“Milli Şuranın sentyabrın 22-də keçirilməsi planlaşdırılan mitinqinə partiya bayraqları çıxarılmayacaq. Bu, Milli Şuranın Mitinq Komitəsinin qərarıdır”.
Bunu virtualaz.org-a açıqlamasında Milli Şuranın Mitinq Komitəsinin sədri Asəf Quliyev deyib. Onun sözlərinə görə, Mitinq Komitəsi tərəfindən qəbul edilən bu qərar partiyalarda da müzakirə olunacaq: “Biz qərar verdik ki, bu Milli Şuranın mitinqidirsə, partiyaların bayrağının çıxarılmasına ehtiyac yoxdur. Milli Şuranın öz bayraqları olmalıdır. Ancaq partiyalar özləri də bu qərara münasibət bildirəcək”.
A.Quliyev bildirdi ki, növbəti mitinq üçün rəng seçimi və şüarla bağlı qərar da verilib: “Komitə rəng olaraq tünd göyü seçdi. Şüarımız isə bir neçə cümlədən ibarət olmayacaq. Şüarımız qısa olaraq “Bəsdir!” olacaq”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?