GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Cəmil Həsənli yenə sərt danışdı və ölümlə hədələndi - (Video)

Cəmil Həsənli yenə sərt danışdı və ölümlə hədələndi - (Video)

Tarix: 26-09-2013, 22:14 Bölmə :Manşet Baxış: 986
 Cəmil Həsənli yenə sərt danışdı və ölümlə hədələndi - (Video)
Namizədlərin teledebatında YAP icra katibi Milli Şura namizədini “bu dediklərinə görə hüquq-mühafizə orqanları qarşısında cavab verəcəksən” dedi, Hafiz Hacıyev isə C.Həsənlini ölümlə təhdid etdi
Prezidentliyə namizədlərin İctimai Televiziyada debatı sentyabrın 26-da da davam edib. Çıxış edən prezidentliyə namizədlərin əksəriyyəti çıxışını həmişəki kimi Milli Şura üzvlərinin tənqidi və təhqiri üzərində qurub.

Püşkatmaya uyğun olaraq ilk çıxış edən namizəd Zahid Oruc müxalifəti liderlərini girova çevirməkdə ittiham edib: “Vaxtı ilə Əbülfəz Elçibəyi öz maraqlarının girovuna çevirənlər indi eyni ssenarini Cəmil Həsənliyə qarşı həyata keçirirlər”. O, müxalifəti siyasi ziddiyyətlər içərisində olmaqda da suçladı.

Yeni Azərbaycan Partiyasının namizədi, dövlət başçısı İlham Əliyevin səlahiyyətli nümayəndəsi Əli Əhmədov isə bildirdi ki, müxalifət əbəs yerə dəyişiklik həvəsindədir: “Artıq bu dəyişiklik baş verib. Azərbaycanın dəyişikliyə ehtiyacı yoxdur”. O, ölkənin iqtisadi qüdrətinin artdığını, ölkədə yoxsulluğun səviyyəsinin on ildə əlli faizdən üç faizə düşdüyünü, orta aylıq əmək haqqının beş dəfə, pensiyaların doqquz dəfə artdığını söyləyib. Ölkədə tikilən məktəb və xəstəxanalardan danışan Ə.Əhmədov, infrastruktur yenilənməsini təqdir edib.

Ümid Partiyasının sədri İqbal Ağazadə isə çıxışında ölkə səhiyyəsinin bərbad durumda olmasından söz açıb və platformasından danışıb. O, səhiyyə sistemindəki çatışmazlıqlardan, insanların həkimə müraciət etməməsinin səbəblərindən və vətəndaşların xarici ölkələrin həkimlərinə üz tutmasından danışıb: “Bu gün Azərbaycanda infaktın riski 95 faizdir. Vətəndaşın sosial-iqtisadi vəziyyəti onun həkimə müraciət etməsini çətinləşdirir və o, aylarla, illərlə, on illərlə, xəstələnib ağır vəziyyətə düşənə qədər səhiyyə ocaqlarına müraciət edə bilmir. Müraciət etdiyi səhiyyə ocaqlarında isə onları qeyri-peşəkarlıq, ya da imkansızlıq şəraiti ilə üz-üzə buraxırlar”. O, ailə həkimi institutunun yaradılmasının vacibliyindən danışıb, prezident seçiləcəyi halda, həkimin orta aylıq əmək haqqının artırılacağını, tibbi sığortanın həyata keçiriləcəyini vurğulayıb. Bir çox ciddi xəstəliyi olan vətəndaşların- vərəm, QİÇS, şəkər kimi xəstəliklərin dövlət hesabına pulsuz müalicə ediləcəyini, ildə iki dəfə vətəndaşların pulsuz müayinəsini də seçicilərə vəd edib.

Ədalət Partiyasının sədri İlyas İsmayılovun səlahiyyətli nümayəndəsi Mais Gülalıyev ölkə vətəndaşlarının dəyişiklik istədiyini vurğulayıb və ölkənin rüşvət, korrupsiya içində olduğunu qeyd edib. Onun sözlərinə görə, xalq hakimiyyətin qanunsuz əməllərinə müqavimət göstərə bilmir: “Çünki güclüdür. Azərbaycan hakimiyyətinin gücü xalqda deyil, maliyyədədir”.

Digər namizəd Hafiz Hacıyevin çıxışı isə demokratik düşərgənin təhqiri ilə müşayiət olunub.

Prezidentliyə namizəd Fərəc Quliyev isə çıxışında Dağlıq Qarabağ münaqişəsinin indiyədək həll olunmamasından danışıb və hökuməti hərəkətsizlikdə ittiham edib.

ADP sədri Sərdar Cəlaloğlu çıxışını bütünlüklə Milli Şuraya həsr edib və qurumun üzvlərinin vaxtı ilə hakimiyyətdə olduqları üçün qisasçı olduqlarını söyləyib. Onun sözlərinə görə, vaxtı ilə hakimiyyətdən uzaqlaşdırılan müxalifət yenidən hakimiyyəti geri almaq istəyir və bu səbəbdən hədsiz radikallıq nümayiş etdirir.

Namizədlərdən Araz Əlizadə özünə qarşı hücumların olduğunu bildirib və ölkə mətbuatını ittiham edib. O, çıxışında “Yeni Müsavat” qəzetini tənqir və təhqir edib, müxalifəti isə çətin dönəmlərdə, təzyiqlər zamanı xarici təşkilatlara üz tutmaqda ittiham edib. BAXCP sədri Qüdrət Həsənquliyev isə platformasından danışacağını bildirsə də, Milli Şuranın üzvlərini təhqir etdi.

Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənli isə çıxışına seçicilərlə sentyabrın 28-də keçiriləcək görüşün anonsunu verməklə başladı: “Uca millətim, şərəfli xalq! Bu gün sizinlə yeni görüşə gəlmişik. Sözümün əvvəlində sizi növbəti mitinqə- seçicilərlə görüşə dəvət edirəm. Belə bir görüş sentyabr ayının 28-də, saat dörddə, İnşaatçılar metrosunun yanındakı stadionda, keçmiş Qələbə kinoteatrının arxasında baş verəcək. Gəlin Qələbəyə və birlikdə gedək qələbəyə”. O, həmçinin deyib: “Burada prezidentliyə namizəd mənəm, Əli Kərimli, İsa Qəmbər deyil. Nə sözünüz var, mənə deyin. Burada olmayan adamlar haqqında niyə bu qədər həqarətli danışırsınız? Özünüzü prezidentliyə namizəd kimi yox, vəkil kimi aparırsınız. Beş-altı nəfər İlham Əliyevin vəkili kimi çıxış edir. Vəkil idinizsə, buraya niyə gəlirdiniz?”. Onun dediklərinə Z.Oruc dərhal cavab verib: “İlham Əliyevin vəkili olmaq çox şərəfli iş sayılar”. H.Hacıyev isə təkrar təhqirlərə başlayıb və müxalifəti xalqı hərraca çıxarmaqda ittiham edib. O, həmçinin C.Həsənlini ölümlə hədələyib.

Cəmil Həsənli isə çıxışının davamında bir il əvvəl sentyabrın 26-da deputat Gülər Əhmədovanın mandat alveri barədə faktın açıqlanmasından danışdı: ““Gülərqeyt” işi açıldı, diqqət yetirin, rüşvəti alan da Yeni Azərbaycan Partiyasının üzvüdür, verən də. Əgər bir partiya və bir partiyanın sədri mandat alveri ilə məşğul olursa, onun nə mənəvi haqqı var ki, bu gün prezidentliyə iddiaçılar rolunda çıxış etsin? Mandat alveri dövləti cinayətdir. Çünki burada siyasi postların satılmasından söhbət gedir. Konstitusiyaya görə, ən ağır cinayətdir. Siyasi postları satmaqdan ibarətdir. Açıldı ki, İham Əliyev parlament yerlərini siyahı ilə ya peşkəs edir, ya satır”.

Əli Əhmədov isə Cəmil Həsənlini həbslə hədələyib: “Bu sözlərinizə, dediklərinizə, tamam əsassız fikirlərinizə, iddialarınıza görə hüquq-mühafizə orqanlarına cavab verəcəksiniz”.

C.Həsənli daha sonra ölkədəki monopoliyadan danışıb: “Bütün vətəndaşların əziyyət çəkdiyi, bütün vətəndaşların həyatına təsir edən monopoliya barədə danışmaq istəyirəm. Azərbaycan bir neçə nəfər tərəfindən icarəyə götürülmüş bir əraziyə bənzəyir. Monopoliya bu millətin belini qırıb, yaşayışını qırıb, onun təminatına çox ciddi zərbələr vurub. Bəzən deyirlər ki, monopolist bu, nazirdir o biri nazirdir, Prezident Aparatında kimdir. Bu ölkədə bir monopolist var, bir baş monopolist var, o da İlham Əliyevdir. İlham Əliyev bu respublikanı bir holdinq kimi idarə edir. Ayr-ayrı nazirlərə icarəyə verib. Bu, necə hakimiyyətdir?”. Sonda yenə H.Hacıyev təhqirlər yağdırmağa başlayb və debat elə onun təhqiri ilə də başa çatıb.
[center][/center]
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Cəmil Həsənli Əli Əhmədovla məzələndi: “Qoyuram stolun üstünə…”

    Cəmil Həsənli Əli Əhmədovla məzələndi: “Qoyuram ...

    19-09-2013, 19:40

  • 
  • Prezidentliyə namizədlərin yaşı, boyu..

    Prezidentliyə namizədlərin yaşı, boyu.. ...

    4-10-2013, 13:40

  • 
  • Prezidentliyə namizədlərin teledebatları qalmaqalla yekunlaşdı (Yenilənib-Video)

    Prezidentliyə namizədlərin teledebatları ...

    5-10-2013, 23:47

  • 
  • İTV Cəmil Həsənliyə ödənişli efir vaxtı vermir

    İTV Cəmil Həsənliyə ödənişli efir vaxtı vermir ...

    24-09-2013, 14:42

  • 
  • CƏMİL HƏSƏNLİ VAHİD NAMİZƏD OLDU

    CƏMİL HƏSƏNLİ VAHİD NAMİZƏD OLDU ...

    23-08-2013, 17:44


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (437)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu