Milli Məclisin sabiq spikeri, Açıq Cəmiyyət Partiyasının lideri Rəsul Quliyev Milli Şuranın İcra Aparatının rəhbəri Eldar Namazovla ABŞ-da keçirilən görüşünün təfərrüatlarını açıqlayıb. Görüşlə bağlı Modern.az-a danışan eks-spiker Eldar Namazovla Milli Şuranın prezident seçkilərində sərgiləyəcəyi siyasi strategiya və vahid namizəd məsələsini müzakirə etdiyini bildirib. R.Quliyevin fikrincə, görüş maraqlı müzakirələrlə yadda qalıb:
“Eldar Namazovla görüşdük, prezident seçkisi,Milli Şuranın formalaşacaq siyasəti, vahid namizədlə əlaqədər və eləcə də ümumiyyətlə maraq doğuran bütün məsələlər ətrafında müzakirələr apardıq”-deyə R.Quliyev vurğulayıb.
Eks-spiker daha sonra Konqresdə keçirilən dinləmələrə qatılmamağından söz açıb. R.Quliyev dinləmələrin seçkidən öncə keçirilməsi barədə danışıqların onun tərəfindən həyata keçirildiyini bəyan edib.
R.Quliyev Helsinki komissiyasının sədrləri ilə görüşdüyünü, Azərbaycanla bağlı həqiqətləri onların diqqətinə çatdırdığını deyib.
“Belə bir dinləmənin prezident seçkisindən öncə keçrilməsinin vacibliyi barədə danışıqları mən aparmışam. 2012-ci ilin əvvəlində keçirdiyim görüşlərin nəticəsində Azərbaycanla əlaqədar ancaq ekspertlərin iştirakı ilə dinləmələr 2012-ci ilin sentyabrında oldu. Bu ilki görüşlərin nəticəsi olaraq 16 iyul dinləmələri baş tutdu. Məsələ ondadır ki, mən həmin Helsinki komisiyasının sədrləri olan senator Qarden (Demokrat Partiyasındandır) və konqresmen Smit (Respublikaçılar Partiyasından) və onlarla bu komisiyadan başqa senator və konqresmenlərlə görüşlər keçirib, bu dinləmələrlərin təşkili ilə bağlı müzakirələr aparmışam. Dinləmələrin aparılmasına sədrlik edən və orada çıxış edənlərin hər birlərinin həm özləri və həm də rəhbərliyi ilə görüşlər keçirmişəm. Əlbəttə, orada iştirak edib-etməməyim mənim istəyimdən asılı idi. O iclasda iştirak edənlərin içərisində elə birisi yoxdur ki, mən onlarla bu məsələni saatlarla müzakirə etməyim. Ona görə orada iştirak edib 5 dəqiqəlik çıxış etməyib düzgün olmazdı”-deyə R.Quliyev qeyd edib.
Sorğu
Yeni dizaynımız necədir?