GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Namiq Abbasov haqda şok fakt

Namiq Abbasov haqda şok fakt

Tarix: 24-09-2013, 15:53 Bölmə :Manşet Baxış: 4 904

Sabiq MTN şefi nazir olarkən “qənd alverçi”sindən silah almaq istəyib; nazirin uğursuz silah alverinin tragikomik gizlinləri

Hər bir ölkənin müstəqilliyinin qorunmasında, ona yönəlmiş xarici və daxili qüvvələr tərəfindən hazırlanmış təxribatların dəf edilməsində, bir sözlə, respublikanın siyasi – iqtisadi sabitlik şəraitində inkişafının təmin edilməsində milli təhlükəsizlik konsepsiyasının olması və onun tam gücü ilə işləməsi zəruridir. Sirr deyil ki, hər bir dövlətin milli təhlükəsizlik sistemi bu işdə olduqca önəmli rol oynayır. Məhz elə bu baxımdan Milli Təhlükəsizlik Nazirliyinin öhdəsinə çox ciddi vəzifələr düşür, bu qurum dövlətin qorunmasında əvəzolunmaz rola və funksiyaya malikdir.

Ölkəmiz müstəqillik qazandıqdan sonra isə Milli Təhkəsizlik Nazirliyinin üzərinə daha böyük vəzifələr düşüb. Yenicə yaranmış Azərbaycan dövlətinə qarşı xaricdən və daxildən həyata keçirilən təxribatların aşkarlanması və aradan qaldırılması işində MTN-in xidmətləri danılmazdır. Bu baxımdan adıçəkilən quruma rəhbərlik etmiş şəxslərin də çox böyük xidmətlərini danmaq mümkün deyil. Bununla belə milli təhlükəsizlik naziri vəzifəsini daşıyanların heç də hamısını işinin professionalı adlandırmaq mümkün deyil. Bu baxımdan isə diqqətləri daha çox özünə çəkən sabiq nazir Namiq Abbasovdur. Xatırladaq ki, Namiq Abbasov müstəqillik dövründə MTN-ə rəhbərlik etmiş “ən uzunömürlü” nazirdir. Onun nazir kimi işlədiyi uzun illər ərzində dövlətçilik qarşısındakı böyük xidmətlərini də unutmamaq şərtilə onun buraxdığı böyük səhvlərin də siyahısı kifayət qədər uzundur. Bu yazımızda buraxılmış həmin yanlışların bir neçəsini oxucularımızın diqqətinə çatdırmaq istərdik.

Namiq Abbasovun dövründə MTN verdiyi təkziblərlə hamını təəccübləndirirdi

Namiq Abbasov haqqında tənqidi fikirlə hələ o nazir vəzifəsində olarkən də eşidilirdi. Bu isə daha çox onun həyata keçirdiyi kadr islahatlarının effektivsizliyilə bağlı olub. İstər nazir olan dövrdə, istərsə də bundan sonra ayrı – ayrı ünvanlardan MTN şefinin hərəkətlərinə qarşı fikirlər söylənilib. Narazılar sırasında ən çox təhlükəsizlik sisteminin sabiq əməkdaşları durmuşlar ki, onlar açıq şəkildə Namiq Abbasovu tənqid hədəfinə çevirərək, onun kadr islahatlarını düzgün aparmamasını vurğulamışlar. Həmin tənqidi fikirlərdə “kadr islahatı” adı altında təhlükəsizlik sisteminə yararlı və bəlkə də lazımlı, işini bilən, illər uzunu püxtələşmiş mütəxəssislərin MTN-dən qovulması göstərilmişdir. Sabiq nazirin çox vaxt kadrları imkanlarına görə yox, hansısa səbəblərdən işdən və işə götürməsinə əmrlər verdiyi barədə etiraz edənlərin çoxsaylı açıqlamaları mövcuddur.
Namiq Abbasovun məhz kadr islahatında böyük səhvlərə yol verməsi sonradan MTN-in imicinə güclü zərbələr vurmuşdu. Məsələn, N.Abbasovun nazir olduğu dönəmdə Azərbaycanın ən güclü və önəmli strukturu hər hansı bir informasiyanı yayır və sonrdan onu təkzib edirdi. Halbuki bu diletantlıq sayılırdı və MTN-nin nüfuzuna böyük zərbə vururdu. Yazılmamış qaydadır ki, təhlükəsizlik sistemi bir qayda olaraq təkzibi sevmir və bundan birmənalı olaraq istifadə etmir. O səbəbdən ki, bu sistem açıqlanacaq informasiyaları dəfələrlə yoxlamalı, tam əminlik hasil olunduqdan sonra ictimaiyyətə təqdim etməlidir.

Hacı Məmmədovun məsələsində Namiq Abbasovun nəzarətsizliyi

Cənab Abbasov nazir vəzifəsindən azad edilərək, Özbəkistana səfir göndərildikdən sonra da onun adına bəzi qalmaqallarda rast gəlmək mümkün idi.. Qəzetlər və bir sıra digər məlumatlı mənbələr onun adını bir sıra xoşagəlməz işlərdə hallandırdılar. Bunlardan biri kimi, Hacı Məmmədovun dəstəsi barədə Respublikanın Baş Prokurorluğunun MTN-ə göndərdiyi faktların araşdırılması və məlumatların toplanılması barədə məktubuna N.Abbasovun rəhbərlik etdiyi nazirliyin laqeydlik nümayiş etdirməsi göstərilirdi. Bildirilirdi ki, bu cür məktub alan MTN-in sonradan heç bir tədbir görməməsi, onu, H.Məmmədovun dəstəsinin yeni cinayətlər törətməsinə gətirib çıxarmasında məsul etmişdir.
Xatırladaq ki, sabiq nazir bu məsələyə aydınlıq gətirərkən demişdi ki, məktub onun müavininin ünvanına gəlib və o da bu işlə məşğul olmalı idi. Əslində N.Abbasovun bu cür bəyanatı ciddi qəbul edilməməlidir. Ən azı o, hər hansı kommunal təsərrüfatın başında durmamışdı və onun rəhbərlik etdiyi təşkilata hər hansı bir vətəndaş damının axması, kanalizasiya xəttinin nasazlığı və s. xırda işlərlə bağlı müraciət etməmişdi. N.Abbasov MTN-in rəhbəri idi və bu nazirlikdən respublikanın Baş Prokurorluğu hüquq – mühafizə sistemində çalışan yüksək rütbəli şəxslərin əməllərilə bağlı araşdırmaların aparılmasını xahiş edirdi. Bu baxımdan N.Abbasovun məsələdən xəbərdar olması zərur idi.
Bir anlıq N.Abbasovun nazir olarkən həqiqətən də müavininin ünvanına Baş Prokurorluq tərəfindən daxil olan böyük bir cinayətkar qrupun zərərsizləşdirilməsinə aparıb çıxaracaq məktubundan xəbərsiz olduğunu qəbul edək. Bu halda da cənab Abbasov heç cür məsuliyyətdən kənarda qala bilməz. Ən azından o, rəhbəri olduğu nazirlikdə nəzarəti həyata keçirə bilməyib.

Daha bir kuryoz: Namiq Abbasov qəzetdən silah alırmış?!

İndi qeyd edəcəyimiz məsələ 1997- ci ildəki bir hadisə barədədir. Həmin hadisənin mahiyyətindən MTN – in xarici ölkə ilə yazışmaları durur. Söhbət N.Abbasovun Milli Təhlükəsizlik naziri kimi 1997-ci ilin aprel ayının 18-də göndərdiyi məktubdan gedir. Həmin məktub, özündə MTN tərəfindən bir sıra silah nümunələrinin alınması istəyini ehtiva edir. Ən gülməlisi odur ki, nazir öz imzası ilə İsraildə fəaliyyət göstərən “24 saat” adlı qəzetə faks göndərərək, bir neçə silahların nümunələrinin alınması istəyir.
Bu məsələdə hər hansı bir qəzetin rol oynadığını təəccüblə qarşılamayın, çünki məsələ barədə tam təfərrüatı ilə açıqlama verildikdə, aydın olacaq ki, söhbət heç də “24 saat” adlı qəzetdən deyil, orada çalışan Əhməd Paşa Əliyevdən gedir. Maraqlıdır, bəs görəsən Namiq Abbasovun silah almaq istəditi Əhməd Paşa Əliyev əslində kimdir?


Əhməd Paşa Əliyev müəmması

Bununla bağlı xarici mətbuatın əldə etdiyi və İsrail polisinə istinadən verdiyi məlumatlara inansaq, belə məlum olur ki, yazıçı – jurnalist David Mark və Konstantin Şupakla birgə 1995-ci ilin avqustunda İsraildə bir komersiya firması açıb. Firma “C.V İsrafax Ltd” adlanır və onun səhmlərinin 90 faizinin sahibi Əhməd Paşa Əliyevdir. İsrail Daxili İşlər Nazirliyinin məlumatına görə Əhməd Paşa Əliyev sadəcə olaraq MDB-dən gələn turistdir və İsrail vətəndaşı deyil.
Bir müddətdən sonra Əhməd Paşa Əliyevin rəhbərlik etdiyi firma “24 saat” adlı qəzeti də öz əlinə keçirir. Qəzetlə bağlı müxtəlif vədlər verilir, belə ki, onun 100 və ya 300 səhifədə nəşr ediləcəyi söylənilir. Amma bütün bunlar elə vəd olaraq da qalır, bu haqda bir qədər sonra...
Əhməd Paşa Əliyev haqqında isə onu tanıyanlar həm polisə, həm də mətbuat orqanlarına açıqlama verərkən, tərəddüd içində qalırlar. Məsələ ondadır ki, onların heç biri Əliyev soyadlı şəxsin kimliyini dəqiq açıqlaya bilmirlər. Məsələn, xarici mətbuatda açıqlama verən İlan Kfir, hətta, Əhməd Paşa Əliyevin İsrail vətəndaşı olub – olmadığını belə bilmir. O qeyd edir ki, “24 saat” qəzetini almaq istərkən Əliyev soyadlı bu şəxs çeklər təqdim edib və sonradan məlum olub ki, onun vəkilə təqdim etdiyi bu çeklərin arxasında heç bir pul dayanmır. İ.Kfir deyir ki, İsraildə olarkən çeklərlə bağlı ona sual olunub və Əliyev pullarını yatırdığı İsveçrə bankında hər hansı bir anlaşılmamazlığın, səhvin baş verdiyini söyləyib. Bu məqsədlə də İsraili tərk edib və o vaxtdan barəsində heç kim adi məlumata belə malik deyildir.
İlan Kfir açıqlamasında söyləyir ki, o, “24 saat” qəzetində, “C.V. İsrafax Ltd” firmasında çalışanlanların Əliyevlə əlaqəli olduğunu dəqiq bilir. David Markiş də bu şəxslərdən biridir. İndi David Markiş yoxa çıxıb. İ.Kfir söyləyir ki, onu öldürməyiblər, çünki o polisə izahatlar verib. David Markiş Lemerlə də sıx əlaqələrini gizlətməyə çalışsa da, İsrailin polisi bunun mövcudluğunu təsdiq edən yazılı sənədləri və fotoları ona göstərdikdən sonra hər şeyi etiraf etmək məcburiyyətində qalıb.
Əhməd Paşa Əliyev isə bu hadisədən sonra ailəsi ilə birlikdə xaricə gedir.

Neft və şəkər alverçisi ?

Azərbaycan Milli Təhlükəsizlik naziri Namiq Abbasovun “24 saat” qəzetinə faksla göndərdiyi məktubla bağlı İlan Kfir öz şəxsi mülahizəsini söyləyib. O, deyib ki, məktubda yazılanlardan belə bəlli olur ki, Əhməd Paşa Əliyev silah alveri ilə məşğul olubmuş. Lakin bu iki şəxs arasında baş tutmuş yeganə görüş zamanı Əliyev neft və qənd məhsullarının ticarəti ilə məşğul olduğunu söyləyib.
“Əhməd Paşa Əliyevin neft və qənd ticarəti ilə məşğul olduğu bir halda, qəzet onun nəyinə lazım idi?” – sualına cavabında İ.Kfir deyir ki, mənim düşüncəmə görə, o, bu vasitə ilə, yəni, mətbuatın təsir gücündən istifadə etməklə İsrail parlamentinə (Knessetə) düşmək istəyirmiş.
Qəzetin təqdimetmə mərasimində iştirak etmiş və sonradan İsrailin tanınmış simalarından birinə çevrilmiş Ehud Barak da Əhməd Paşa Əliyevlə bağlı hər hansı məlumata malik olmadığını deyib. Əvvəlcə belə bir adamı tanımadığını söyləsə də, jurnalistlərin ona həmin görüşdə bu şəxslərin birgə çəkdirdikləri fotoları göstəriblər. Yalnız bundan sonra Ehud Barak belə bir adamla tanış olduğunu deyib, lakin o, Əhməd Paşa Əliyevlə məhz bu məclisdə və bircə dəfə görüşdüyünü söyləyib.
Bütün bu adları və baş verən prosesləri sadalamaqda məqsədimiz məsələ ilə bağlı oxucuların az – çox məlumatlı olmasını təmin etməkdən irəli gəlir. İndi isə qayıdaq MTN-in sabiq rəhbəri Namiq Abbasovun faksla göndərdiyi məktuba.

Namiq Abbasov rəsmi icazəsi olmayan şəxs vasitəsilə silah almaq istəyib?!

Yuxarıda qeyd etdiyimiz kimi, N.Abbasovun “peşəkarlığı” o dərəcə də olub ki, o, hər hansı bir qəzet vasitəsilə silah – sursat nümunələri almağa cəhd göstərib. Burada təbii olaraq bir neçə sual yaranır: “24 saat” qəzeti və ya “C.V. İsrafax Ltd” firmasının sahibi Əhməd Paşa Əliyev silah alverilə məşğul olubmu?
Əgər bu işin rəsmiyyət tərəfini bilmək istəsəniz, yox, bu fiziki və hüquqi şəxslərin heç birinin silah alveri etməsinə hüququ olmayıb. Çünki jurnalistlər İsrailin Müdafiə Nazirliyinə sorğu göndəriblər və burada Əhməd Paşa Əliyevin silah alveri etməsi üçün rəsmi icazəsi olub – olmadığını öyrənməyə çalışıblar. Onlar hər ehtimala qarşı təkcə Əhməd Paşa Əliyevin deyil, onun rəhbəri olduğu firmanın, tərəfdaşlarının da silah alqı – satqısına icazəsi olub – olmadığını soruşublar. Israilin Müdafiə Nazirliyi belə cavab verib :
“ Məktubunuzda adı çəkilən şəxslər bizə məlum deyil və onlar İsrail Müdafiə Nazirliyindən silah alverilə bağlı heç bir icazə almayıblar ”.
İsrail Müdafiə Nazirliyinin bu cavabından daha bir qənaət hasil olur. Bəlkə...

Əhməd Paşa Əliyev qeyri – qanuni silah alverilə məşğul olub?

İsrail hüquq – mühafizə orqanları da bu məsələyə tam aydınlıq gətirə bilməyiblər. Amma Azərbaycanın Milli Təhlükəsizlik naziri işləyərkən faks vasitəsilə göndərdiyi məktubla general – leytenant N.Abbasov Azərbaycanın təhlükəsizlik sistemini olduqca “gülməli” vəziyyətdə qoyub. Bu cür gülməli vəziyyətin özündə belə çox ciddi məsələlər durur.
Belə ki, məktubdan göründüyü kimi, N.Abbasov Əhməd Paşa Əliyevi öz nümayəndəsi kimi qədqim edir. Bu isə, o qənaətə gəlməyə əsas verir ki, N.Abbasov Əhməd Paşa Əliyevlə tanış olub. Əks halda, onu məktubunda “bizim nümayəndə kimi” təqdim etməzdi.
Digər bir tərəfdən, Əhməd Paşa Əliyev N.Abbasovun təbirincə, “nümayəndədirsə” və o, İsraildə silah alqı-satqısı ilə məşğul olmaqdan ötrü rəsmi icazəyə malik deyilsə, onda vəziyyət bir qədər də qarışır. Belə çıxır ki, Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi silah alveri etməyə heç bir rəsmi icazəsi olmayan, hüququ çatmayan bir şəxslə ilişgilər qurub. Bu isə N.Abbasov üçün heç də yaxşı sayıla bilməz.
Cənab Abbasov üçün ən yaxşı hal ondan ibarət ola bilər ki, MTN şefi, özü də general leytenant hansısa Əhməd Paşa Əliyev tərəfindən ələ salınıb. Gülməlidir, həm də düşünməli... Bəlkə də tragikomediyadır.
Samirə
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Günün qoroskopu: 23 İyul 2016

    Günün qoroskopu: 23 İyul 2016 ...

    23-07-2016, 01:35

  • 
  • Naxçıvanlılar MTN qalmaqalından danışdılar

    Naxçıvanlılar MTN qalmaqalından danışdılar ...

    8-12-2012, 13:28

  • 
  • DİN İqbal Ağazadəyə silah verməkdən imtina etdi

    DİN İqbal Ağazadəyə silah verməkdən imtina etdi ...

    10-10-2014, 17:28

  • 
  • Təhlükəsizlik Şurasının iclası nazir olmadan keçiriləcək- İlk dəfə

    Təhlükəsizlik Şurasının iclası nazir olmadan ...

    25-12-2013, 15:24

  • 
  • Azərbaycanın Təhlükəsizlik Şurasına daxil olan 11 ali vəzifəli kimlərdir? - SİYAHI

    Azərbaycanın Təhlükəsizlik Şurasına daxil olan 11 ...

    20-10-2015, 14:59


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (74)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu