Komitə sədri “Cəlilabad Şərab-2” ASC-ni spirtli içkilərin deyil, çirkli pulların “süzülərək yuyulmasında” ən populyar vasitələrdən birinə çevrib
Bir müddət əvvəl “Cəlilabad Şərab-2” ASC-nin əsası 1972-ci ildə qoyulmuş, 2007-ci ildə zavod xarici mütəxəssislər tərəfindən yenidən qurularaq, İtaliya və Fransadan gətirilmiş müasır avadanlıqlarla təchiz olundi. Rəsmi məlumata görə, yeni gətirilən və qurulan texnologiyalar imkan verir ki, saatda 10.000 ədəd şərab-araq məhsulları süzülsün. Yəni milyonlar sərf olundu ki, Cəilabadda keyfiyyətli spirtli içkilər istehsal olunsun. Amma redaksiyamıza daxil olan məlumatlar da təsdiqləyir ki, realda mənzərə tamam fərqli imiş. Və bu gün faktiki olaraq “Cəlilabad Şərab-2” spirtli içkilərin deyil, çirkli pulların “süzülərək yuyulmasında” ən populyar vasitələrdən birinə çevrilib. Məlumatlara görə, bu gün “Cəlilabad Şərab-2”nin adından həyata keçirilən müxtəlif bank əməliyyatlarını maliyyə nazirliyinin sıradan ekspertləri velə təftiş edərlərsə, o zaman böyük maxinasiyaların izinə düşərlər. Təbii nəinki maliyyə nazirliyinin sıradan eksperti, hətta maliyyə nazirinin özü belə “Cəlilabad Şərab-2”nin bank hesablarını, aparılan bank əməliyyatlarını yoxlayacaq cəsarəti ortaya qoya bilməz. Çünki sözügedən müəssisənin arxasında dayanan isim buna şərait yaratmır. Söhbət “Cəlilabad Şərab-2”nin gerçək sahibi Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənovdan gedir. Bu barədə bizə danışan bilgili qaynaq iddia edir ki, “Cəlilabad Şərab-2”də komitə sədrinə ortaqlıq edən rayonun icra başçısı Əziz Əzizovdur. Bəli bu ad da şərab-araq biznesində təsadüfi deyil. Hər kəsə yaxşı məlumdur ki, Əziz müəllim qanunsuz spirt biznesində çox ciddi mövqe sahibidir. Hətta zamanında bu məsələ böyük səs-küy də yaratmışdı. Və deyilirdi ki, hətta başçıya qarşı hüquq-mühafizə orqanları xüsusi əməliyyat da təşkil etmək istəyib. Qəzetimizə Cəlilabaddan verilən məlumata görə, qazanılmış çirkli pullar birbaşa sahibkarlıq fəaliyyətinə yönəldilərək leqallaşdırılır. Bir başqa məlumatda isə qeyd olunur ki, 110 milyondan artıq qiymətə hesablanan Cəlilabad “Şərab” zavodunun fəaliyyəti yerli sahibkarları da müflis edib. Yerli sahibkarlardan birinin verdiyi məlumata görə, zavodun direktoru sayılan Xanlar və onun müavini Mustafa “xanlıq” iddiasına düşüblər. Əslində bu gözləniləndir də. Kərəm Həsənova güvənilən yerdə nədən xanlıq sevdasına düşməyəsən ki... Araşdırmalarımız davam edir. Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq...
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?