GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Ölkədə jurnalist qiyamı gözlənilir

Ölkədə jurnalist qiyamı gözlənilir

Tarix: 17-12-2012, 11:40 Bölmə :Manşet Baxış: 728
Ölkədə jurnalist qiyamı gözlənilir
Sosial durumundan narazı olan yazarlar bir günlük tətil edəcək

gundemxeber.az Qlobal iqtisadi böhran Azərbaycan hakimiyyətinin pafos səddini keçərək öz nəticələrini diqtə etməkdədir. Tədricən bütün məhsulların və xidmətlərin qiymətində artım müşahidə olunur. Bu isə sözsüz ki, onsuz da ağır şəraitdə yaşayan Azərbaycan vətəndaşlarının sosial durumunu bir qədər də gərginləşdirir.
XXI əsrin qulları - Azərbaycan jurnalisti
Düzdür, hökumət sosial müavinətlərin, təqaüdlərin, ayrı-ayrı sahələr üzrə əməkhaqlarının qaldırılması ilə bu məsələni konpensasiya etdiyini düşünür. Amma vəziyyət yenə də acınacaqlı olaraq qalır. Rəsmi əməkhaqqı insanların dolanışığı üçün yetərli olmadığından ölkədə rüşvət geniş miqyas alır. Əməkhaqları artırılsa belə müəllimlər, həkimlər, polis və prokurotura işçiləri, hətta hərbçilər də rüşvətsiz keçinə bilmirlər. Bəs bütün bu problemləri işıqlandıran jurnalistlərin vəziyyəti necədir? Onların rəsmi şəkildə nəinki əməkhaqqı artırılmayıb, ölkənin jurnalist ordusunun böyük əksəriyyəti ümumiyyətlə əməkhaqqı almır. Əksəriyyət qonorara işləyir ki, bunun da Azərbaycan reallığında ifadəsi «günəmuzd əmək fəaliyyəti» anlamına gəlir. Yəni, «nə yazdınsa o qədər də alacaqsan» prinsipi jurnalistləri əslində qul əməyi funksiyasını yerinə yetirməyə məcbur edib.
Hökumət isə bütün məsələlərdə olduğu kimi bu məsələdə də pafosundan geri qalmır. Problemin gerçək durumun araşdırmamışdan öncə hökumət tərəfindən bu işə rəsmi və qeyri-rəsmi məsul olan şəxslərin mövqelərinə diqqət edək.
Rəsmi yalanlar
Prezident Adminstrasiyasının ictimai-siyasi şöbə müdiri Əli həsənov deyir: «Jurnalistlərin sosial probleminin aradan qaldırılması, sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində dövlətin başladığı tədbirlər bundan sonra da davam etdiriləcək və getdikcə genişləndiriləcək. Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu, o cümlədən cənab Prezidentin ayrı-ayrı dövrlərdə bununla bağlı imzaladığı sərəncamlar, fərmanlar bunun bəzi istiqamətlərini artıq ortaya qoyub.»
KİV-ə Dəstək Fondunun rəhbəri Vüqar Səfərovun mövqeyi də eynidir: «Bu gün Azərbaycanda KİV-ə davamlı, məqsədyönlü yardım mexanizmi mövcuddur və «Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyası»ında əksini tapıb. Konsepsiyada dövlət dəstəyinin forma və prinsipləri, ehtiva etdiyi konkret istiqamətlər çox dəqiq göstərilib. Hazırda qarşıda duran vəzifə sənədə uyğun həyata keçirilir. Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu məhz bunun üçün formalaşdırılıb.»
Azərbaycan reallığını bilməyən kənar bir müşahidəçi ölkə jurnalistlərini cənnətdə məkan quran bəxtəvərlər kimi zənn edər. Amma reallıq fərqlidir...
Gerçək həqiqət
