Xəbər verdiyimiz kimi, Milli Şurada baş verən xoşagəlməz hadisələrlə bağlı prezidentliyə namizəd Cəmil Həsənli ilə Liberal Partiyasının (ALP) lideri Lalə Şövkət arasında görüş keçirilib. Görüşdə Lalə Şövkətin Milli Şuradan çıxması, onun təmsil etdiyi partiyanın Cəmil Həsənlini dəstəkləməsi barədə müzakirələr aparılıb.
Modern.az Cəmil Həsənli ilə əlaqə saxlayaraq görüşlə bağlı təəssüratlarını öyrənməyə çalışıb. Professor görüşün normal keçdiyini, əldə edilən qərarların onu qane etdiyini bildirib.
“Görüş normal keçdi. Liberal partiya artıq bununla bağlı məlumat yayıb. Mən də görüşlə bağlı onların fikirləri ilə razıyam. Seçkiqabağı duruma, Azərbaycandakı vəziyyətə, Milli Şura ilə bağlı bir sıra məsələləri müxakirə etdik. Səmərəli fikir mübadiləsi apardıq. Liberal Partiyasının Milli Şurada qaldığı bildirildi. Ümumilikdə görüşümüz yaxşı keçdi.”
ALP sədri Əvəz Temirxan isə bildirib ki, Lalə Şövkət Cəmil Həsənliyə seçki kampaniyasında dəstək olacağına söz verib.
“Lalə xanım Cəmil bəyə söz verdi ki, seçki kampaniyasında onu dəstəkləyəcək. Dəstəyin hansı formada olacağı seçki kampaniyası dövründə məlu
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?