GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » İlham Əliyev nə demək istədi?

İlham Əliyev nə demək istədi?

Tarix: 23-10-2013, 10:47 Bölmə :Manşet Baxış: 998
İlham Əliyev nə demək istədi?
Prezident komandasını yarıtmaz və korrupsionerlərdən təmizləmək istiqamətində son illərin ən qətiyyətli addımlarından birini atdı

İlham Əliyev üçüncü prezidentlik müddətinə komandasında kifayət qədər ciddi islahatlar həyata keçirməklə başladı. Bu gün prezident yeni hökumətin tərkibini elan etdi və məlum oldu ki, müdafiə naziri Səfər Əbiyev, əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov, habelə Dövlət Xəzər dəniz Gəmçiliyinin rəisi Aydın Bəşirov yeni hökumətdə yer almır.



Habelə prezident iki yeni nazirlik yaratdı və baş nazirin iki yeni müavinini təyin etdi. Prezidentin kadr və struktur islahatlarının bir hissəsi kimi Xəzər Dəniz Gəmiçiliyi İdarəsi ləğv olundu, idarənin rəhbəri yeni kabinetdə yer almadı və Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin yerində yaradılan səhmdar cəmiyyətə yeni təyinat həyata keçirdi.

Xatırladaq ki, virtualaz.org saytı hələ bir gün əvvəl prezidentin hökumətdə həyata keçirəcəyi dəyişiklərə dair bəzi məlumatları yaymışdı. Xəbər vermişdik ki, prezident hökumətə rəhbərliyi yenidən Artur Rasizadəyə həvalə edəcək, nazirlərdən isə Füzuli Ələkbərovun yeni hökumətdə yer almayacağı artıq dəqiqləşib.



Şübhəsiz ki, İlham Əliyevin yeni hökumətdə həyata keçirdiyi kadr islahatlarından ən əhəmiyyətlisi müdafiə naziri Səfər Əbiyevin işdən azad edilməsidir. İlham Əliyev ötən 10 illik hakimiyyəti ərzində Azərbaycanın müdafiə xərclərini 23 dəfə artırıb, ölkənin hərbi sənayesini formalaşdırıb, xarici ölkələrdən böyük miqdarda ən müasir və böyük dağıdıcı gücə malik silahlar, hərbi texnika alınıb.

Lakin prezidentin müdafiə sahəsinə yönəltdiyi bu diqqət real nəticədə inikasını tam olaraq heç cür tapa bilmirdi və heç şübhəsiz ki, bunun əsas səbəbi Müdafiə Nazirliyi sistemindəki dəhşətli korrupsiya, nazirliyin idarə edilməsindəki ciddi qüsurlar idi. Məhz bu pis idarəçiliyin, hərbi intizamın yüksək səviyyədə olmamasının və bütün ordu sisteminə sirayət edən korrupsiyanın nəticəsində orduda qeyri-döyüş itkilərinin statistikasını heç cür azaltmaq mümkün olmurdu.

Hər il Azərbaycan ordusu qeyri-döyüş şəraitində ən azı bir bölük əsgərini itirirdi və ordudakı əsgər ölümləri bu ilin yazında Bakıda kifayət qədər ciddi, genişmiqyaslı və eyni zamanda təhlükəli etiraz dalğasının başlamasına səbəb olmuşdu. Müdafiə naziri birmənalı şəkildə əhalinin hakimiyyətdən narazılığının mənbələrindən birinə çevrilmişdi və 20 ildir bu postu tutan Əbiyevin əvəzlənməsinin vaxtı çoxdan gəlib çatmışdı.

Şübhə yoxdur ki, prezident Əbiyevin nəhayət işdən azad edilməsinin vacibliyi haqda çoxdan qərarını verib, ancaq bu qərarın həyata keçirilməsini seçkidən sonraya saxlayıb. Əbiyevin Daxili Qoşunların komandanı, general Zakir Həsənovla əvəzlənməsi də kifayət qədər düzgün seçim hesab edilə bilər. Çünki Daxili Qoşunlar silahlı qüvvələrin güclü nizam-intizam hökm sürdüyü, qeyri-döyüş itkilərinin ən az olduğu qoşun növlərindən biridir. Heç kimə sirr deyil ki, əsgərlərini orduya göndərən valideyinlər onun Müdafiə Nazirliyinə tabe olan hərbi hissələrdə deyil, Daxili Qoşunlarda xidmət etməsini arzu edir, yaxud buna can atır.



Digər ciddi dəyişiklik əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun hökumətdən uzaqlaşdırılmasıdır. Ələkbərovun nazirliyi korrupsiyanın və rüşvətin ən çox yayıldığı strukturlardan birinə çevrilmişdi. Bu fakt bir neçə dəfə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin açıqladığı statistikada öz əksini tapıb. Lakin Ələkbərovun vəzifədən uzaqlaşdırılması zərurəti daha çox bu ilin yanvarında İsmayıllıda baş verən hadisələrdən sonra meydana çıxdı.

Bu rayon Ələkbərovun kurasiyasında idi və İsmayıllıya nazirin qardaşı Nizami Ələkbərov başçılıq edirdi. Və yerli əhalini üsyana məcbur edən hadisəni törədən-rayon əhalisini təhqir edən də nazirin oğlu, onun biznesini idarə edən adamlar olmuşdu. F.Ələkbərovun vəzifədən azad olunacağı haqda məlumatlar çoxdan yayılsa da göründüyü kimi prezident gözdən düşmüş məmurların komandadan uzaqlaşdırılmasını seçkilərdən sonraya saxlayıb.

F.Ələkbərovun yerinə keçmiş sovet respublikaları arasında Avropa standartlarına uyğun pensiya islahatlarının uğurla həyata keçirilməsinə başçılıq etmiş Səlim Müslümov təyin edilib. Gözləmək olar ki, Müslümov Ələkbərovun nazirliyində sistemi islahatlar həyata keçirə biləcək və korrupsiyanı azaldacaq.



Nəhayət artıq ləğv edilmiş və səhmdar cəmiyyətə çevrilmiş Xəzər Dəniz Gəmiçiliyi idarəsinin rəhbəri Aydın Bəşirovun vəzifədən azad edilməsi də prezidentin korrupsioner, gözdən düşmüş məmurları komandasından uzaqlaşdırmaq istiqamətində atdığı vacib addımlardan biridir. Belə ki, ötən 10 ildə dəniz nəqliyyatına irihəcmli investisiyaların yatırılmasına baxmayaraq bu sistemdə göstəricilər yaxşılaşmayıb.

Üstəlik Xəzər Dəniz Gəmiçiliyinə məxsus “Naftalan” tankeri bu ilin yayında Xəzərdə qaçaq neft daşıyarkən Rusiyanın Federal Təhlükəsizlik Xidməti tərəfindən saxlanılmışdı. Gəmi hələ də azad edilməyib və neft qaçaqmalçılığı işi araşdırılmaqdadır. Bu insident Aydın Bəşirovun idarəsində baş verən qaranlıq işlərin miqyasının nə dərəcədə böyük olmasından xəbər verirdi.

Prezidentin yeni kadr təyinatları arasında baş nazirin müavinlərindən birinin ilk dəfə hakim Yeni Azərbaycan Partiyasının rəhbərliyindən təyin olunmasıdır. Partiyanın İcra Aparatının rəhbəri və prezidentin seçki qərargahına rəhbərlik edən Əli Əhmədov Artur Rasizadənin müavinlərindən biri oldu. Ə.Həsənovun hakimiyyət olimpində irəliləməsi YAP-ın son qurultayından başlamışdı və göründüyü kimi onun partiya rəhbərliyində mövqelərinin möhkəmləndirilməsi baş nazirin müavini təyinatı ilə davam etdirildi.



Nəhayət hökumətin ən çox tənqid olunan üzvlərindən biri, kənd təsərrüfatı naziri İsmət Abbasov da artıq nazir deyil. Lakin F.Ələkbərovdan, S.Əbiyevdən və A.Bəşirovdan fərqli olaraq İ.Abbasov komandadan birdəfəlik uzaqlaşdırılmayıb və baş nazirin müavini vəzifəsinə irəli çəkilib. Ancaq bu irəli çəkilmə formal xarakter daşıyır, çünki İ.Abbasov nazir kimi daha geniş imkanlara malik idi.

Prezidentin həyata keçirdiyi struktur islahatları da ciddi əhəmiyyətə malikdir. Belə ki, Sənaye və Energetika Nazirliyinin “sənaye” hissəsi ləğv edilib. İqtisadi İnkişaf Nazirliyi də ləğv olunub və onun yerində İqtisadiyyat və Sənaye Nazirliyi yaradılıb.

Bu struktur islahatlarının əhəmiyyəti nədədir? Məsələ ondadır ki, Azərbaycanda son illər güclü qeyri-neft sənayesi formalaşıb. Qeyri-neft sənayesi sürətlə iqtisadiyyatın aparıcı sahələrindən birinə çevrilməkdədir. Digər tərəfdən Azərbaycan iqtisadi inkişaf göstəricilərini dəfələrlə yaxşılaşdırıb və prezident İlham Əliyev növbəti beş ildə ölkə iqtisadiyyatının göstəricilərini inkişaf etmiş ölkələrin göstəricilərinə yaxınlaşdırmaq vəzifəsini müəyyən edib.

Deməli güclü iqtisadiyyatı və sürətlə inkişaf etməkdə olan sənayeni idarə etmək üçün yeni nazirliyin yaradılması, kifayət qədər güclənmiş sənayeni iqtisadiyyatın digər güclü sektorundan-energetikadan ayırılması optimal addımdır.

Virtualaz.org
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İşdən çıxarılan Füzuli Ələkbərov danışdı

    İşdən çıxarılan Füzuli Ələkbərov danışdı ...

    23-10-2013, 11:49

  • 
  • AYDIN BƏŞİROVUN RƏHBƏRİ OLDUĞU QURUM LƏĞV EDİLDİ

    AYDIN BƏŞİROVUN RƏHBƏRİ OLDUĞU QURUM LƏĞV EDİLDİ ...

    22-10-2013, 20:25

  • 
  • AYDIN BƏŞİROV: "MƏN İŞDƏN ÇIXARILMAMIŞAM"

    AYDIN BƏŞİROV: "MƏN İŞDƏN ...

    23-10-2013, 13:56

  • 
  • Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Qapalı Səhmdar Cəmiyyətində fəhlələrin kütəvi tətilləri gözlənilir

    Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Qapalı Səhmdar ...

    7-02-2014, 13:16

  • 
  • Dövlət Xəzər Dəniz Gəmiçiliyi ilə bağlı cinayət işi açıldı

    Dövlət Xəzər Dəniz Gəmiçiliyi ilə bağlı cinayət ...

    23-10-2013, 15:35


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu