Jurnalist AXCP Ali Məclisinin üzvü olsa da, iqtidardakı müxtəlif vəzifəli məmurlarla, xüsusi ilə də Cavid Qurbanovla dostluq edirmiş
Avropa.info saytı Pərviz Həşimlinin həbsinin təfərrüatı barədə eksklüziv xəbər yayıb. "Avropa.info-nun əldə etdiyi məlumata görə, bu gün saat 3-4 radələrində Pərviz Həşimlinin tanımadığı bir nəfər ona zəng edərək Moderator.az saytında gedən bir yazı ilə əlaqədar onunla görüşmək istədiyini bildirib. Görüş İnşaatçılar metrosunun yaxınlığında yerləşən "Tri-Korona" adlana binaların qarşısında planlaşdırılıb. Pərviz Həşimli görüş yerinə çatar çatmaz MTN əməkdaşları tərəfindən həbs olunub. Onunla görüşmək istəyən naməlum şəxs saxlanılsa da sonradan buraxılıb. MTN əməkdaşları həm Pərviz Həşimlinin ,həm də onunla görüşmək istəyən naməlum şəxsin avtomobilində axtarış aparıblar. Şahidlərin Avropa.info-ya verdikləri məlumata görə, tapanca məhz naməlum şəxsin avtomobilindən çıxıb". Musavat.com bildiri ki, bu məlumatdan və digər bilgilərdən belə nəticə hasil olur ki, istintaq orqanları P. Həşimlinin həbsinə uzun müddət hazırlaşıb. Musavat.com-a adının açıqlanmasını istəməyən bir qaynaq söyləyib ki, Pərviz Həşimlini yaydığı məlumatların hansı qaynaqlardan alınmasını öyrənmək məqsədi ilə tutublar. Həmin qaynaq bildirir ki, saxlanan jurnalist AXCP Ali Məclisinin üzvü olsa da, iqtidardakı müxtəlif vəzifəli məmurlarla, xüsusi ilə də Cavid Qurbanovla dostluq edirmiş. Son günlər onun redaktoru olduğu moderator.az saytı bir sıra vəzifəli məmurlar barədə eksklüziv xarakterli sensasion məlumatlar yayıb. Həmin məlumatlar iqtidarın daha üst qatlarında qıcıq doğurmaya bilməzdi. Görünür, bəzi məmurların Pərviz Həşimliyə xüsusi kompromat məlumatı ötürmələrinə dair şübhələr var. Daha bir qaynaq isə iddia edir ki, P. Həşimli BAXCP sədri Q. Həsənquliyevlə, sabiq milət vəkili Hüseyn Abdullayevlə də yaxın dost olub. P. Həşimli hətta bir biri ilə zidd münasibətdə olan fiqurlarla ayrı-ayrılıqda yaxın münasibət saxlamağı bacaran bir jurnalistdir. vla da Məsələn, onun həmkarları deyirlər ki, P. Həşimli hazırda həbsdə olan deputat Gülər Əhmədovanın əri Fikrət Əhmədovla da yaxın dostluq münasibətləri saxlayır. Musavat.com
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?