GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Prezidentliyə namizədlərin teledebatları qalmaqalla yekunlaşdı (Yenilənib-Video)

Prezidentliyə namizədlərin teledebatları qalmaqalla yekunlaşdı (Yenilənib-Video)

Tarix: 5-10-2013, 23:47 Bölmə :Manşet Baxış: 828
Prezidentliyə namizədlərin teledebatları qalmaqalla yekunlaşdı (Yenilənib-Video)
Milli Şuranın namizədi YAP təmsilçilərini və saxta namizədləri yerində oturtdu
Oktyabrın 6-da İctimai Televiziyanın efirində prezidentliyə namizədlərin sonuncu teledebatı keçirildi. Teledebatda İlham Əliyev istisna olmaqla prezidentliyə namizədlərin hamısı iştirak edirdi. YAP-ın namizədini -hazırkı ölkə başçısını isə deputat Əli Əhmədov təmsil edirdi.
Püşkatmaya əsasən çıxış üçün ilk yerdə olan prezidentliyə namizəd Zahid Oruc tamaşaçıları sabah keçiriləcək görüşünə dəvət etdi.



Əli Əhmədov isə seçicilərin müraciət edərək İ.Əliyevə səs verməyə çağırdı. Daha sonra hakimiyyətin vədlərini sadalayan Ə.Əhmədov iqtisadiyyatın iki dəfə güclənəcəyini, iş yerlərinin açılacağını, pensiyaların artırılacağını bildirdi.



Prezidentliyə namizəd İqbal Ağazadə seçiciləri ölkənin taleyinə laqeyd qalamamağa, səsvermədə iştirak etməyə çağırdı: “Hakimiyyət 20 ildə nə bacarıbsa edib, yaxşı-pis. Bundan yaxşı edə biləcəkləri bundan sonra olmayacaq. 20 ildə bu qədər dəyişə biliblərsə, deməli bundan sonra nəsə edə bilməyəcəklər. Nə korrupsiya, rüşvətxorluq dəyişməyəcək.Bütün bunları düşünərək, balalarımızın gələcəyini düşünərək biz hamımız bu seçkilərdə bu hakimiyyətə yox deməyi bacarmalıyıq. Barışa, dialoqa söykənən mübarizə vasitəsi yalnız seçkilərdir. Seçki məntəqələrinə getmək vaxt aparmayacaq, amma getmək lazımdır. Mən istəyirəm ki, Azərbaycan cəmiyyəti güvənli, sosial cəhətdən ədalətli, milli-mənəvi dəyərləri qoruyan, hər bizimizin üzündə sabahını gülüşə açan bir Azərbaycan qurulsun. Bunun üçün savaşmağa ehtiyac yoxdur, sadəcə bir gün vaxtımızı ayırıb, 20 dəqiqəmizi sərf edərək bu hakimiyyəti dəyişmək lazımdır”.



İlk dəfə debata qatılan prezidentliyə namizəd İlyas İsmayılov onun namizədliyini müdafiə edən partiyalara təşəkkür edərək, sabah keçiriləcək görüşə çağırdı. Daha sonra görəcəyi işlərdən danışan İ.İsmayılov Azərbaycanın əsas probleminin Qarabağ münaqişəsi, korrupsiya və qanunların işləməməsi olduğunu deyərək, seçilərsə bu sahədə ciddi işləyəcəyini bildirdi.



H.Hacıyev isə ənənəvi olaraq əvvəlcə platforması haqda danışacağını bildirsə də, müxalifətə hücum etdi. Mətbuatın onu təhdid etdiyini bildirdi.



Fərəc Quliyev çıxışında seçilərsə milli dəyərləri hakimiyyətə gətirəcəyini bildirdi. Daha sonra müxtəlif qrupları sadalayaraq onlardan dəstək gözləmədiyini, seçiləcəyi təqdirdə bu qruplara qarşı mübarizə aparacağını bildirdi.



Prezidentliyə namizəd Sərdar Cəlaloğlu (Məmmədov) seçicilərin şikayətlərini qeyd edərək ölkədə mülkiyyət toxunulmazlığının olmadığına diqqət yönəltdi.



Araz Əlizadə isə çıxışına “vətənin dayağıdır ana, müəllim və hərbçi” şüarını səsləndirməklə başlasa da, sonradan çıxışını müxalifəti tənqidə yönəltdı, Cəmil Həsənlinin teledebatlarda hakimiyyətin ünvanına səsləndirdiyi fikrilərin əsassız olduğunu dedi.



Qüdrət Həsənquliyev depatlarda bir qrup namizədin problemlərdən danışdığını deyərək, Azərbaycana problemlərdən danışan prezidentin lazım olmadığını bildirdi.



Milli Şuranın namizədi Cəmil Həsənli 6 dəqiqəlik debatların yalnız görüntü məqsədi ilə olduğunu, ölkə başçısının teledebatlara qatılmadığını xatırlatdı. Debatda iştirak edən bəzi namizədlərin onun fikrilərini təhrif etməyə çalışdığını qeyd edən C.Həsənli bank kreditləri ilə bağlı amnistiyanın xərclərinin dövlət hesabına ödəniləcəyini bir daha təkrar etdi: “Dövlətimiz zəngindir. 5 min manata qədər kreditlər dövlət hesabına ödəniləcək. 5 mindən 10 min manata qədər olan kreditlərin 50 faizi dövlət vəsaiti hesabına ödəniləcək. Daha yuxarı kreditlər barədə əlavə tədbirlər görüləcək”.



