Dünən keçirilmiş prezident seçkilərində növbəti qanunsuzluğu əks etdirən video-görüntü sosial şəbəkələrdə yayılıb. Nərimanov rayonu 19 saylı məntəqədə lentə alınmış bu görüntü prezidentliyə namizəd İqbal Ağazadənin nümayəndəsi olan jurnalist İlhamiyyə Rza tərəfindən sosial şəbəkələrdə yayılıb. Maraqlısı ondadır ki, burada aqressivlik edən xanım nəqliyyat naziri Ziya Məmmədovun bacısı, Tərəqqi liseyinin (keçmiş 66 saylı orta məktəb) direktoru Məhbubə Məmmədovadır.
Sorğu
Yeni dizaynımız necədir?