Qeyri-müəyyənlik davam edir Beləliklə, Milli Şuranın çoxdan gözlənilən və çox şey gözlənilən sessiyası arxada qaldı. Qəbul olunan qərarlar müxalifətin düşdüyü böhranlı və qeyri-müəyyən vəziyyəti dəyişdirəcək səvəyyədə olmadı. Musavat.com ölkənin öndə gələn bir neçə siyasi ekspertinə telefon açaraq, verilən qərarlara 3-4 cümləlik münasibət bildirmələrini istəyib. Və həmin münasibətləri bu cür sistemləşdirib:
1. Milli Şura Rusiya prezidenti V. Putinin Bakıya səfərinin yekunlarını və onun verəcəyi mesajları gözləyir. Deyəsən Şura rəhbərliyində zəif də olsa, bir ümid var ki, Bakıda iki prezident arasındakı söhbətlərdə Rüstəm İbrahimbəyovun məsələsi də yer ala bilər. Buna görə də qəti qərar və addımlar atılmadı;
2. Müxalifətin iki önəmli liderinin - İsa Qəmbərin və Əli Kərmlinin MŞ-ya təklifləri keçmədi. Bu təkliflər hər şeyi ilə - hətta irəli sürülən ehtiyat vahid namizədin ad və soyadı ilə də üst-üstə düşürdü. Müsavat və AXCP rəhbərləri professor Cəmil Həsənlini yeni (ya da ehtiyat) vahid namizəd edə bilmədilər. Bu da onu göstərir ki, Milli Şurada təşəbbüs onların əllərində deyil;
3. Mitinqlə bağlı qərar, riskləri hesablamadan verilib, səhvdir. Belə bir qərar bir ay əvvəl verilsə idi, yeri vardı. İndi bu qərarı verməklə, bütövlükdə Milli Şura ideyası təhlükəyə salınır. Aksiya alınmasa, ya da İctimai Palatanın aksiyalarından zəif alınsa, belə çıxacaq ki, MŞ boşuna yaradılıb.
4. Verilən qərarlar onu göstərir ki, Milli Şurada seçkilərin boykotu tərəfdarları güclüdür; prosesi uzadaraq, Milli Şuranı boykot komandasına çevirmək taktikası yürüdürlər;
5. MŞ-nin ikinci adamı Eldar Namazovu repressiyalar gözləyir; bu səbədən artıq o, yeni vahid namizəd xəttinə yox (özü ola bilmirsə), R. İbrahimbəyovun MŞ üzvlərinə məktubunda olduğu kimi, hər təşkilatın öz namizədi olması xəttinə üstünlük verir. Cənab Namazov həbsxanaya girərsə, mütləq prezidentliyə namizəd kimi girmək istəyir; bu münasibət də İbrahimbəyov MŞ-dan namizəd qalmaqla, çoxlu namizəd xəttinə rəvac verir.
Təmasların birində isə məlumatlı ekspertlərin biri dedi ki, Milli Şuranı mitinqə Qərb ölkələrindən birinin səfiri həvəsləndirib. Məhz o, məsləhət görüb ki, 20 -ci sahədə Milli Şura mitinq eləsin və gücünü göstərsin . Səfir təminat verib ki, Milli Şuranın mitinqi günü istiqamətə işləyən bütün nəqliyyat vasitələri müdaxiləsi olaraq, çalışacaq.
Müxalifətin bu vəiyyətində isə iqtidar düşərgəsi böyük göstəriyə - Rusiya prezidentini qəbula, onunla yeni bir dönəmin startına hazırlaşır...
Hansı ki, həmin “prezident Putin müxalifətin vahid namizədini Azərbaycana rəbər edə”cəkdi... Çoxlarının ümid və gözləntilərinin tərcüməsi az müddət öncəyə qədər bu cür idi...
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?