Sonrakı vaxtda çıxış edən Z.Oruc məcburi köçkünlərə, qaçqınlara, müəllimlərə və digər sosial qruplara müraciət edərək H.Əliyev kursuna səs verməyə çağırdı. Ə.Əhmədov çıxış edərək Cəmil Həsənlini intellektsizlikdə günahlandırdı. Onun ardınca qısa atmacalarla çıxış edən H.Hacıyev növbəti dəfə müxalifət liderlərini, C.Həsənlini təhdid etməyə çalışdı.



Vaxtının qalan hissəsini çıxış edən Sərdar Cəlaloğlu ölkədə vətəndaş sülhü yaradacağını, seçiləcəyi təqdirdə 30 faiz hakimiyyətdən, 30 faiz müxalifətdən olmaqla koalisiya hökuməti quracağını vəd etdi.



Q.Həsənquliyev isə C.Həsənlinin çıxışları zamanı yalnız jurnalist Xədicə İsmayılovanın məqalələrini oxuduğunu, onun özünü namizəd göstərməli olduğunu dedi.



Onun bu ittihamına cavab olaraq C.Həsənli X.İsmayılovanın debatda iştirak edənlərdən daha mənəviyyatlı saydığını dedi:" Mən bura Milli Şuranın qərarı, millətimin iradəsi ilə gəlmişəm və bundan sonra da millətimin azadlığı uğurunda mübarizəsində həmişə öndə dayanacağam. “Qızıl amnistiya” elan olunacaq. Nahaq tutulanların hamısı evlərinə qayıdacaq, İlham Əliyevin yaratdığı repressiya rejiminə son qoyulacaq. Həzrət Əli əleyhissalam deyir ki, zalıma yardım etməyin, Allah zalımı ona yardım edənlərə qənim kəsər”.



Cəmil Həsənli onu ermənilərlə qohumluqda yenidən ittiham edən H.Hacıyevin 1996-cı ildə o zaman dövlət başçısı haqda analoji ittihamları səsləndirdiyini bildirdi. C.Həsənli hazırkı hökumətin qazı 5 manata istehsal edib 100 manata xalqa satdığını bildirərək seçiləcəyi təqdirdə işıq, qaz, su pullarını iki dəfə azaldacağını bildirdi. Eyni zamanda müəllimlərin, həkimlərin, mədəniyyət işçilərinin, məmurların maaşlarını 2-3 dəfə artıracağını bildirdi. Bundan başqa Gürcüstanda yaşayan azərbaycanlılar üçün Azərbaycana gəlib-getmək üçün şərtləri yaxşılaşdıracağını deyən Milli Şura namizədi hazırda onların bu sahədə ciddi əziyyət çəkdiyini bildirdi. Eyni zamanda xüsusi mülkiyyətin toxunulmaz elan ediləcəyini, vəzifə təyinatında ailə, tayfa münasibətlərinin ön plana çıxarılmayacağını, vəzifə təyinatının şəxslərin intellekt və bacarığına görə həyata keçiriləcəyini vəd etdi.



Qeyd edək ki, bütün bu vədlər bir cümlə və ya ayrıca vədlər olaraq səsləndirilir və vaxtlarını saxlayan digər namizədlər Əli Əhmədov, Zahid Oruc və Hafiz Hacıyevin replika və təhqirləri ilə müşayiət olundu. C.Həsənli vədlərini davam etdirərək pensiyaları artıracağını, eyni zamanda gənclərin daha asan ev almaları üçün ipoteka fondunu 20 dəfə artıracağını vəd etdi. Yekunda seçicilərə səsverməyə gedib, səslərinə sahib çıxmağa çağırdı: “Nə qədər ki, vətəndaşlar öz ölkəsinin sahibi deyil, bu oğrular və quldurlar həmişə millətin malın talan edəcəklər. Sahibsiz olan məmləkətin batması haqdır, biz sahib olarıqsa, bu vətən batmayacaqdır. Öz səsinizlə, öz iradənizi ortaya qoymaqla, oktyabrın 9-da seçki məntəqələrinə gəlin və iradənizi ortaya qoyun. Səs verin, haqqınıza qovuşun, səsinizlə tarix yazın”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Cəmil Həsənli Əli Əhmədovla məzələndi: “Qoyuram stolun üstünə…”

    Cəmil Həsənli Əli Əhmədovla məzələndi: “Qoyuram ...

    19-09-2013, 19:40

  • 
  • Prezidentliyə namizədlərin yaşı, boyu..

    Prezidentliyə namizədlərin yaşı, boyu.. ...

    4-10-2013, 13:40

  • 
  • YAP Rüstəm İbrahimbəyovun prezidentliyə namizəd olmasına MÜNASİBƏT bildirdi

    YAP Rüstəm İbrahimbəyovun prezidentliyə namizəd ...

    2-07-2013, 14:49

  • 
  • YAP İlham Əliyevin seçki sənədlərini MSK-ya təqdim etməyə hazırlaşır

    YAP İlham Əliyevin seçki sənədlərini MSK-ya ...

    5-08-2013, 19:29

  • 
  • Prezidentliyə iddialıların sayı 144-ə çatdı

    Prezidentliyə iddialıların sayı 144-ə çatdı ...

    9-05-2013, 10:53


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (437)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu