Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) İdarə Heyətinin növbəti iclası keçirilib. İclasda qərarların icra vəziyyəti, ölkədəki ictimai-siyasi durum və qarşıda duran vəzifələr müzakirə olunub. Müzakirə olunan məsələlərlə bağlı müvafiq qərarlar qəbul edilib.
KXCP İdarə Heyyəti Demokratik Qüvvələrin Milli Şurasının (Milli Şura) prezidentliyə vahid namizədi ilə bağlı qərarlarının dəstəkləməsi istiqamətində partiyanın Milli Şuradakı təmsilçilərinin fəaliyyətinin KXCP Ali Məclisi və İdarə Heyətinin qərarlarına uyğunluğunu qeyd edib və dəstəkləyib.
İdarə Heyəti prezident seçkilərinə hazırlıqla bağlı sentyabrın 7-də KXCP-nin qərargahında partiyanın rayon (şəhər) şöbələrinin ümumrespublika müşavirəsini keçirilməsi haqqında qərar qəbul edib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?