Milli Şura namizədi öz vəkilləri və səlahiyyətli nümayəndələri ilə görüş keçirir Hazırda Müsavat Partiyasının qərargahında Demokratik Qüvvələrin Milli Şurasının vahid namizədi Cəmil Həsənli vəkilləri və səlahiyyətli nümayəndələri ilə görüşür. Musavat.com-un məlumatına görə, çıxış edən Cəmil Həsənli seçki günü fədəkarlıq edən bütün Milli Şura üzvlərinə öz təşəkkürünü bildirib: “Biz deyirdik ki, bu ölkədə iqtidar seçki keçirmək istəmir. Hakimiytət seçki görüntüsü yaratmaq istəyirdi. Hakimiyyətin saxtakarlığı ATƏT tərəfindən də təsdiq olundu. Onların ilkin rəyi bu seçkilərin saxtalaşdırıldığını deməyə imkan verir. Beynəlxalq təşkilat olaraq onlar Azərbaycandakı seçki mənzərəsini açıq-aydın ortaya qoydu. Bilirsiniz ki, seçki dəyərləndirilməsi baxımından özünə hörmət edən ölkələrin hamısı bu sənədə istinad edəcək. Xarici media seçkinin total saxtalaşdırıldığı ilə bağlı reportajlar verdilər. Ayın 9-u Azərbaycanda seçki yox, hakimiyyətin mənimsənilməsi baş verdi. Bu, Azərbaycan xalqına qarşı törədilmiş ən ağır cinayətdir. Bizim və ATƏT-in, ABŞ Dövlət Departamentinin rəyinə görə həmin gün Azərbaycanda ən ağır cinayət tördədildi”.
Cəmil Həsənli bildirib ki, MSK rəhbəri Məzahir Pənahov qanun qarşısında cavab verəcək: “Onlar seçkinin saxtalaşdırılması və hakimiyyətin mənimsənilməsində iştirak ediblər. Bu prosesdə iştirak edən hər kəs qanun qarşısında cavab verəcək, məsuliyyətə cəlb olunacaq”.
C.Həsənli ATƏT-in rəyində seçicilərin seçkidə iştirak etmə fəallığı ilə bağlı yayılan rəqəmin düzgün olmadığını qeyd edib: “Seçicilər 20 faizi fəallıqla iştirak ediblər və onlar da Milli Şuranın namizədinə səs veriblər”.
***
Müsavat başqanı İsa Qəmbər çıxışına “Sizi təbrik edirəm, cənab prezident”, deyə başlayıb: “Seçkinin saxtalaşdırılmasına görə beynəlxalq birliyinin münasibətləri davam edəcək. Biz bu qələbəni demokratik düşərgənn bir araya gəlməsi nəticəsində əldə etdik. Sizlərin, fədakar insanların fəaliyyəti nəticəsində biz bu qələbəyə nail olduq. Qəhrəman gənclərimiz böyük uğura imza atdılar. İş davam etməlidir. Biz seçkinin nəticələrinin ləğvinə çalışmalıyıq. Xalqımızla, vətəndaşımızla işimizi davam etdirməliyik. Çünkü bu rejimə xalqımız özü son qoyacaq”.
Sorğu
Yeni dizaynımız necədir?