GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Siyasi məhbuslar problemi AŞPA-nın gündəliyinə çıxa bilər

Siyasi məhbuslar problemi AŞPA-nın gündəliyinə çıxa bilər

Tarix: 21-05-2014, 10:26 Bölmə :Siyasət Baxış: 0
Siyasi məhbuslar problemi AŞPA-nın gündəliyinə çıxa bilər
Artıq 20 avropalı deputat müraciəti imzalayıb

Azərbaycanda siyasi məhbus məsələsi Avropa Şurası Parlament Assambleyasının gündəminə qayıda bilər. Hakimiyyət təmsilçilərinin sərt reaksiya göstərdiyi bu məsələ ölkənin bu quruma sədrliyi dövründə yenidən AŞPA-da səsə qoyula, siyasi məhbuslar üzrə məruzəçi təyin edilə bilər. Məsələ bundadır ki, İrlandiyadan olan deputat Michael McNamara AŞPA-nın aprel sessiyasında qətnamə üçün təşəbbüs hazırlayıb.

20 DEPUTAT ÇAĞIRIŞI İMZALAYIB

Təşəbbüsün adı «Azərbaycanın Avropa Şurasında sədrliyi: Bunun insan haqlarına təsiri nə olacaq?» adlanır. Sənəddə xatırlanır ki, 2013-cü ilin yanvarında AŞPA-nın Azərbaycana dair qəbul etdiyi qətnamə «həbsi əsaslı şübhə və qanuni narahatlıq yaradan bütün məhbusların buraxılmasına» çağırırdı. Həmin sənəddə «iddia olunan siyasi məhbuslara dair AŞPA-nın bütün qətnamələrinin yerinə yetirilməsi» tələb olunurdu.
«Ancaq Qətnamə qəbul olunandan sonra siyasi və ictimai həyatda fəal şəxslərin həbs və saxlanma halları artıb», deyə sənəddə vurğulanır və SMDT sədri Anar Məmmədli, REAL sədri İlqar Məmmədov və Müsavat başqanının müavini Tofiq Yaqublunun işləri qeyd olunur.
Təşəbbüsü AŞPA-nın 20 deputatı artıq imzalayıb və qəbul olunub.

ÇAĞIRIŞ İNSAN HAQLARI KOMİTƏSİNƏ KEÇSƏ...

Hüquq müdafiəçisi Gülnarə Axundova AzadlıqRadiosuna açıqlamasında bu təşəbbüsdən gözləntilərindən danışır: «Mayın 22-də Bakıda AŞPA-nın büro iclasında bu təşəbbüs də müzakirə olunacaq və qərar veriləcək. Bir neçə variant mümkündür. Biz, vətəndaş cəmiyyəti olaraq, belə bir variant istəyirik ki, bu təşəbbüs Hüquqi İşlər və İnsan Haqları Komitəsinə keçsin. Əgər o komitəyə keçsə, orada müzakirə olunacaq və çox güman komitə belə bir qərar verəcək ki, bu məsələni araşdırmaq lazımdır. Bu halda siyasi məhbus üzrə məruzəçi təyin olunacaq, hesabat hazırlanacaq». Gülnarə Axundovanın sözlərinə görə, komitə belə bir qərar versə, təklif AŞPA-da səsverməyə çıxarılacaq. Hüquq müdafiəçisi belə bir təşəbbüsü müsbət əlamət, özəlliklə, AŞPA-nın Hüquqi Məsələlər və İnsan Haqları Komitəsinin Azərbaycanda siyasi həbslərdən narahatlığının göstəricisi sayır. Michael McNamara həmin komitənin birinci vitse-sədridir.

... MONİTORİNQ KOMİTƏSİNDƏ DƏ QALA BİLƏR

«Ancaq Büro belə bir qərar versə ki, təşəbbüs Monitorinq Komitəsinə göndərilməlidir, ola bilsin, o komitədən kənara çıxmasın. Həmməruzəçilər deyəcəklər ki, monitorinq aparırıq, siyasi məhbuslar məsələsi də həmin monitorinqə daxildir». Mayın 19-da AŞPA-nın Azərbaycan üzrə həmməruzəçiləri Joseph Debono Grech və Pedro Agramunt-un Azərbaycana səfəri başlayıb. Həmin gün onlar bir qrup media təmsilçisi və hüquq müdafiəçisi ilə görüşüb.
Michael McNamara bu həftə Bakıya gələcək. O, cümə günü Azərbaycanın Avropa Şurası öhdəliklərinə həsr olunmuş tədbirə də qatılacaq. Həmin tədbirə ölkənin AŞPA-dakı nümayəndə heyəti də dəvət olunub.

«AZƏRBAYCANDA APREORİY SİYASİ MƏHBUS OLA BİLMƏZ»

2013-cü ilin yanvarında AŞPA-nın siyasi məhbuslar üzrə məruzəçisi Christoph Straesser-in Azərbaycanda siyasi məhbuslara dair hesabatı qəbul olunmayıb. Bundan sonra hakimiyyət rəsmiləri «ölkədə siyasi məhbus yoxdur» deyərkən bu fakta dayanıblar. Prezident İlham Əliyev bu ilin əvvəlində Brüsseldə jurnalistlərin sualına cavabında «siyasi məhbus» termininin müəyyənləşdirilmiş mənasının olmadığını vurğulayıb: ««Azərbaycanda siyasi məhbus yoxdur» fikri həmçinin Avropanın və dünyanın ən vacib institutlarından biri olan AŞPA tərəfindən təsdiq edilir. Azərbaycan 10 ildən artıqdır ki, Avropa Şurasının üzvüdür, biz Avropa İnsan Haqları Məhkəməsinin üzvüyük, bu da o deməkdir ki, Azərbaycanda apreoriy siyasi məhbus ola bilməz. Kimə qarşısa ədalətsiz davranış baş veribsə, bu haqda həmişə Avropa məhkəməsinə müraciət etmək imkanı var və biz də bu qurumun qərarlarına həmişə əməl edirik».
Ancaq müstəqil hüquq müdafiəçiləri ölkədə 130-dan artıq şəxsin siyasi motivlərlə həbs olunduğunu bildirir. Son bir ildə həbsə atılanlar arasında onlarla gənc fəal, seçki monitorinqi aparanlar, jurnalistlər də var.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • AŞPA Azərbaycanda siyasi məhbus məsələsi üzrə məruzəçi təyin edəcək

    AŞPA Azərbaycanda siyasi məhbus məsələsi üzrə ...

    7-06-2018, 17:37

  • 
  • AŞPA məruzəçisi siyasi məhbus hesabatı hazırlayır

    AŞPA məruzəçisi siyasi məhbus hesabatı hazırlayır ...

    27-12-2018, 16:14

  • 
  • AŞPA-nın siyasi məhbuslar üzrə məruzəçisi Azərbaycana gələcək

    AŞPA-nın siyasi məhbuslar üzrə məruzəçisi ...

    4-09-2019, 18:28

  • 
  • AŞPA-da Azərbaycanla bağlı qətnamə qəbul olundu

    AŞPA-da Azərbaycanla bağlı qətnamə qəbul olundu ...

    11-10-2017, 14:46

  • 
  • AŞPA-dan “Qarabağ” ÇAĞIRIŞI: “Ancaq dinc yolla..”

    AŞPA-dan “Qarabağ” ÇAĞIRIŞI: “Ancaq dinc yolla..” ...

    25-06-2013, 17:00


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu