Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov ABŞ Dövlət Departamentinin Azərbaycanda insan haqlarının pozulmasına dair hesabatına rəsmi Bakının münasibətini bildirib. O, jurnalistlərlə söhbətində deyib ki, hesabatda qeyd olunan məsələlər hökumət tərəfindən öyrənilir. “Ancaq bu məsələni şişirtmək lazım deyil”, - o vurğulayıb. “Azərbaycan hakimiyyəti, həm də qeyri-hökumət təşkilatları insan hüquqları ilə məşğuldur. Fondlardan tutmuş şuralara qədər hökumətin QHT-lərlə əməkdaşlıq etmək üçün kifayət qədər mexanizmləri var”, - o bildirib. Hər bir cəmiyyətin öz xüsusiyyətləri var. Nəyisə təbliğ edən bir tərəf və ya şəxs əvvəlcə özü buna uyğun olmalıdır”, - A.Əzimov qeyd edib. “Bu cür hesabatları, ümumiyyətlə, lazımsız hesab edərdim. Amma bilirəm ki, ABŞ və Qərb ölkələri üzrə analoji məruzələr başqa ölkələrdə hazırlanır və olduqca əsaslanmış hesab oluna bilər. Burada məruzələri hazırlayan mənbələri də nəzərə almaq lazımdır və deməzdim ki, mənbələr hər bir zaman obyektiv sayıla bilər”, - o vurğulayıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?