GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Heydər Əliyevə görə Türkiyə vətəndaşına 15 il həbs verildi

Heydər Əliyevə görə Türkiyə vətəndaşına 15 il həbs verildi

Tarix: 6-11-2013, 15:06 Bölmə :Manşet Baxış: 663
Heydər Əliyevə görə Türkiyə vətəndaşına 15 il həbs verildi

Həsən Toku barədə yeni hökm çıxarıldı; bu ilin yayında o, Rüstəm İbrahimbəyovla görüşən diaspor təmsilçiləri arasında görünmüşdü

1993-cü ildə Azərbaycanda o vaxt Ali Sovetin sədri olan Heydər Əliyevə sui-qəsdə cəhd edən Türkiyə vətəndaşı barəsində daha bir məhkəmə hökmü verilib.

Virtualaz.org saytı Türkiyə qaynaqlarına istinadən xəbər verir ki, məhkəmə Həsən Toku barəsində xarici ölkə prezidentinə sui-qəsdə cəhd ittihamı ilə 15 il həbs cəzası çıxarıb.

Bu, Türkiyə məhkəməsinin Heydər Əliyevə sui-qəsd cəhdinə görə Həsən Tokuya çıxardığı ikinci hökmdür. 2009-cu ildə məhkəmə onu bu ittiham üzrə 30 il həbsə məhkum edib. Lakin 2012-ci ildə yüksək məhkəmə olan Yarğıtay H.Toku barəsində çıxarılmış hökmü məhkumun eyni ittiham üzrə cəzasını çəkdiyini əsas gətirərək ləğv edib.

Buna baxmayaraq Türkiyənin ədliyyə sistemi bozqurdçudan əl çəkməyib və Yarğıtayın hökmündən şikayət verilib.

Həsən Toku - Heydər Əliyevə qarşı sui-qəsddə iştirak edən, Türkiyənin Ülkücü (Bozqurd) dərnək və təşkilatları ilə əlaqəsi olan şəxsdir. O, Ərzurum Atatürk Universitetində fizika fakultəsinin III kursunda oxuduğu vaxt, SSRİ dağılandan sonra Naxçıvana gəlir. Naxçıvan Universitetində laborant olan Aydın Qasımovla tanış olur. Aydın Qasımov Heydər Əliyevə qarşı sui-qəsddə onun da köməyin istəyir.

Bakıya gedən Həsən Toku və digər 3 azərbaycanlı 30 sentyabr, 1993-cü il tarixində axşam saatlarında AzTV-nin binasının qarajında Əliyevin binadan çıxmağını gözləyərkən polis tərəfindən yaxalanırlar. Azərbaycan məhkəməsi Tokuya 10 il həbs cəzası verir.

Lakin Heydər Əliyevin 13 mart, 2002-ci ildə verdiyi əfv fərmanı ilə Həsən Toku da azadlığa çıxır. Təxminən 8 il yarım həbsdə qalır.

Azərbaycanda həbsdən buraxılandan sonra Həsən Toku Türkiyəyə gedir və İstanbulun Atatürk hava limanında təyyarədən düşən kimi həbs edilir. Ancaq məhkəmədə sorğulanandan sonra buraxılır.

Türkiyədə AKP-nin iqtidara gəlişindən sonra Həsən Toku yenidən təqib olunur. 2006-cı ildə o vaxtkı ədliyyə naziri, indiki parlament spikeri Cəmil Çiçəyin icazəsi ilə İstanbul məhkəməsində onun barəsində ömürlük həbs cəzası tələbi ilə cinayət işi qaldırılır. H.Toku barəsində həbs-qətimkan tədbiri seçilmir və o, azadlıqda qalır.

Məhkəmə prosesi 2009-cu ilin iyun ayında yekunlaşır, H.Toku barəsində daha yumşaq - 30 il həbs cəzası çıxarılır.

Həsən Toku o vaxt məhkəmənin hökmü ilə bağlı belə deyirdi: “Azərbaycandakı hadisələr üzündən universiteti yarımçıq buraxmalı oldum. Həyatımın ən gözəl illəri həbsxanada keçdi. Azərbaycanda istintaq altında olduğum 6 ay boyunca işgəncə gördüm. İndi məni gözələyən 30 illik həbs cəzası var. Hər şeyi unudub yeni həyata başlamaq istəyirdim. Etdiklərimə görə çox peşmanam. Yarğıtay cəzanı qüvvədə saxlasa, Avropa İnsan Haqları Məhkəməsinə müraciət edəcəyəm. Çünki mən cinayəti işlədiyim ölkədə cəzamı çəkmişəm. Əliyevin əfvi ilə azadlığa buraxıldım. Ancaq “bir şəxs eyni cinayətdən iki dəfə mühakimə oluna bilməz” hökmü Türkiyədə heçə sayılır. Vətən torpaqlarını parçalamağa çalışan terrorçuları əfv edirlər, ancaq mənə qarşı PKK-çılara belə rəva görülməyən ömürlük həbs cəzası çıxarılır”.

2012-ci ildə Yarğıtay H.Toku barəsində çıxarılmış hökmü ləğv edib, lakin ittiham tərəfi qərardan protest verib.

H.Toku barəsində çıxarılmış həbs cəzasının ləğvi üçün mübarizə aparmaqla yanaşı ülküçülərin də sıralarında fəaliyyətini davam etdirməkdədir. Bu il iyul ayının 15-də isə onu Azərbaycanda yaradılmış müxalifətçi Milli Şuranın sədri və prezidentliyə namizədi kimi irəli sürülmüş Rüstəm İbrahimbəyovun Avropadakı Azərbaycan diaspor təmsilçiləri ilə görüşündə görmüşdülər. R.İbrahimbəyovun Azərbaycan hakimiyyətinə qarşı müxalif mövqedə olan Avropa Azərbaycanlıları Milli Birlik Şurasının sədri Qabil Rzayev və bir sıra şəxslərlə görüşündə Milli Şuranın dəstəklənməsi müzakirə olunub.

Məlum olub ki, görüşə qatılanlardan biri də Azərbaycan hakimiyyətinə müxalif mövqedə olan digər diaspor təşkilatı - İsveçrədə bir qrup müxalif azərbaycanlı tərəfindən yaradılan Beynəlxalq Haqq və Ədalət Assosiasiyasının Türkiyə təmsilçiliyinin üzvü olan Həsən Toku da yer alır.

Bu fakt mətbuata çıxandan sonra H.Toku Avropa Azərbaycanlıları Milli Birlik Şurasından çıxarılıb. Təşkilatın sədri Qabil Rzayev bildirib ki, H.Toku Beynəlxalq Haqq Ədalət Təşkilatının Türkiyə təmsilçiliyində sıravi üzvdür: “Moskvada olarkan onun adı tam bir təsadüf nəticəsində, kimliyini bilmədiyim bir nəfər tərəfindən siyahiya salınıb. Buradan hər kəsə bəyan edirəm ki, Həsən Tokunu təşkilatımızdan uzaqlaşdırdıq”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Keçmiş hakim məhkəmə zalında həbs edildi

    Keçmiş hakim məhkəmə zalında həbs edildi ...

    1-04-2015, 22:11

  • 
  • Ərdoğanın həyatına sui-qəsdə cəhd edilib

    Ərdoğanın həyatına sui-qəsdə cəhd edilib ...

    16-07-2016, 11:24

  • 
  • Həsən Hüseynli Bakıya gətirilir

    Həsən Hüseynli Bakıya gətirilir ...

    24-09-2014, 15:31

  • 
  • MTN-dən İlham Əliyevə sui-qəsd xəbərinə reaksiya

    MTN-dən İlham Əliyevə sui-qəsd xəbərinə reaksiya ...

    24-10-2013, 18:01

  • 
  • İlham Əliyevə sui-qəsd hazırlayanı həbsxanada yandırdılar

    İlham Əliyevə sui-qəsd hazırlayanı həbsxanada ...

    25-04-2016, 14:39


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (356)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu