GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Kərəm Həsənovun şərab biznesi

Kərəm Həsənovun şərab biznesi

Tarix: 13-06-2013, 15:10 Bölmə :Manşet Baxış: 1 187
Kərəm Həsənovun şərab biznesi

Komitə sədri Azərbaycanda yeni pivə zavodu tikdirir; Zavod gələn ilin ortalarına qədər hazır olacaq

Dövlət Əmlak Komitəsinin sədri Kərəm Həsənovun spirtli içki biznesinə olan marağı hər kəs məlumdur. Çexiyanın müxtəlif şəhərlərində pivə və digər spirtli iççi zavodları olan komitə sədrinin bu zavodlarda istehsal olunan məhsulu yalnız Azərbaycana deyil, həm də Avropanın bir çox ölkələrinə ixrac etdiyi KİV-in zaman-zaman gündəmə gətirdiyi məsələlərdən biridir. Bugünlərdə redaksiyamıza müraciət edən özəl mənbə komitə sədrinin bu kəs Azərbaycanda yeni pivə zavodu açmağa qərar verdiyini söyləyib. Mənbənin sözlərinə görə, komitə sədri hələ bir neçə il bundan öncə belə bir zavodun tikilməsini planlaşdırsa da, bu addımı ilə diqqət cəlb edə biləcəyindən ehtiyat etmiş və və məlum planın reallaşmasını qeyri-müəyyən vaxta qədər təxirə salmlışdı. K.Həsənovun məlum planı yenidən gündəmə daşıması isə artıq komitə sədrinin məlum zavodla bağlı lazımi dairələrdən gərəkli razılıq aldığını göstərir.Tikiləcək zavodun miqyas və gücünə gəlincə, zavodun istehsal gücünün kifayət qədər böyük olacağı gözlənilir.

Çexiya pivəsinin Azərbaycan nümunəsi

Mənbənin bildirdiyinə görə, tikiləcək pivə zavodu üçün gərəkli olan bütün avadanlıqların Çexiyadan gətirilməsi planlaşdırılır. Əslində Çexiya avadanlığı əsasında istehsal ediləcək pivənin tərkibi də çex pivəsindən o qədər də fərqlənməyəcək: “Tikiləcək zavod üçün gərəkli olan emal avadanlıqlarının hamısı Çexiyadan gətiriləcək. İstehsal ediləcək pivə də Çexiyadan gələn mütəxəssislərin rəhbərliyi altında, çex üsulu ilə hazırlanacaq. K.Həsənovun Çexiyanın bir çox şəhərlərində bu cür zavodlatra malik olduğunu nəzərə alsaq, o zaman belə bir zavodun inşasının komitə sədri üçün heç də çətin başa gəlməyəcəyini təxmin etmək olar”.
Mənbənin sözlərinə görə, komitə sədrinə məxsus zavodda istehsal ediləcək məhsullar daxili bazarla yanaşı beynəlxalq bazara da çıxarılacaq ki, bu da onun keyfiyyət əmsalının yüksək olmasını zəruri edir: “Yeni pivə zavodunda istehsal olunacaq məhsul yalnız daxili bazara deyil, həm də dünya bazarına çıxarılacaq. Lakin dünya bazarında rəqabət çətin olduğu üçün komitə sədri istehsal ediləcək pivənin keyfiyyətinin yüksəkliyinin təmin olunmasını daha vacib sayır. Əslində pivə zavodunda əsas işlərin Çexiyadan dəvət alan xüsusi mütəxəssislər tərəfindən həyata keçiriləcəyi gerçəyi də komitə sədrinin bu məsələdə yerli mütəxəssislərə etibar etmədiyini göstərir. K.Həsənovun qənaətincə, pivə istehsalı sahəsində yüzillər boyudur ki, zəngin təcrübəyə malik olan Çexiya mütəxəssisləri bu işi yerli mütəxəssislərdən daha yaxşı görmək bacarığına malikdir”.