Real durumu isə jurnalistlərin özündən eşidək. «Ədalət» qəzetinin müxbiri Etibar Cəbrayıloğlu hazırki qazancından və sosial durumundan narazıdır. İllərlə sözü və qələmi ilə ölkə mediasında külüng vuran yazar mediaya verilən yardımların çıxış yolu olmadığı qənaətindədir: «Dövlət mətbuata yardım edir, sağ olsun. Amma bununla iş aşmır ki. Azərbaycan jurnalistləri maddi baxımdan dirçəlməyincə medianın da inkişafından danışmaq yersiz olar. Mən bu məsələ də qəzet rəhbərlərini də qınamıram, onlar əlindən gələni edir. Amma qəzetlərin gəlirləri gözümüzün qabağındadır. Ənq yaxşı halda jurnalistlərə səhifəsi 10-15 manat olmaqla qonarar verilir. Əlbəttə bu ədalətsiz bir hesablaşmadır. Amma biz də bilirik ki, qəzetlərin bundan artığına imkanı yoxdur. Problemin həlli üçün başqşa yollar axtarılmalıdır.»
Ölkənin ən çox tirajlı siyasi qəzetinin-»Yeni Musavat»ın köşə yazarı Zamin Hacı da iqtisadi durumundan narazıdır. Aldığı qonororın redaksiya ilə özü arasında kommersiya sirri olduğunu deyən Zamin bəy KİV-ə Dəstək Fondunun yardımlarının alınmasına da etiraz etdiyini bildirdi: «Mən əvvəldən hökumətdən bu yardımların götürülməməsinin tərəfdarıydım. Jurnalistlərin dolanışığına gəldikdə ilə bizimlə «qul bazarın»dakı şəxslər arasında fərq yoxdur. Sabah birimizin qolu qırılıb yazmasaq acından öləcəyik. İş rejimimiz günəmuzddur».
Tanınmış imza sahibi, müstəqil jurnalist Nicat Dağlar da həmkarları ilə eyni fikirdədir: «Bu gün jurnalistlər ölkənin ən risqli və ən az təminatlı peşə sahibləridir. Səhifəsi 10-15 manata yazı yazırıq. Hər şeyin qiyməti qalxır və ən yüksək rüşvət alan peşə sahiblərinin belə əməkhaqqı yüksəlir, jurnalistlərin isə qonararında bir dəyişiklik yoxdur. Sanki baş redaktorlar ətrafda baş verənlərdən xəbərsizdir. Hökumət və bu məsələlərə məsul olan şəxslər də heç nə baş verməmiş kimi jurnalistlərin sosial durumunun yüksəlməsindən danışır. Jurnalistlər üçün fərdi qaydada elan edilən müsabiqələr də normal prinsiplərlə aparılmır. Müstəqil araşdırmaçı jurnalistlər bu müsabiqələrə yazı verərkən harda dərc olunmalıdırlar? Axı hər bir gündəlik qəzetin öz yazırı da bura yazı təqdim edir.»
Son dövr müsahibələrində tanınmışların qəniminə çevrilmiş «Bizim Yol» qəzetinin əməkdaşı Natiq Cavadlı da jurnalistləri aztəminatlı peşə sahiblərindən hesab edir: «İndiki qonorarla Azərbaycan jurnalistlərinin dolanması və fiziki baxımdan mövcudluğunu qoruyub saxdaması sözün həqiqi mənqasında möcüzə sayıla bilər. Hökumətin danışdjıqlarına gəlincə isə bu quru pafosdan başqa bir şey deyil. 5-3 manat pul veriblər və indi də minnət qoyublar. Özü də kimlərə veriblər? Məsələn, o siyahıda «Mövqe» adldı qəzet var. Yəqin ki, o qəzetin oxucularının sayı adındakı hərflərin sayından çox deyil. Amma Vüqar Səfərov istəyi ilə bu qəzetə də pul verirlər. Bu gün Azərbaycan jurnalistinin qazancı 1000 manat təşkil etməlidir ki, normal yaşaya bilsin.»
