Bu gün KXCP özünün Nərimanovda yerləşən qərərgahında partiyanın rayon şöbə sədrlərinin iştirakı ilə ümumrespublika müşavirəsi keçirmişdir.Müşavirə Azərbaycan Respublikasının Dövlət Himni oxunması ilə açıq elan edildi.Partiyanın təşkilat məsələləri üzrə müavini X.Teyyublu müşavirədə sədr, Nisəxanım Vəliyeva isə katib seçildi. Müşavirədə KXCP sədri M.Mirəlioğlu, Ali Məclisin sədri və seçki məsələləri üzrə katibi B.Əbil, KXCP idarə heyyətinin üzvləri, Partiyanın NTK-nın üzvləri, Rayon partiya şöbələrinin sədrləri iştirak və çıxışlar etdilər.Müşavirədə qarşıdan gələn prezident seçkiləri ilə baglı müzakirələr oldu. Seçkilərə hazırlıqla bağlı sözü B.Əbilə verdilər.Seçki qərərgahının rəhbəri Bəybala əbil seçkiyə hazırlıqla bağlı geniş məruzə etdi.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?