Komitə sədri spirtli içki bazarını çökdürəcək

Mənbənin məlumatına görə komitə sədrinin spirtli içi biznersinə gəlişi yerli bazar uğrunda mübarizəni şiddətləndirəcək ki, bu da yalnız iqtisadi əsaslarla deyil, həm də inzibati üsullarla həyata keçiriləcək: “Doğrudur, Azərbnaycandakı spirtli içki bazarı Qərb və digər ölkələrdə olduğu kimi oturuşmuş bazar olmasa da, hər halda bu bazarda müəyyən söz sahibi olan şirkətlərin olduğu inkaredilməzdir. Məhz bu baxımdan K.Həsənovun daxili bazar uğrundakı mübarizədə müəyyən müqavimətə rast gələcəyi istisna deyil. Lakin bütün bunlara rəğmən komitə sədrinin daxili bazarı ələ keçirməkdə ciddi çətinliklə üzləşməyəcəyi də məlum həqiqətlərdən biridir. Belə ki, külli miqdarda nəğd maddi vəsaitə malik olan, öz məhsulunun reklam kampaniyasına yetərincə pul sərf edən və lazımi əlaqələrə malik olan K.Həsənov qısa müddət ərzində digər məhsulları bazardan sıxışdırıb çıxardacaq ki, bu da onu ölkənin spirtli içki bazarının əsas söz sahibinə çevirəcəkdir”.
Zavodda pivə ilə yanaşı digər spirtli içkilərin də istehsal ediləcəyini bildirən mənbə, daxili bazarda pivə ilə birlikdə digər spirtli içkilərin də sıxışdırılacağını vurğuladı: “Zavodun əsas təyinatı pivə isttehsalı olsa da, pivə ilə birlikdə digər spirtli içkilıərin istehsal ediləcəyi də planlaşdırılır ki, bu da Azərbaycanın spirtli içki bazarında yeni bir dövrün başladığından xəbər verir. Heç şübhə yoxdur ki, K.Həsənovun başlatdığı yeni dövr ölkənin bütün spirtli içki bazarının gələcəkdə tam inhisara alınması ilə nəticələnəcək və bu bazar üzərindəki monopoliya möhkəmlənəcəkdir”.

Komitə sədrinin gələcək planlarının xülasəsi

Mənbənin bildirdiyinə görə, K.Həsənovun gələcək planları da miqyas etibarilə yetərincə böyükdür: “Pivə zavodunun inşası və ölkənin spirtli içki bazarını ələ keçirmək K.Həsənovun yalnız yaxın gələcək üçün müəyyənləşdirdiyi ilkin məsələlərdir. Komitə sədri bu missiyanı başa vurduqdan sonra mineral su bazarını da ələ keçirməyi planlaşdırır ki, K.Həsənovun bu məsələdə də kifayət qədər imkanlara malik olduğu danılmazdır. Məlumat üçün qeyd edək ki, komitə sədri Çexiyada mineral su istehsalı ilə məşğul olan bir neçə zavoda malikdir ki, onların istehsal etdiyi məhsul Azərbaycanla yanaşı Avropa bazarında da özünə yer edib. Lakin görünən odur ki, komitə sədri mineral su biznesini Azərbaycanda da genişləndirməyi nəzərdə tutur ki, bu da komitə sədrinin həm maddi, həm də siyasi gücünə uyğundur. Bir sözlə, yaxın günlərdə ölkə iqtisadiyyatının spirtli içki və mineral su bazarının K.Həsənov tərəfindən istilası gerçəkləşdiriləcək ki, bu istilanın nə ilə nəticələnəcəyini zaman göstərəcək”.

İlqar Rəsulov
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Eldar Mahmudov Kərəm Həsənovun DYP-də işləyən qudasına hansı vəzifəni verib?

    Eldar Mahmudov Kərəm Həsənovun DYP-də işləyən ...

    30-10-2015, 15:54

  • 
  • Kərəm Həsənovun gizli biznesinə əl qoyulur

    Kərəm Həsənovun gizli biznesinə əl qoyulur ...

    12-02-2013, 10:29

  • 
  • Kərəm Həsənovun çirkli pul yuma mexanizmi

    Kərəm Həsənovun çirkli pul yuma mexanizmi ...

    1-10-2013, 16:40

  • 
  • Kərəm Həsənovun qara günləri başlayıb

    Kərəm Həsənovun qara günləri başlayıb ...

    9-05-2014, 12:26

  • 
  • Kərəm Həsənovun “spirtə bulaşmış” pulları

    Kərəm Həsənovun “spirtə bulaşmış” pulları ...

    23-11-2014, 00:57


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (268)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu