GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Xanhüseyn Kazımlıya şok ittihamlar

Xanhüseyn Kazımlıya şok ittihamlar

Tarix: 19-12-2012, 12:00 Bölmə :Manşet Baxış: 756
Xanhüseyn Kazımlıya şok ittihamlar

Deputatın əlaqələri nəticəsində bu gün Səttar Həşimovun əsil qatili Ağəddin Mikayılov sərbəst gəzir və hər yerdə «öldürmüşük, əcəb etmişik», deyərək mərhumun yaxınlarına acıq verir…

gundemxeber.az 2011-ci il dekabrın 14-də Billəsuvarın Ovçubərə kənd sakini Həşimov Səttar Həşim oğlu öz həmkəndlisi Mikayılov Nazim Allahşükür oğlu tərəfindən güllələnilib. Yaralı rayon xəstəxanasına gətirilib və 13 gündən sonra Bakıda Respublika Kliniki Xəstəzanasında keçinib. Mərhumun qatilinə isə bu yaxınlarda məhkəmə tərəfindən 1 il 6 ay həbs cəzası verilib.
Bu barədə məlumat verən mərhum Həşimov Səttar Həşim oğlunun yaxınları bildiriblər ki, iki güllə yarası alan və bundan sonra vəhşicəsinə döyülən Səttarın qanını batıran şəxslər Biləsuvar Ovçubərə kəndinin ərazi nümayəndəsi Ağaddin Mikayılov, Biləsuvar İcra Hakimiyyəti başçısının birinci müavini Akif Kazımov və Biləsuvardan millət vəkili seçilmiş Xanhüseyn Kazımlıdır.

Qətlə yetirilən Səttar Həşimov

Hadisə ilə bağlı verilən məlumatda o da bildirilir ki, Səttar Həşimov qıçından iki güllə yarası alıb və Biləsuvar Mərkəzi Xəstəxanasında yatdığı 10-gün müddətində huşu başında və tam anlaqlı vəziyyətdə olub. Buna baxmayaraq bu müddət ərzində rayonun hüquq mühafizə orqanları zərəçəkmişdən heç bir izahat almayıblar. Baş verən hadisəni isə zərərçəkmiş və mərhum Səttar Həşimov yaxınlarına deyib ki, Nazim Mikayılov onu güllə vurduqdan sonra səhv etdiyini anlayıb və həyətinə gətirərək yaralarını sarımağa çalışıb. Bundan sonra isə Nazimin atası Allahşükür, əmisi Ağaşükür, əmisi oğlu Məhəbbət hadisə yerinə gəliblər. Allahşükür Mikayılov (bu şəxs Ovçubərə kənd ərazi nümayəndəsinin müavinidir, yəni Ovçubərə kəndində dövlət hakimiyyəti bir ailənin əlində toplanıb) əmisi oğlu, Ovçubərə kənd ərazi nümayəndəsini Ağəddin Mikayılovu hadisə yerinə çağırıb. Hadisə yerinə gələn Ağəddin Mikayılov isə yaralıya işgəncə verməyə başlayıb. Mərhum öz yaxınlarına billdirib ki, Ağəddin Mikayılov onun daxili orqanlarına təpiklə ağır zərbələr endirib və bundan sonra aldığı zərbələrdən mərhum huşunu itirib. Mərhum bunun səbəbini isə tez-tez Ağəddin Mikayılovun özbaşınalıqları və qanunsuz əməlləri ilə bağlı rayon rəhbərliyinə və Bakıda əlaqədar orqanlara şikayət etməsi ilə bağlayıb.

Teymur Mustafayevin qohumları qatil rolunda

Məlumatda bildirilir ki, mərhum Səttar Həşimov alıdğı güllə yaralarından deyil, məhz iç orqanlarının ağır zədələnməsi nəticəsində dünyasını dəyişib və ona bu zərbələri endirən şəxs isə məhz Ovçubərə kənd ərazi nümayəndəsini Ağəddin Mikayılov olub. Ona görə də mərhumun qohumları hesab edirlər ki, Səttar Həşimovun qatili Nazim Mikayılov deyil, onun əmisi oğlu, Ağəddin Mikayılovdur.
Şikayətçilər onu da qeyd edirlər ki, Nazim Mikayılova əvvəl Azərbaycan CM-nin 132-ci, adam döymə maddəsi ilə iş açdılar. Dünyasını dəyişəndən sonra isə yüngül xəsarət yetirən şəxs kimi onun işini 132-ci maddəni 127-yə dəyişdilər. Qanunsuz tüfəng gəzdirmə, tüfənglə atəş açıb qəsdən adamöldürməyə cəhd və digər məqamlar istintaq dönəmində və məhkəmə iclasında nəzərə alınmayıb. Şikayətçilər həmçinin qeyd edirlər ki, rayon xəstəxanasından müvafiq sənədləri ala bilmirlər. Klinik xəstəxanadan onlara verilən rəydə isə qeyd olunub ki, mərhum 2 güllə yarası alıb.
Məlumatda bildirilir ki, nümayişkaranə şəkildə insanı güllələyən, ona işgəncə verən şəxslərin arxayınçılığı səbəbsiz deyil. Çünki qatil Nazim Mikayılov məşhur xanəndə, şoubiznesin «dayı»sı Teymur Mustafayevin bacısı oğludur. Onun əsil qatili, Ovçubərə kənd ərazi nümayəndəsini Ağəddin Mikayılov isə millət vəkili Xanhüseyn Kazımlıya arxalandığından heç kimi saymır və açıq-aşkar deyir ki, öldürmüşük, əcəb eləmişik. Şikayətçi tərəf qeyd edir ki, Azərbaycan Prezidentinə, Daxili İşlər nazirinə, Baş Prokurora, MT nazirinə və digər əlaqədar təşkilatlara müraciət etsələr də, bir çox rəsmilərin, o cümlədən, rayon rəhbərlərinin qəbulunda olsalar da, şikayətlərinə baxan yoxdur

“Daydaylı” ərazi nümayəndəsi Ağəddin Mikayılovun əməlləri

Məlumatda Ovçubərə kənd ərazi nümayəndəsini Ağəddin Mikayılov haqqında geniş məlumat verilir. Bildirilir ki, Ağaddin Mikayılov 2007-ci ilin oktyabrından Ovçubərə kəndində ərazi nümayəndəsi işləyir. Ağaddin Mikayılov ixtisasca alim-aqronomdur. Əvvəllər kolxozda aqronom-entemoloq və sədr müavini vəzifələrində çalışıb. İşlədiyi dövrdə dəfələrlə töhmət və şiddətli töhmətlər alıb. O, 1999-cu ildə, bələdiyyə seçkiləri zamanı kənd bələdiyyəsinə üzv seçilib.
Lakin bələdiyyə üzvləri ilə yola getmədiyinə görə 8 nəfər bələdiyyə üzvünün iştirakı ilə 29 mart 2001-ci ildə ona şiddətli töhmət verilib. Bələdiyyə üzvləri, eləcə də yerli sakinlər arasında nüfuzunu itirdiyi üçün növbəti bələdiyyə seçkilərində namizədliyini versə də, seçicilər ona səs verməyib. Lakin A. Mikayılov xalqın səsi ilə kəndə rəhbər gələ bilməsə də, icra başçısının sərəncamı ilə bu kəndin ərazi nümayəndəliyini ələ keçirib.
2004-cü ildə Ağaddin Mikayılov adam döymək üstündə həbs olunub və haqqında məhkəmə qərarı qüvvəyə minib. Məhkəmə Mikayılova Cinayət Məcəlləsinin 132-ci maddəsinə əsasən şərti cəza verib və əmək haqqının 10 misli dövlət nəfinə tutulmaqla cəzalandırılıb.
Qeyd olunur ki, Ağaddin Mikayılov hazırkı ərazi nümayəndəsi vəzifəsinə öz dədə malı kimi və gəlir mənbəyi kimi baxır. Belə ki, müavini, əmisi oğlu, Səttar Həşimovu tüfənglə iki dəfə atəş açaraq yaralamış Nazim Mikayılovun atası Allahşükür Mikayılovla birləşərək, onun adına şişirdilmiş rəqəmlərlə əkilməyən torpaqları sənədləşdirərək əkinə görə külli miqdarda pul yardımını mənimsəmişdir. Bunu bilən kənd sakini İmanverdi Ağayev rayon rəhbərliyinə rəsmi məlumat verib. Rayon İcra Hakimiyyəti öz nümayəndəsinin bu qanunazidd əməllərinə göz yumsa da, prokurorluq məsələyə daha ciddi yanaşaraq qanunsuz yolla mənimsənilmiş pulu dövlət büdcəsinə ödətdirmişdir.


