ABŞ Helsinki Komissiyası Azərbaycanda keçirilən prezident seçkilərini “qəbul edilən beynəlxalq standratlardan çox uzaq” adlandıraraq tənqidə məruz qoyub.
“Azərbaycan iqtidarı ancaq demokratik seçki gfrüntüsü yaratmaq, real seçkilər keçirməmək istəyini ortaya qoyub”-deyə Turan-a Helsinki komissiyasının rəhbəri, senator Ben Kardin bildirib.
“Çox təəssüf ki, Azərbaycan real demokratiyaya sədaqətini nümzyiş etdirmək kimi növbəti imkanı əldən verdi”-deyə senator qeyd edib.
B.Kardin bildirib ki, təkcə səsvermə günü saxtalaşdırma və seçki qutularına topa bülletenlər salınmasından deyil, habelə bütün ilboyu davam edən müxalifətin qaralanmsı və təqib olunmasından, jurnalist və vətəndaş cəmiyyəti fəallarının həbsindən, müstəqil mətbuatın boğulmasından məyusluğunu nəzərə çatdırıb.
Bununla yanaşı, Dövlət Departamenti 9 oktyabr prezident seçkilərini tənqidə məruz qoyan bəyanatla çıxış edib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?