Radikallığı və hər zaman hakimiyyətin hədəfində olmağı ilə seçilən «Azadlıq» qəzetinin repartyoru Ramin Deko hazırki qonorar sistemindən narazı olduğunu bildirdi: «Mən reportajlar üçün normal qonararı 30-50 manat hesab edirəm. Amma bu gün ölkə mətbuatında bu qiymət 10-20 manatdır. Dövlət tərəfindən verilən yardımlar redaksiyada ədalətli şəkildə bölünür. Amma bunun qonorara və ya əməkhaqqına bir aidiyyatı yoxdur. Bunlar ildə iki-üç dəfə verilən birdəfəlik yardımlardır.» Göründüyü kimi tanınmış qəzetlərin əməkdaşları bütün rəsmi təbliğata rəğmən jurnalistlərin maddi durumundan narazılıq edir. Bu yazın müəllifi kimi biz də yuxarıda deyilən fikirlərə həmrəyik...
Hökumət xəlifə, jurnalistlər Babək rolunda
Rəsmi yalanlar və gerçək həqiqətlər arasındakı müqayisədən sonra yada «Babək» filmindəki məşhur epizod düşür. Ölümdən qurtuluş yolu kimi Afşin Babəkə xəlifənin əfvini təqdim edir. Azadlıq sərkərdəsinin cavabı isə çox lokonik olur: «Sənin xəlifən mənə rəhm etməyib, məni satın almaq istəyib». Eyni cavabı neft milyardları qarşılığında mətbuata özü də müəyyən ayrı-seçkiliklə ayrılan, sonrada böyük minnət qoyulan maddi yardımlar əvəzində vermək olar.
Amma bütün şirnikləndirici rəqəmlərə rəğmən Azərbaycan mediasını tam satılmış və bütövlükdə hakimiyyətin yedəyində hesab etmək olmaz. Hakimiyyətin olimpiada atına və ya «Evrovizion» müsabiqəsində Araş adlı oğlanla duş qəbul edən müğənniyə sərf etdiyi pulları son illər ərzində mətbuata ayırdığı ümumi vəsaitlə müqayisə etmək kifayətdir ki, iqtidarın da müstəqil mətbuatı pulla satın almaq istəyinin baş tutmadığı qənaətinə gəlinsin.
Jurnalistlərin durumuna gəldikdə isə 2007, 2008 və 2009-cu illərin müqayisəsi göstərir ki, Azərbaycanda mətbuat sahəsində çalışanlar əməkhaqqında nisbətən də olsa artım hiss olunub, əmək müqavilələrinin bağlanmasında müəyyən səliqə-sahman yaranıb, jurnalistlərin əmək hüquqlarının qorunmasına diqqət artıb. Amma bununla yanaşı hazırki situasiya böyük səhradakı bir su mənbəyinə bənzəyir. Problem yenə də qalmaqdadır. Belə ki, gündəlik nəşr olunan, dövriliyini, sabit nəşrini, imicini qoruyan mətbu orqanlarda, xüsusən də informasiya agentliklərində çalışanların orta aylıq gəliri 300 manat və bir qədər yüksəkdir (ötən ilədək bu göstərici 180-200 manat arasında olub). Həftəlik çıxan qəzetlərdə isə orta aylıq gəlir 100-150 manat civarındadır. Həmçinin bu tip qəzet redaksiyalarının təqribən 90 faizində əmək müqavilələri ümumiyyətlə bağlanmayıb. Qalan yüzlərlə qəzet redaksiyasında isə nə sistemli nəşr, nə əmək müqaviləsi, nə stabil əməkhaqqı, nə də jurnalistika prinsiplərinə hörmət yoxdur. Onu da diqqətə çatdıraq ki, Azərbaycanda real yaşayış minimumu 150 manata yaxındır.
Əzrayıl balamı almasın, balasın istəmirəm
Hakimiyyətin apardığı təbliğata rəğmən müstəqil medianın maddi dirçəlişinə müxtəlif vasitələrlə manelər yaradılır. Məhz yayım sektorundakı problemlər vasitəsi ilə qəzetlərə böyük miqdarda ziyanlar vurulur. Bu üsulların çoxu ilk baxışdan görünmür. O problemlər düzəlsə, qəzetlərin tirajı birə-üç artar. Faktik olaraq müstəqil medianın tiraj artımının qarşısı süni yollarla alınır. Bunun ən sadə yolu isə qəzet satışı nöqtələrinin seyrəldilməsidir. Adamlar istəsə belə qəzet tapa bilmir. Sual oluna bilər ki, nəyə görə bir səyyar satıcı az qala 10 köşkün qəzetini satır. Nəyə görə sata