“Bu hakimiyyətin qorxusundan xəbər verir” Müsavat Partiyasının başqanı, İsa Qəmbər Milli Şuranın 18 avqust mitinqini “Yeni Müsavat” üçün dəyərləndirdi. Müsavat başqanının sözlərinə görə, aksiya seçki dövrünün və Milli Şuranın ilk mitinqi kimi müsbət dəyərləndirilə bilər: “Yayın isti günündə, polis və hakimiyyət strukturlarının müqavimət göstərdiyi halda minlərlə insanın bizim çağırışımızla mitinqə gəlməsi yüksək qiymətləndirilməlidir. Mitinqdəki coşqu, gənclərin çoxluğu, şüarlar və plakatlar cəmiyyətin dəyişiklik istəyində olduğunu açıq şəkildə sübut etdi. Hesab edirəm ki, bu yaxşı bir başlanğıcdır. Kütləvi tədbirlər və seçki hərəkatları davam edəcək. Demokratik düşərgə qalib gələcək”.
Aksiyada yaradılan süni əngəllər bardə də danışan Müsavat başqanı bildirdi ki, bu hakimiyyətin qorxusundan xəbər verir: “Hakimiyyətdə qorxu olmasaydı, mitinq iştirakçılarının sayı bundan qat-qat çox olardı. Hakimiyyət dərk etdi ki, cəmiyyət dəyişiklik istəyir və bu tip kütləvi mitinqlərin davamı olacaq. Ona görə də hakimiyyət bunun qarşısını almağa çalışır. Hakimiyyət dərk etməlidir ki, xalqın dəyişiklik istəyini, demokratikləşmə istəyinin qarşısını ala bilməyəcək”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?