Milli Məclisin deputatı Elton Məmmədov bacısı, Tərəqqi liseyinin (keçmiş 66 saylı orta məktəb) direktoru Məhbubə Məmmədovanın jurnalist İlhamiyyə Rza tərəfindən sosial şəbəkələrdə yayılan videosu ilə bağlı məsələyə münasibət bildirib.
Millət vəkili E.Məmmədov Publika.Az-a açıqlamasında deyib: “Bacımın internetdə yayılan videosundan xəbərim var. Bütün bunların hamısı şantaj məqsədli addımlardır. Əvvəlcədən sifarişli çıxışlardan da aydın görünürdü ki, qərəzli mövqelər olacaq. Nə qədər ki, beynəlxalq təşkilatlar tərəfindən “tulapayı” alan bu cür insanlar var, o zamanadək də bu cür əməllər davam edəcək. Biz vətəndaş və dövlətçilik mövqeyimizi qorumalıyıq. Hər birimiz dövlətimizin ictimai-siyasi sabitliyinin keşiyində dayanmalıyıq. Kimsə qərəzli mövqedən gəlib dövlətçilik prinsiplərinə zidd addımlar atmaq və sifarişli məsələləri həyata keçirmək istəyirsə, ona nəinki Ziya və Elton Məmmədovun bacısı Məhbubə Məmmədova, eyni zamanda digərləri də heç vaxt yol verməyəcək. Azərbaycan hüquqi və dünyəvi dövlətdir, öz dövlətçiliyini qoruyur və prezidentinə arxayın olaraq bu işləri həyata keçirir. Çünki hüquqi dövlətin də təminatçısı dövlətin rəhbəridir. Bədniyyətli insanlar Azərbaycanda sabitliyə qarşı çıxmasınlar. Buna dövlətimiz heç zaman yol verməyəcək”.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?