzarətindən öz çətirləri altına keçirməyə çalışırlar. Ehtimal isə güman ki, doğrudur, çünki başqa Qərb ölkələrinin səfirləri müxalifətlə o dərəcədə sıx təmas saxlamırlar”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?