bilir? Çünki o, oxucunun yanına gedir, ona yaxınlaşır. Onu görəndə adamlar əl uzadıb qəzet alır. Amma köşk çox uzaqdadır, adamın yolunun üstündə deyil, hətta bir çox köşklər artıq profilini dəyişib. Bu təkcə paytaxta xas problem deyil. Regionlarda, ümumiyyətlə, daha ciddi problemdir. Orda əsl qəzet aclığıdır. Oxucunun hətta pulu varsa, qəzet istəyirsə belə onu ala bilmir. Müstəqil firmalar sıxışdırılıb və bu bazar tamamilə hakimiyyətin inhisarına alınıb. Zaman- zaman da problemlər yaranır. Qəzet satıcıları sıxışdırılır, əldə yayım firmalarına problemlər olur. Səyyar satıcılara birbaşa polis mane olur. Normalda müstəqil medianın əsas gəlir mənbəyi reklam olmalıdır ki. o da çox məhduddur və ya heç yoxdur. Ona görə də qazancını əsasən satışdan çıxarır. Satışa da imkan verilmirsə, problem yaradılırsa, bu, mediaya qarşı birbaşa repressiyadır.
Yeni tətil dalğası
Bütün baş verənlər isə təbii ki, jurnalistlər arasında müzakirə olunur və vəziyyətdən çıxış yolları axtarılır. Artıq bir neçə tanınmış jurnalst və media məsələləri ilə məşbul olan qeyri hökumət təşkilatları konkret addımlar atmaq qərarına gəliblər. Hələlik adlarının açıqlanmasını istəməyən jurnalistlər və QHT-lər yaxın günlərdən başlayaraq ardıcıl aksiyalar keçirmək niyyətindədir. Bu haqda «Gündəm xəbər»ə danışan media təşkilatı rəhbərinin sözlərinə görə çoxsaylı jurnalistlərin qatılması planlaşdırılan bu aksiya nəticə verənə qədər davam edəcək: «İlk növbədə həm hakimiyyət başında olanlara, həm də dünya ictimaiyyətinə sözügedən yardımların jurnalistlərin sosial durumuna təsir etmədiyini anlatmaq istəyirik. Həm də bu məsələdə qəzet rəhbərlərinin deyil, yardım məsələsinə məsul edilən şəxslərin günahkar olmadığunu diqqətə çatdıracağıq. İlk addım kimi jurnalistlərin bir günlük etiraz tətilini keçirmək və həmin gün təlil edən jurnalistlərin KİV-ə dəstək fondunun qarşısında etiraz tədbiri kimi qələmini Fondun yerləşdiyi binaya qoymasını planlaşdırırıq. Ardınca isə digər aksiyalarımız keçiriləcək.»
Onu da qeyd edək ki, yazını hazırlayarkən söhbət etdiyimiz tanınmış yazarların hamısı hələ ki onlara belə bir təklif olunmadığını, amma aksiyanın geniş miqyaslı olacağı halda bu tətilə məmuniyyətlə qoşulacaqlarını bildirdilər.

Çingiz Coşqun
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Hökumət müəllim və həkimləri aşağıladı

    Hökumət müəllim və həkimləri aşağıladı ...

    3-12-2012, 01:45

  • 
  • 2015-ci ilin büdcəsinə görə, kimlərin maaşı artacaq?

    2015-ci ilin büdcəsinə görə, kimlərin maaşı ...

    28-11-2014, 00:35

  • 
  • İşçilərin əməkhaqları 10 faiz artırılacaq

    İşçilərin əməkhaqları 10 faiz artırılacaq ...

    23-09-2013, 11:11

  • 
  • Bir sıra təşkilatlarda əməkhaqları artırıldı

    Bir sıra təşkilatlarda əməkhaqları artırıldı ...

    2-03-2016, 00:24

  • 
  • Müəllimlərin maaşı artırılır - VİDEO

    Müəllimlərin maaşı artırılır - VİDEO ...

    19-12-2015, 01:25


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (127)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu