GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Siyasi məhbuslar: Avropa soruşmur, hakimiyyətin yadına düşmür...

Siyasi məhbuslar: Avropa soruşmur, hakimiyyətin yadına düşmür...

Tarix: 7-10-2013, 12:01 Bölmə :Manşet Baxış: 1 177
 Siyasi məhbuslar: Avropa soruşmur, hakimiyyətin yadına düşmür...
ABŞ səfirliyinin sabiq əməkdaşı Bakını və Avropa Şurasını sərt tənqid elədi...
ABŞ səfirliyinin keçmiş əməkdaşı, insan haqları ilə bağlı fəaliyyətinə görə Azərbaycan hakimiyyətinin qəzəbinə tuş gələrək persona non-qrata elan edilmiş Rebekka Vinçent tənqidi yazılarını davam etdirir. Onun öz bloqunda yerləşdirdiyi növbəti yazı Azərbaycanda siyasi məhbuslar probleminə həsr olunub.
Məqalənin girişində ötən həftə bəzi azərbaycanlı deputatların Avropa Parlamentində Azərbaycanda insan hüquqlarına dair tədbiri necə pozmasından söz açılır: “Bu həftə isə Azərbaycan və beynəlxalq insan haqları təşkilatlarının nümayəndə heyətinin tərkibində Azərbaycanda seçkiöncəsi mühitdə insan haqları pozuntularına Avropa Şurasının diqqətini çəkmək üçün Strasburqa gəlmişdim. Səfər çərçivəsində oktyabrın 1-də ”Seçkiöncəsi təqib: Azərbaycanda insan haqları" adlı tədbir keçirdik. Tədbirə Almaniya, İrlandiya, Latviya, Rumıniya və Britaniya millət vəkilləri də daxil olmaqla 70 nəfər qatılmışdı. Biz bu tədbirdə iki mühüm sənədi təqdim etdik. Bunlardan biri “İnsan Haqları Klubu” tərəfindən Azərbaycanda hazırda siyasi məhbus hesab edilən 142 nəfərin işlərinə dair tərtib edilmiş sənəd, digəri isə Azərbaycan 2001-ci ildə Avropa Şurasına qoşulduqdan bəri insan haqlarına dair öhdəliklərini sistematik olaraq yerinə yetirməkdən imtina etməsinə dair RATİ-nin hesabatı idi.
Doğrusu, biz Azərbaycanın AŞPA-dakı nümyəndə heyətindən keçirdiyimiz tədbirə qarşıdurma münasibəti gözləyirdik. Axı bu nümayəndə heyəti siyasi məhbus məsələsinə qarşı dörd il lobbi fəaliyyəti göstərmiş və qətnamənin məğlubiyyətini qələbə kimi qeyd etmişdi. Onlar elə düşünürlər ki, bu məsələ artıq ölüb və o zamandan bəri hər imkan düşəndə, “Azərbaycanda siyasi məhbus yoxdur” deyə bəyanatlar verirlər. Hətta belə bir bəyanatı bir dəfə prezident İlham Əliyev də Brüsseldə vermişdi. Əksinə, onlar yenidən alovlandırılmış bu debatı görməzliyə vurdular. Azərbaycan nümayəndə heyətindən tədbirə heç kim gəlmədi, hərçənd Azərbaycanın Avropa Şurasındakı daimi missiyasının bir nümayəndəsi hər halda göründü.
Lakin ən təəccüblüsü bu idi ki, hökumətpərəst məddahlardan və təşviqatçılardan heç biri gəlmədi. AŞPA-nın monitorinq komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Joseph Debono Grech və Pedro Agramunt hətta Əliyev rejimini açıq müdafiə edən Britaniya millət vəkili Mike Hancock da bu tədbirə təşrif buyurmadılar. Ola bilsin ki, onların əks-arqumentləri olmadığı üçün gəlməmişdilər, ola da bilər ki, onlar bizim tədbirin və açıqladığımız informasiyanın mühümlüyünü azaltmağa çalışmışdılar. Bu da ola bilər ki, onların gəlməməsi indi üstünlüyün Avropa Şurasına deyil, Avropa Parlamentinə verilməsinə işarə idi. Çünki elə oktyabrın 3-də Azərbaycanda 9 oktyabr prezident seçkiləri ərəfəsində bu ölkədə siyasi iqlimə aid tədbirə qatılan hökumət tərəfdarları seminarın işini pozmağa çalışmışdılar".
Bununla belə, R.Vinçent bu mühüm məsələyə dair debatların AŞPA-da yenidən canlandırılmasını son dərəcə əhəmiyyətli hadisə sayır: “Biz AŞPA-da ötən yanvarda keçirilmiş səsvermə ilə Azərbaycanda siyasi həbslərin artması arasında bağlılığın sübutunun şahidi olduq. Aydın görünür ki, Azərbaycan hökuməti səsvermənin nəticələrini ona istədiyini etmək üçün verilən lisenziya kimi qəbul edib. Biz indi ümid edirik ki, AŞPA bu səhvi düzəldəcək. Biz bu qurumu təcili qaydada siyasi məhbuslar məsələsini qaldırmağa, vəziyyəti öyrənmək üçün yeni mandatın verilməsinə və Azərbaycan nümayəndə heyətinin haqqında çox danışdığı siyasi məhbus kriteriyasının tətbiqinə çağırırıq. Biz həmin Avropa siyasətçilərini Azərbaycan 2014-cü ilin mayında Avropa Şurası Nazirlər Komitəsinin sədrliyinə gəlmədən, ondan öhdəliklərini yerinə yetirilmədiyi üçün haqq-hesab sorulmasına çağırırıq. Lakin əgər biz səhv ediriksə və əgər insan haqlarının müdafiəsi və ona hörmət etdirilməsi üçün yaradılmış AŞ PA Azərbaycanın bu yüksək məqama onun öz öhdəliklərinə ən az əməl etdiyi bir vaxtda gəlməsinə yol verərsə, itirən təkcə Azərbaycan vətəndaşları olmayacaq. Onda vəziyyət Avropada Sabitlik Təşəbbüsünün hazırladığı ”Kürü diplomatiyası" hesabatındakı kimi olacaq. Həmin hesabatda isə deyilirdi ki, “bu, Avropa Şurasının tarixində ən ciddi böhrandır və təşkilat bundan sonra da mövcudluğuna haqq qazandırmaq istəyirsə, öz dəyərlərini təcili qaydada xilas etməlidir”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 40
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Avropa İnsan Haqları Məhkəməsi Azərbaycanın əleyhinə qərar çıxardı

    Avropa İnsan Haqları Məhkəməsi Azərbaycanın ...

    30-05-2013, 14:57

  • 
  • Britaniya nəşri Yaqlandın Azərbaycanla bağlı mövqeyini tənqid etdi

    Britaniya nəşri Yaqlandın Azərbaycanla bağlı ...

    5-11-2014, 16:53

  • 
  • Siyasi məhbuslar problemi AŞPA-nın gündəliyinə çıxa bilər

    Siyasi məhbuslar problemi AŞPA-nın gündəliyinə ...

    21-05-2014, 10:26

  • 
  • Avropa Məhkəməsi Tofiq Yaqublunun azad edilməsi barədə qərar verdi

    Avropa Məhkəməsi Tofiq Yaqublunun azad edilməsi ...

    5-11-2015, 19:01

  • 
  • “Digər siyasi məhbuslar da dərhal azad edilməlidir” – “Freedom House” bəyanat verdi

    “Digər siyasi məhbuslar da dərhal azad ...

    26-05-2016, 22:10


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu