Bu gün QMİ-nin sədri, Hacı Allahşükür Paşazadənin qardaşı, Millət vəkili Cavanşir Paşazadə “Qafqazinfo.az” saytına müsahibə verərkən “Sədərək” və “Binə” ticarət mərkəzlərinin vəhabilərin əsas toplandığı yerlər olduğunu əsas gətirərək bazarların bağlanmasını tələb etmişdi.
Bu müsahibə ilə bağlı Xeberdar.az saytı məsələyə aydınlıq gətirmək üçün bazar rəhbərliyi ilə əlaqə saxlayıb. Ticarət mərkəzinin icraçı direktoru Vahid Qəmbərov saytımıza danışarkən bu açıqlamanın gülünc doğurduğunu bildirdi. "Götürsək ki, bu adam millət vəkilidir belə bir açıqlama adamda gülünc doğurur. Bura minlərlə insanın iş yeridir, burdan minlərlə insan çörək yeyir. Bəlkə, o sözləri deyən millət vəkilinin də yaxını, qohumu bu bazarda işləyir, burdan çörək yeyir. Hətta onların biznesinə aid olan mallar var ki, bizim bazarda satılır. Yəqin ki, sabah bu məsələ ilə bağlı tədbir görəcəyik.”
Qeyd edək ki, məsələ ilə bağlı nəinki bazar rəhbərliyi, hətta başqa sahibkarların da Milli Məclisə müraciət ünvanlaması gözlənilir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?