«Videoqalmaqal işi»ndə açar isim olan bu xanım qoruma altındadır
gundemxeber.az Lisenziyası ləğv edilmiş Azərbaycan Beynəlxalq Universitetinin (ABU) keçmiş rektoru Elşad Abdullayevlə mandatı və partiya üzvlüyü əlindən alınmış Gülər Əhmədova arasındakı bazarlıqda açar isim kimi adı hallandırılan Sevinc Babayevanın harada olması günü bu gün də bir çox çevrələr üçün maraqlıdır. Apardığımız araşdırmalardan aydın olur ki, əslində Sevinc Babayeva ölkədən heç bir yerə getməyib. Bu barədə redaksiyamıza danışan mənbə iddia edir ki, Elşad Abdullayevin talan edilməsində araçı kimi iştirak edən Sevinc Babayeva ciddi şəkildə himayə olunur və gizlədilir: «Hazırda onu demək olar ki, istintaqdan gizlədirlər və iqtidar daxilində hələ də bu mövzuda yekdil qərar, qəti hökm olmadığından Sevinc Babayeva da toxunulmaz olaraq qalır. Və bu gün ən acınacaqlısı isə odur ki, Elşad Abdullayevin yaratdığı videoqalmaqaldan sonra açılan cinayət işinin istintaqçıları əllərində heç bir «malzəmə» olmadan «araşdırma» aparmaq zorundadırlar. Yəni ancaq Gülər Əhmədovanı bir-iki dəfə dindirməklə kifayətlənirlər ki, bununla da hər hansı irəliləyişə nail olmaq mümkün deyil ». Mənbəmiz Sevinc Babayevanın yerini təxmin olaraq nişan da verdi: «Əyalət rayonlarımızın birində - bir məmura məxsus villada saxlanılan Sevinc Babayeva hər cür şəraitlə təmin olunub». Mənbəmiz əlavə olaraq bildirdi ki, həmin villa Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə yaxın şəxslərdən birinə aiddir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?