Milli Şuraya daxil olan partiya lideləri- Müsavat başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli, KXCP sədri Mirmahmud Mirəlioğlu, ACP sdəri Sülhəddin Əkbər, eləcə də “El” hərəkatının rəhbəri Eldar Namazov, “El” Hərəkatının Ali Məclis sədri Eldəniz Quliyevi mitinq keçirilən meydna gəliblər. Mitinq iştirakçıları lideləri böyük çoşqu ilə qarşılayıblar.
“El” Hərəkatının Ali Məclis sədri Eldəniz Quliyevi Milli Şura sədri Rüstəm İbrahimbəyovun mitinq iştirakçılarına müraciətini oxuyub.
Daha sonra çıxış edən Müsavat başqanı İsa Qəmbər bu il Azəbraycan xalqının böyük dəyişikliyə ilk və sağlam addım atdığını söyləyib : “Bu gün biz burda yalnız Rüstəm İbrahimbəyovun adını çəkməliyik. Biz onun qələbəsi üçün çalışacağıq. Qələbə bizim olacaq. Biz buna inanırıq. Hazırda biz gözəl bilririk ki, Milli Şurada müəyyən problemlər var. Vahid namizədimizin gəlməsi üçün süni əngəllər yaradırlar. Bu meydan bizim meydanımızdır. 25 illik mübarizə meydanını heç kəsə verməyəcəyik. Bütün xalq dəyişiklik istəyir. Azərbaycan xalqı bir ailənin 40 ildən artıq hakimiyyətindən bezib. Xalq haqqın-ədalətin olmamasından bezib. Xalqın iradəsi qarşısında heç bir qüvvə dayana bilməz. Azərbaycanın gələcəyini düşünən xalqın bütün kəsimləri bu mübarizəyə qoşulub. Ölkədəki dəyişikliklər bizim iradəmizdən keçir. Rüstəm bəyin vətənə dönüb seçkidə iştirak etməsi üçün əlimdən nə gəlsə onu da edəcəyik. Ola bilər ki, Milli Şuranın sabahkı iclasında ziyalılarımızdan birini seçib onunla seçkiyə gedəcəyik”.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?