GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Prezident Administrasiyasından ABŞ-a daha bir etiraz

Prezident Administrasiyasından ABŞ-a daha bir etiraz

Tarix: 11-10-2013, 15:44 Bölmə :Manşet Baxış: 745
 Prezident Administrasiyasından ABŞ-a daha bir etiraz

"Dövlət Departamentinin ölkəmizdə keçirilən prezident seçkiləri ilə bağlı bu cür qeyri-obyektiv, qərəzli bəyanatı heç bir reallığa əsaslanmayan sənəddir”
“Mən Amerika Birləşmiş Ştatları Dövlət Departamentinin Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı münasibəti ilə tanış oldum. Bildirmək istəyirəm ki, Dövlət Departamentinin ölkəmizdə keçirilən prezident seçkiləri ilə bağlı bu cür qeyri-obyektiv, qərəzli bəyanatı heç bir reallığa əsaslanmayan sənəddir”.


Bu sözləri Azərbaycan Respublikası Prezidentinin mətbuat katibi Azər Qasımov ABŞ Dövlət Departamentinin Azərbaycanda keçirilən prezident seçkiləri barədə bəyanatı ilə bağlı APA-nın sorğusuna cavab olaraq deyib.



A. Qasımov bildirib ki, bu bəyanat ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun hazırladığı hesabata əsaslanır: “Əvvəla qeyd etmək istəyirəm ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu məşvərətçi qurumdur. Onun qərarları və hesabatları yalnız tövsiyə xarakteri daşıyır. ABŞ Dövlət Departamentinin belə bir qurumun hesabatına əsaslanan fikirlər söyləməsi başa düşülən deyil. Ölkəmizdə keçirilən prezident seçkilərinin gedişini dünyanın müxtəlif ölkələrindən, nüfuzlu beynəlxalq təşkilatlardan, o cümlədən Avropa Parlamentindən, Avropa Şurasından, MDB-dən, İslam Əməkdaşlıq Təşkilatından və ayrı-ayrı beynəlxalq təsisatlardan çoxsaylı müşahidəçilər missiyası izləyib. Onların hamısı seçkilərin şəffaf, ədalətli və tam demokratik şəraitdə keçirilməsi ilə bağlı müsbət rəy veriblər. Xüsusilə qeyd etmək istərdim ki, ABŞ-ın xeyli sayda senatorları və konqresmenləri də bu fikirləri təsdiqləyirlər. Lakin bu rəylərin heç biri ATƏT-in və bu təşkilatın hesabatına istinad edən Dövlət Departamentinin bəyanatında qətiyyən nəzərə alınmayıb. ABŞ Dövlət Departamentinin qeyri-obyektiv qiymətləndirməsi ilə bağlı belə bir məqamı diqqətə çatdırmaq istəyirəm ki, Azərbaycan cəmi 20 ildir ki, öz müstəqilliyini əldə edib. Bu qısa müddətdə ölkəmizdə demokratik təsisatlar yaradılıb, bütün səviyyələrdə ədalətli seçkilərin və digər demokratik prinsiplərin təmin olunması istiqamətində irəliyə doğru mühüm addımlar atılıb. 200 ildən artıq demokratik inkişaf yolu seçmiş Amerika Birləşmiş Ştatlarının özündə isə seçki sistemi və seçki prosesi ilə bağlı ciddi problemlər mövcuddur. Yeri gəlmişkən qeyd etmək istəyirəm ki, ABŞ-da seçki sistemi ilə bağlı qanunvericilik mexanizmi bu vaxta kimi tam işlənib hazırlanmayıb.



2004-cü ildə ABŞ-da prezident seçkilərində iştirak edən çoxlu sayda müşahidəçilər - yeri gəlmişkən deyim ki, bunların əksəriyyətini elə ATƏT müşahidəçiləri təşkil ediblər - belə neqativ halları qeyd ediblər ki, 2002-ci ildə ABŞ-da başlanmış seçki islahatları prosesi hələ tamamlanmayıb. Səsvermə üçün bülletenlərin əl ilə hesablanması və yoxlanmasına imkan verməyən maşınlardan istifadə olunur, doldurulmuş bülletenlərin seçki məntəqələrinə faksla yollanılmasına icazə verilir, təkcə müxtəlif ştatlarda deyil, hətta eyni bir ştat ərazisində belə müxtəlif səsvermə prosedurları mövcuddur. Seçki məntəqələrində polis-təhlükəsizlik tədbirləri gücləndirilir.



ATƏT müşahidəçiləri belə bir fakta da diqqət yetiriblər ki, ABŞ seçicilərinin 20%-ə yaxınının “otkrepitel” sistemi ilə səs verməsi Ümumdünya İnsan Hüquqları Bəyannaməsi gizli səsvermə prinsipini təmin edən 21-ci bəndinin kobud surətdə pozulması deməkdir.



Ümumiyyətlə, müşahidəçilərin rəyinə əsasən, ABŞ seçki sistemi mənən köhnəlib. Belə ki, 2000-ci ildə keçirilən prezident seçkilərində səsvermə zamanı səslərin sözün əsl mənasında barmaqlarla hesablanması hallarına yol verilib.



ABŞ-da bildiyiniz kimi, birbaşa səsvermə təcrübəsi yoxdur və seçicilər kollegiyası tərəfindən həyata keçirilir ki, bu da öz növbəsində ciddi problemlər yaradır. Namizədlər teledebatlarda çıxış hüququ tam təmin edilmir. Belə ki, əsas teledebatlar yalnız iki partiyanın namizədləri arasında aparılır. ABŞ-da seçicilərin qeydə alınması sisteminin zəifliyi ucbatından hər seçkidə milyonlarla amerikalının səsi nəzərə alınmır. Ötən prezident seçkiləri zamanı təkcə iki partiyanın deyil, müstəqil müşahidəçilərin də seçki məntəqələrinə buraxılmasında problemlər mövcud olub.



ABŞ seçki sistemində yeni praktikaya əsasən əvvəlcədən seçici siyahısına daxil olmayan şəxslərə “müvəqqəti” bülletenlərin verilməsi də problemlər doğurur. ABŞ-ın bir sıra ştatlarında beynəlxalq müşahidəçilər seçki məntəqələrinə gələrsə cinayət təqibinə məruz qala bilər.

Bir daha qeyd etmək istəyirəm ki, ABŞ Dövlət Departamentinin Azərbaycan Respublikasında prezident seçkiləri ilə bağlı bəyanatı qeyri-obyektiv və qərəzlidir”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • ABŞ Dövlət Departamenti seçkimizi pislədi

    ABŞ Dövlət Departamenti seçkimizi pislədi ...

    11-10-2013, 01:33

  • 
  • ABŞ Dövlət Departamentinin rəsmisi Azərbaycana nə üçün gəlib?

    ABŞ Dövlət Departamentinin rəsmisi Azərbaycana nə ...

    5-12-2013, 12:07

  • 
  • Əli Həsənov: «İstəyirik xalqın iradəsini görsünlər»

    Əli Həsənov: «İstəyirik xalqın iradəsini ...

    2-11-2015, 15:30

  • 
  • Səfirliklər Azərbaycandakı prezident seçkiləri ilə bağlı birgə bəyanat yaydılar

    Səfirliklər Azərbaycandakı prezident seçkiləri ...

    28-08-2013, 14:13

  • 
  • Araz Əzimov ABŞ Dövlət Departamentinin hesabatı barədə

    Araz Əzimov ABŞ Dövlət Departamentinin hesabatı ...

    3-03-2014, 16:21


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu