GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Sabiq nazirlə bağlı son qərar günü bəlli oldu;

Sabiq nazirlə bağlı son qərar günü bəlli oldu;

Tarix: 19-10-2013, 11:40 Bölmə :Manşet Baxış: 1 098
 Sabiq nazirlə bağlı son qərar günü bəlli oldu;

Sabiq nazirlə bağlı son qərar günü bəlli oldu; Ali Məhkəmə oktyabrın 28-də sabiq nazirlə bağlı plenum çağırdı; Vəkili əminliklə onun azadlığa buraxılacağını deyir; Avropa Məhkəməsinin qərarının icra edilməməsi hakimiyyətə ciddi başağrısı yaradıb
Keçmiş səhiyyə naziri Əli İnsanovla bağlı Avropa Məhkəməsinin qərarına Ali Məhkəmə oktyabrın 28-də baxacaq və sabiq nazir azadlığa buraxılacaq. Bu sensasion məlumatı Ə.İnsanovun vəkili Toğrul Babayev “mediaforum” saytının müsahibəsində deyib. Vəkil bildirib ki, keçmiş nazir Azərbaycanın Avropa İnsan Haqları Məhkəməsi yanında səlahiyyətli nümayəndəsi Çingiz Əsgərovu və Ali Məhkəmənin sədri Ramiz Rzayevi məhkəmə verib və bu iddia ərizəsinə oktyabrın 17-də baxılmalı idi.
Amma vəkil oktyabrın 17-də Ali Məhkəmə ilə əlaqə saxlayarkən məlum olub ki, sözügedən məhkəmə prosesləri təxirə salınıb. Vəkilə deyilib ki, oktyabrın 28-də Ali Məhkəmənin plenumu keçiriləcək və Əli İnsanovun məsələsinə baxılacaq: “Ali Məhkəmədən bildirdilər ki, sizə Əli İnsanovun məsələsinin plenuma çıxarılacağı ilə bağlı rəsmi məktub göndərmişik. Amma hələ məktub bizə gəlib çatmayıb”.
“Plenumdan nə qərar gözləyirsiniz” sualına Toğrul Babayev belə cavab verib: “Əli İnsanov oktyabrın 28-də azadlığa çıxmalıdır. Çünki bununla bağlı Avropa Məhkəməsinin qərarı var və həmin qərar yerinə yetirilməlidir”.
Qeyd edək ki, Avropa İnsan Haqları Məhkəməsinin keçmiş səhiyyə naziri Əli İnsanovla bağlı bu ilin martında verdiyi qərar artıq qüvvəyə minib. Prosedura uyğun olaraq, Azərbaycan hökuməti qərardan Yuxarı Palataya şikayət verməzsə, Avropa Məhkəməsinin qərarı qüvvəyə minir. Biz qərardan isə Azərbaycan hökuməti şikayət verməyib. Ali Məhkəmənin plenumu 3 ay müddətində Ə.İnsanov barədə işə baxaraq yerli məhkəmələrin hökm və qərarlarını ləğv etməli idi. 14 iyun 2013-cü il tarixində qüvvəyə minmiş qərarı icra etmədiyinə görə sabiq nazir həm Ali Məhkəmənin sədri Ramiz Rzayevi, həm də Azərbaycanın Avropa Məhkəməsindəki səlahiyyətli nümayəndəsi Çingiz Əsgərovu məhkəməyə vermişdi. Avropa Məhkəməsinin qərarını bu vaxtadək icra etməmək hakimiyyətin israrına baxmayaraq, Azərbaycanın nüfuzuna ciddi zərbə vurub. Məlumatlara görə, sabiq nazirlə bağlı Avropa Məhkəməsinin qərarının icra olunması hakimiyyətə ciddi başağrısı yaradıb. Üstəlik, 2005-ci ildə eyni gündə onunla həbs edilən Fərhad Əliyev artıq əfv olunub. Şübhə yoxdur ki, məhz bu səbəblərdən hakimiyyət Ali Məhkəmənin plenumunu oktyabrın 28-nə təyin etməyə məcbur olub.
Hələ bir müddət əvvəl 9 oktyabr prezident seçkisindən sonra dövlət başçısının keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevi və qardaşı Rafiq Əliyevi buraxacağı xəbəri yayılmışdı və oktyabrın 14-də onlar əfv edildi. Məlumatlar vardı ki, sabiq səhiyyə nazirinə də əfv ərizəsi yazmaq təklif olunubmuş. Amma nə Əli İnsanov özü, nə də onun ailə üzvlərindən kimsə prezidentə heç bir bağışlanma məktubu yazmadı.
Eks-nazir vəkili vasitəsilə dəfələrlə bildirib ki, belə bir addım onun saxta ittihamı təsdiqləməsi olardı.
Yeri gəlmişkən, Əli İnsanovun prezident seçkilərinə münasibəti də keçmiş nazir həmkarından fərqli oldu. O, F.Əliyevdən fərqli olaraq seçkiöncəsi Milli Şuranın namizədini dəstəklədiyini bildirdi.
Ən ağır “zon”lardan sayılan 13 saylı həbsxanada faktiki olaraq əlilə çevrilmiş sabiq səhiyyə nazirinin ağciyərlərində ciddi problemlər var. Sabiq nazir, üstəlik, onurğa sütunundakı yırtıq səbəbindən uzun müddətdir ki, əsa ilə yeriyir. Onun adı siyasi dustaqlarla yanaşı ən ağır xəstə olan məhbuslar siyahısında da var.
Yeri gəlmişkən, bir müddət əvvəl Ə. İnsanovun müəyyən şərtlərlə azadlığa buraxılacağı barədə xəbərlər yayılmışdı. Həmin xəbərlərdə deyilirdi ki, Ə.İnsanovun həbsdən buraxıldıqdan sonra mülklərini məhkəmə yolu ilə geri almaq niyyəti iqtidarda narahatlıq yaradıb. Ona görə də həbsdən buraxıldıqdan sonra onun məcburi mühacirətə göndəriləcəyi deyilirdi.
Xatırladaq ki, Əli İnsanov 2005-ci ildən həbsdədir. O, korrupsiya ittihamı ilə 11 il müddətinə azadlıqdan məhrum edilib. 2013-cü il martın 14-də Əli İnsanovla bağlı qərarını açıqlayan Avropa İnsan Hüquqları Məhkəməsi sabiq nazirin işgəncə və ədalətli məhkəmə hüququ üzrə iddialarını təmin edib. Qərara əsasən, Azərbaycan hökuməti Əli İnsanova 10 min avro kompensasiya da ödəməlidir.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Əli İnsanov oktyabrın 28-də azad oluna bilər

    Əli İnsanov oktyabrın 28-də azad oluna bilər ...

    18-10-2013, 13:23

  • 
  • Əli İnsanov bir gündə iki məhkəməyə gətiriləcək

    Əli İnsanov bir gündə iki məhkəməyə gətiriləcək ...

    2-10-2013, 23:35

  • 
  • Əli İnsanovun Ramiz Rzayevə qarşı iddiası məhkəməyə çıxarılır

    Əli İnsanovun Ramiz Rzayevə qarşı iddiası ...

    13-09-2013, 11:24

  • 
  • Əli İnsanovla bağlı Avropa Məhkəməsinin qərarına Ali Məhkəmədə noyabrın 15-də baxılacaq

    Əli İnsanovla bağlı Avropa Məhkəməsinin qərarına ...

    13-11-2013, 11:21

  • 
  • "Mən əfv ərizəsi yazmayacam..."

    "Mən əfv ərizəsi yazmayacam..." ...

    18-11-2013, 18:18


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu