"Kiçik sahibkarlıqla məşğul oluram. 2009-cu ildə, bu Ticarət Mərkəzi inşa olunandan bura pul qoymuşam. 2015-ci ildə binanı tikən Mərhəmət Bəşirov qanunsuz olaraq binanı "Xalq Bank"a girov qoyub. Halbuki bu biznes mərkəzi bizim pulumuzla tikilib". Gundemxeber.az dia.az-a istinadla bildirir ki, bu barədə sahibkarlardan biri qeyd edir.
"Biz 22 nəfərik, amma burda vəzifəlilər də var. Elmar Məmmədyarovun oğlunun da burda obyekti var. Hətta nazir müavininin, hancı ki hazırda həbsdədir, onun da burda yeri var. Yüksək vəzifədə olan məmurların, habelə, Zeynəb Xanlarovanın da burda yeri var. Amma onlar səslərini çıxara bilmirlər. Çünki qorxurlar" deyən sahibkar bunu onunla əsaslandırır ki, narazı olan sahibkarların böyük əksəriyyəti "Yasmin" ticarət mərkəzindəki obyektlərindən ona görə imtina ediblər ki, sonradan səsi-küyü çıxa bilər. Əslində "Yasmin"dəki sahibkarların problemi uzun müddətdir müzakirədədir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?