Millət vəkili Xanhüseyn Kazımlı da işin içindədir

Hazırda isə bu adam kənddə at oynadır. Asdığını asır, kəsdiyini kəsir, öldürdüyünü də öldürür. Bütün bunlara isə ona görə cəzasız həyata keçirə bilir ki, Ovçubərə kənd ərazi nümayəndəsi Biləsuvar İcra Hakimiyyəti başçısının birinci müavini Akif Kazımov və Biləsuvardan millət vəkili seçilmiş Xanhüseyn Kazımlının yaxın adamdır. Bildirilir ki, öldürülən Səttar Həşimovun qanını batıran da məhz millət vəkili Xanhüseyn Kazımlıdr. Məhz deputatın əlaqələri və müəyyən orqanlardan xahiş etməsi nəticəsində bu gün Səttar Həşimovun əsil qatili Ağəddin Mikayılov sərbəst gəzir və hər yerdə «öldürmüşük, əcəb etmişik», deyərək mərhum Səttar Həşimovun yaxınlarına acıq verir.
Şikayətçilər iddia edirlər ki, Ağəddin Mikayılov hər həftə sonu Xanhüseyn Kazımlı ilə görüşmək üçün Bakıya gəlir. Bildirilir ki, 2010-cu il seçkilərində Xanhüseyn Kazımlının xeyrinə seçkinin nəticələrini saxtalaşdırmaq üçün Akif Kazımov və Ağəddin Mikayılov çox böyük «işlər» görüblər. Ona görə də millət vəkili Ağəddin Mikayılovun bir sözünü iki eləmir.
Məlumatda o da qeyd olunur ki, Ağəddin Mikayılovun əsas hamisi , Biləsuvar İcra Hakimiyyəti başçısının birinci müavini Akif Kazımovdur. Vəziyyət hətta o yerə çatıb ki, bir çox cinayətlərdə adı hallanan Ağəddin Mikayılov Biləsuvarın İcra başçısı Mahir Quliyevi belə saymır. Xatırladaq ki, Ağəddin Mikayılov bir neçə həftə əvvəl ondan şikayət edən Ovçubərə kənd sakinlərinə: "Gedin mətbuata və dövlət qurumlarına etdiyiniz şikayətlərdə yazın ki, Ağaddın Mikayılov qazandıqlarını icra başçısına verir. Bəli, mən bu pulları dədəmə vermirəm, 90 %-ni Mahir Quliyevə yedizdirirəm".

Məlumatda bildirilir ki, Ağaddın Mikayılovun bu sözləri mətbuatda dərc olunduqdan sonra icra başçısı Mahir Quliyev onu cəzalandırmaq istəsə də, Akif Kazımovun və Xanhüseyn Kazımlının öz sevimlilərini müdafiə etdiklərinə görə, icra başçısı öz nümayəndəsinə heç bir şey edə bilmir. Hazırda Ovçubərə kəndində Mahir Quliyevin sözü qətiyyən keçmir və bu kənddə Akif Kazımovun və Xanhüseyn Kazımlının dəstəyi ilə Ağaddın Mikayılovun tiraniyası hökm sürür.
Yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq…

Fariz Hüseynov
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Toğrul Nərimanbəyov Səttar Bəhlulzadəni ölümdən necə xilas edib

    Toğrul Nərimanbəyov Səttar Bəhlulzadəni ölümdən ...

    13-06-2013, 15:38

  • 
  • Səttar Mehbalıyevin səlahiyyət müddəti nə vaxt başa çatır?

    Səttar Mehbalıyevin səlahiyyət müddəti nə vaxt ...

    30-12-2013, 01:17

  • 
  • 50 manata görə qardaş bacısını öldürdü

    50 manata görə qardaş bacısını öldürdü ...

    21-01-2015, 23:58

  • 
  • "MƏN DÖVLƏT-MÖVLƏT FIRLAMIRAM" - video

    "MƏN DÖVLƏT-MÖVLƏT FIRLAMIRAM" - video ...

    23-10-2013, 11:13

  • 
  • Səttar Mehbalıyevə məhkəmədə tanış hakim kömək edibmiş

    Səttar Mehbalıyevə məhkəmədə tanış hakim kömək ...

    27-12-2013, 22:49


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu