Mandat makleri Dövlət İdarəçilik Akademiyasında da çalışıb, iqtisad elmləri namizədi olub
gundemxeber.az Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq rektoru Elşad Abdullayevin sabiq deputat Gülər Əhmədova barədə yaydığı qalmaqallı videolarda pul alış-verişində vasitəçi kimi adı hallannan M.Ə.Sabir adına kitabxananın keçmiş direktoru Sevinc Babayeva ilə bağlı yeni məlumatlar yayılıb. Son məlumatlara görə, Sevinc Babayeva Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında da çalışıb. S.Babayevanın akademiyada hansı işləri icra etdiyi bəlli deyil. Bundan əlavə sabiq kitabxana müdiri iqtisad elmləri namizədi olub. Buna sübut olaraq, onun S.Q.Cümşüdovla çap etdirdiyi “Telekommunikasiya sahəsində sosial-iqtisadi inkişafın sürətlənməsinin əsas istiqamətləri” adlı kitabını göstərmək olar. Məlumat üçün bildirək ki, həmin kitab “Təhsil NPM” nəşriyyatında yığılıb. Qeyd edək ki, sentyabrın E. Abdullayev, deputat Gülər Əhmədova və Sabir adına Kitabxananın direktoru Sevinc Babayeva ilə bağlı video material yayıb. Video materialda deputatla sabiq rektor və vasitəçi kimi təqdim olunan S. Babayeva arasında E. Abdullayevin Milli Məclisin üzvü seçilməsi üçün yüksək məbləğdə rüşvət verməsi, ondan əlavə məbləğ istənilməsi barədə dialoq əksini tapıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?